Məhkəmə qərarları › İş №3(062)-23/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-23/2024

06.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-23/2024 06.02.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Həmzəli Nərminə Ruslan qızının katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1962-ci il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, təqaüdçü, öz deməsinə görə əvvəllər məhkum olunmamış və müharibə veteranı olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Tovuz rayonu Əlibəyli kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Tovuz Rayon Polisi Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Tovuz Rayon Məhkəməsinə xx.xx.2024-cü il tarixdə Tovuz RPŞ-dən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Şəxs xx.xx.2023-cü il tarixdə Tovuz rayonu Ceyrançöl qış otlaq sahəsində özünə məxsus qoşalüləli 12 çaplı “Armelegant” markalı AT21-05041 nömrəli ov tüfəngi ilə 02 (iki) ədəd çöl dovşanını ovlayaraq lazımi icazə olmadan ov qaydalarını kobud şəkildə pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü tam təqsirli bilərək, izahatında və protokolda qeyd edilən əməlləri törətdiyini və hazırda əməlindən peşman olduğunu, bir daha eyni hərəkətlərə yol verməyəcəyini bildirdi. Əlavə olaraq bildirdi ki, o, Ovçular və Balıqçılar cəmiyyətinin üzvüdür, lakin ov etmək üçün rəsmi icazəsi yoxdur. Həmçinin o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan əməliyyatlarda iştirak etdiyinə görə müharibə veteranıdır və 80 manat pensiya alır. Odur ki, göstərilənləri nəzərə alıb barəsində yüngül inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafedici izahatı və habelə inzibati materialda olan digər sənədlərlə Şəxs İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsində təqsirli olması tam sübuta yetirilir. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan əməliyyatlarda iştirak etməklə müharibə veteranıır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən əməlindən səmimi peşman olmasını və müharibə veteranı olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən, törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən halların olmasını və ağırlaşdıran halın olmamasını nəzərə alıb, inzibati xətanın törədilməsində alət olmuş predimet müsadirə edilməməklə ov hüququnun məhdudlaşdırılmasını qanuna müvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115 və 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati xətanın törədilməsində alət olmuş ov tüfəngi müsadirə edilməməklə ov hüququ 08 (səkkiz) ay müddətə məhdudlaşdırılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar