Məhkəmə qərarları › İş №3(062)-23/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-23/2025

09.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-23/2025 09.01.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1985-ci il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, əlilliyi olmayan, məhkumluğu olmayan, subay, Tovuz şəhəri Abulbəyli yaşayış ərazisində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2621/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 17 iyun 2015-ci il tarixdə anadan olmuş Salatın və 11 dekabr 2023-cü ildə anadan olmuş Sədaqət adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində alimentin alınıb X2 verilməsi qət edilməsinə baxmayaraq, Şəxs icra sənədi üzrə borcunu icra məmurunun müəyyən etdiyi müddətdə yerinə yetirməmiş, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclasında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2621/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 17 iyun 2015-ci il tarixdə anadan olmuş Salatın və 11 dekabr 2023-cü ildə anadan olmuş Sədaqət adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində alimentin alınıb X2 verilməsi qət olunmuşdur. Şəxs borcunun ödənilməsi tələb olunmasına baxmayaraq, o icra vərəqəsini icra etməmişdir. Şəxs icra sənədi üzrə borcunu ödəməkdən yayındığı üçün 09 yanvar 2025-ci il tarixə borcu 3000 manat təşkil edir. Ona görə də onun barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqda iş üzrə material olan Şəxs ona istinad edilən xətanı törətməkdə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, məhkəmənin qətnaməsindən narazıdır. Ona görə də apelyasiya şikayəti vermişdir. Hesab edir ki, Firuzə Balakişiyevanın xəstəliyi var, uşaqlar onda qala bilməz. Uşaqlara da özü baxır. Bundan başqa onun evində əşyalar qalmışdır ki, bunu da Firuzə Balakişiyeva çıxarmır. Əgər evindən həmin əşyalar çıxarsa o da evi kirayə kimi verərək aliment borcunu ödəyə bilər. Başqa cür onun maddi imkanı yoxdur və ödəyə bilmir. Hesab edir ki, onun heç bir məsuliyyəti yoxdur. Ona görə də aliment ödəmir və ödəmək fikri də yoxdur. Odur ki, məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və protokolu tərtib etmiş şəxsin izahatını dinləyib hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsiliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik, prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası daxilində inzibati qaydada tənbeh olunmalıdır. Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmədə müəyyən edildi ki, Şəxs borcundan ödəmə etmək niyyəti yoxdur. Məhkəmənin qətnaməsi mövcud olmasına baxmayaraq Şəxs qətnamədən şikayət verməsini onun qətnaməni icrasından azad etməsi kimi bildirir. Bundan başqa məhkəmə iclasında izahatında Elmir X1 yaşadığı evdən əşyalarını çıxarmamasını onun alimenti ödəməməsi ilə şərtləndirir. Məhkəmə qeyd edir ki, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə alimentin Şəxs alınaraq X2 verilməsində hər hansı şərt müəyyən edilməmişdir. Məhkəmə Şəxs qeyd edilən izahatına tənqidi yanaşaraq bunu qətnamənin icrasından qərəzli boyun qaçırma kimi qiymətləndirir. Aliment barədə qətnamələr dərhal icra olunur və həmin qətnamədən şikayət verilməsi qətnamənin icrasını dayandırmır. Sadalanan bu hallar eyni zamanda ödəmənin olmaması da qətnamənin icrasından qərəzli yayınmanın əlamətidir. Bundan başqa Şəxs bu gün də məhkəmənin ona hüquq və vəzifələrini izah edərək borcun ödənilməsini bildirməsinə baxmayaraq borcundan heç bir ödəmə etmir. Bu hal onu deməyə əsas verir ki, Şəxs öhdəliyini icra etməməklə qətnamənin icrasından qərəzli yayınır. Məhkəmə Şəxs şəxsiyyətini törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq onun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati qaydada həbs olunmasını qanuni və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 09 yanvar 2025-ci il tarixdən saat 15:30-dan hesablansın. Qərarın icrası Tovuz Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar