Məhkəmə qərarları › İş №3(062)-231/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-231/2023

13.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-231/2023 13.03.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx xxxx 1993-cü ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, Tovuz rayonu Aşağı Öysüzlü kəndində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs məhkəməyə verilmişdir ona görə ki, Mingəçevir Şəhər Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli icra vərəqəsinə əsasən 15 mart 2018-ci ildə anadan olmuş Rahul adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 150 manat alimentin ondan alınaraq X3 verilməsi barədə icra vərəqəsinin icrasından üzrsüz səbəbdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclasında göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli icra vərəqəsinə əsasən 15 mart 2018-ci ildə anadan olmuş Rahul adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 150 manat alimentin Şəxs alınaraq X3 verilməsi qət edilmişdir. Borcluya xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməmişdir. Hər ay alimenti ödəməsinə baxmayaraq əvvəldən yığılıb qalmış 860 manat borcunu ödəmir. Ona görə də onun barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqda iş üzrə material olan Şəxs məhkəmə iclasında göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən ondan uşağının saxlanması üçün hər ay sabit pul məbləğində 150 manat alimentin alınaraq Aysel Məmmədovaya verilməsi qət olunmuşdur. Mütəmadi olaraq hər ay alimenti ödəyir. Yığılmış borc əvvəlki vaxtlardan yığılıb qalmış borc olmuşdur. Belə ki, həmin vaxt maddi imkanı olmadığı üçün alimenti ödəyə bilmədiyi üçün borc yığılmışdır. Bundan sonra hər ay alimenti ödəməklə yanaşı yığılmış borcundan da ödəniş edəcəkdir. Aylıq ödənişlərini vaxtı-vaxtında ödəməklə yanaşı, borcundan da ödəniş etməyə söz verir. Bu ay ərzində alimentlə yanaşı yığılmış borcundan da 200 manat ödəməyə söz verir. Odur ki, barəsində olan inzibati xəta haqda iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbədən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət müəyyən olunmuşdur. İşə əlavə edilmiş bank pul köçürmələrinə dair qəbzlərin surətindən görünür ki, Şəxs əvvəlki aylarla yanaşı 19 yanvar 2023-cü il tarixdə 150 manat, 03 fevral 2023-cü il tarixdə 150 manat və 27 fevral 2023-cü il tarixdə 150 manat bank vasitəsilə X2 adına ödəmələr etmişdir. Eyni qaydada ödənişlər mütəmadi olaraq əvvəlki aylar üzrə edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, borclu hər ay mütəmadi olaraq aliment borcundan ödənişlər də etmişdir. Mütəmadi olaraq borcundan ödəmələr edir. Buradan da görünür ki, Şəxs qətnamənin icrasından qərəzli şəkildə boyun qaçırmır. Bu hal onu deməyə əsas verir ki, onun əməlində inzibati xətanın tərkibi yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməmə əlamətləri müəyyən edilmədiyindən onun əməlində inzibati xəta tərkibi yoxdur və o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilə bilməz, odur ki, onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 57, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün ərzində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar