Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-231/2024 04.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi İsayev Emin Arif oğlunun katibliyi Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakı ilə xx.xx.1995-ci il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Tovuz rayonu Qovlar şəhəri Xəqani küçəsi ev 11-də qeydiyyatda olmaqla yaşayan Şəxs Haqqında Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Quba Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Sürücü Şəxs 31 yanvar 2024-cü il tarixdə saat 19 radələrində idarə etdiyi “Mercedes Benz 190” markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində hərəkətdə olarkən idarəetməni itirmiş və nəticədə X4 idarə etdiyi VAZ 2106 markalı **-BZ-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Nəticədə onun avtombilində olan sərnişin X2 zərər vurmayan və dərəcələri təyin edilməyən xəsarətlər almasına, həmçinin X4 idarə etdiyi **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin kimi oturmuş X1 yüngül zərər vurulmasına səbəb olmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İnzibati xəta törətmiş Şəxs məhkəmə iclasında inzibati xətanı etiraf edərək izahatında bildirdi ki, 31 yanvar 2024-cü il tarixdə saat 19 radələrində idarə etdiyi “Mercedes Benz 190” markalı **-CT-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobili saatda 50 km/saat sürətlə Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsi ilə üzü Alakol kəndi istiqamətinə doğru hərəkətdə olarkən həmin vaxt qarşıda onunla eyni istiqamətdə üzü Alakol kəndi istiqamətinə doğru hərəkətdə olan X6 idarə etdiyi mavi rəngli VAZ-2106 markalı ** SZ *** dövlət nömrə qeydiyyat nişanlı avtomobili ötmə əməliyyatı keçirib qarşıdan əks istiqamətdə hərəkət edən nəqliyyat vasitəsini görüb öz hərəkət yoluna qayıtmaq üçün avtomobili sağa tərəf çəkmiş və həmin vaxt idarə etdiyi avtomobilin qabaq hissəsi ilə X6 idarə etdiyi avtomobilin sol yan qabaq hissəsi ilə toqquşduqdan sonra idarəetməni itirib yolun sağ tərəfinə yönəlmişdir. Həmin vaxt yolun sağ kənarında dayanmış vəziyyətdə olan X4 idarə etdiyi VAZ 2106 markalı **-BZ-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Nəticədə onun avtombilində olan sərnişin X2 zərər vurmayan və dərəcələri təyin edilməyən xəsarətlər almasına, həmçinin X4 idarə etdiyi **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin kimi oturmuş X1 yüngül zərər vurulmasına səbəb olmuşdur. Törətdiyi hadisədən peşmandır. Odur ki, barəsində yüngül tənbeh verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, Şəxs inzibati xəta törətməsi, onun etirafedici izahatı, inzibati xəta haqqında protokolla və həmin protokola əlavə edilmiş yol nəqliyyat hadisəsi üzrə toplanmış rədd materialı ilə tam təsdiq olunur və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, əmlak vəziyyətini, xətanın xarakterini, inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların olmadığını, onun səmimi peşmançılığını isə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs inzibati tənbeh növü kimi cərimə tətbiq edilməsi barədə qərar qəbul edilməsini qanuni və əsaslı hesab edir və bu nəticəyə gələrkən inzibati xəta törətmiş şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Şəxs həmçinin İXM-nin 327.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən 327.1-ci maddəsi ilə işlərə baxılması məhkəmənin səlahiyyətinə aid deyil. Azərbaycan Respublikası İXM-nin 114.3-cü maddəsinə əsasən həmin maddəyə müvafiq qiymət verilməsi üçün səlahiyyətli orqanın nəzərinə çatdırılmalıdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 31,40, 43, 48, 84, 112, 114-117-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 300 manat cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-231/2024
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-231/2024
04.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver