Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-233/2023 13.03.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi İsayev Emin Arif oğlunun katibliyi Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakı ilə xx.xx.1960-cı il tarixdə Tovuz rayonu Alakol kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, Tovuz rayonu Alakol kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Haqqında Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.2 və 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 12:05 radələrində özünə məxsus olan “Opel Vectra” minik markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi olmadan idarə edən zaman Tovuz rayonu Alakol kəndinin ərazisində düzünə İbrahimhacılı kəndi istiqamətində hərəkət edən zaman yol hərəkət qaydalarını pozaraq, yolda hərəkətdə olan X1 idarə etdiyi Fiat Doblo minik markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobili qabaq sol hissəsindən vuraraq sonununcunun istifadəsində olan avtomobilə maddi ziyan vurmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.2 və 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İnzibati xəta törətmiş oğlu məhkəmə iclasında inzibati xətanı etiraf etməyərək izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində özünə məxsus olan “Opel Vectra” minik markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi olmadan idarə edən zaman Tovuz rayonu Alakol kəndinin ərazisində düzünə üzü İbrahimhacılı kəndi istiqamətində hərəkətdə olarkən sağa dönmə siqnalından istifadə etməsə də arxadan avtomobilin sürətlə hərkət etməsi yol nəqliyyat hadisəsinə səbəb olmuşdur. Yolda hərəkətdə olan X1 idarə etdiyi Fiat Doblo minik markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobili qabaq sol hissəsindən vuraraq sonununcunun istifadəsində olan avtomobilə ziyan vurmuşdur. Əslində sürücülük vəsiqəsi olsa da müddəti bitmişdir. Elnur Mehdiyevin avtomobilinə dəymiş ziyanı ödməyə maddi imkanı çatmır. Hadisə zamanı halı pisləşdiyinə görə avtomobili sola sonra isə sağa çəkmiş, həmin vaxt hadisə baş vermişdir. Vurulan maşın onu sağdan ötmək istəmiş, halı pisləşdiyinə görə özündə olmamış nəticədə maşını vurmuşdur. Odur ki, barəsində yüngül tənbeh verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, Şəxs inzibati xəta törətməsi, onun etirafedici izahatı, inzibati xəta haqqında protokolla və həmin protokola əlavə edilmiş yol nəqliyyat hadisəsi üzrə toplanmış material ilə tam təsdiq olunur və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, əmlak vəziyyətini, xətanın xarakterini, inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların olmadığını, onun səmimi peşmançılığını isə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respubılikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli İXM-nin 332.4-cü maddəsinin sanksiyası daxilində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 43-cü maddəsinə əsasən İXM-nin 327.1 və 332.2-ci maddələrinə baxılması məhkəmənin səlahiyyətinə aid deyil. Ona görə də məhkəmə inzibati materialı həmin maddələr üzrə müzakirə etmir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 31,40, 43, 48, 84, 112, 114-117-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-233/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-233/2023
13.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver