Məhkəmə qərarları › İş №3(062)-233/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-233/2025

17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-233/2025 17.03.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx xxxx 1994-cü ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, əvvəllər inzibati xətaya məruz qalmamış, deməsinə görə əvvəllər məhkum olunmamış, əlilliyi olmayan, Tovuz rayonu Aşağı Quşçu kəndində qeydiyyatda olan və yaşayan, Şəxsbarəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs məhkəməyə verilmişdir ona görə ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-1131/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 01 dekabr 2020-ci il tarixdə anadan olmuş Aylin adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay 180 manat sabit pul məbləğində alimentin alınıb X3 verilməsi barədə qətnamənin icrasından üzrsüz səbəbdən yayınmışdır. Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 məhkəmə iclasında göstərdi ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-1131/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 01 dekabr 2020-ci il tarixdə anadan olmuş Aylin adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay 180 manat sabit pul məbləğində alimentin alınıb X3 verilməsi qət olunmuşdur. Borcluya xəbərdarlıq edilməsinə baxmayaraq borcunu tam şəkildə ödəməmişdir. Borcdan ödəmə olmasına baxmayaraq borc pul hələ də tam verilməmişdir. Hazırda borcu 3420 manat təşkil edir. Ona görə də onun barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqda iş üzrə material olan Şəxs oğlu məhkəmə iclasında göstərdi ki, borcundan ödəmələr edir. Borcundan xəbərdardır. Lakin borcu protokolda göstərilən miqdarda deyil. Aynur Aslanova onunla birlikdə yaşamış və hətta sonradan onunla birgə yaşayışlarından bir uşaqları da olmuşdur. Onunla bir yerdə təxminən bir il yaşamışlar. Beləliklə də borcu hazırda göstəriləndən də azdır. Hazırda 800 manat borcundan ödəmə də etmişdir. X6 ilə razılaşaraq borcun ödənməsini tezliklə bağlayacaq. Odur ki, barəsində olan inzibati xəta haqda iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs X4 məhkəmə iclasında bildirdi ki, Şəxs dedikləri həqiqəti əks etdirir. Rəsmi şəkildə ayrıldıqdan sonra yəni məhkəmənin qərarından sonra 11 ay da bir yerdə yaşamışlar. Buna görə də hazırda Şəxs borcu 1440 manat təşkil edir. Həmin borcdan bu gün 800 manat ödəmə etmişdir. Ödəməni etdiyi üçün ondan şikayətçi deyil və məhkəmədən ədalətli qərar qəbul etməsini istəyir. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İşə əlavə olunmuş Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş qəbzdən görünür ki, Şəxs tərəfindən 800 manat pul X3 göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, borclu borcundan mütəmadi olaraq ödənişlər etmişdir. Həmçinin borcun məbləği də protokolda qeyd edildiyindən azdır. Həmçinin həmin 1440 manat borcun yarısından artıq olan hissəsini yəni 800 (səkkiz yüz) manatı borclu Şəxs tərəfindən ödənilmişdir. Buradan da görünür ki, Şəxs qətnamənin icrasından qərəzli şəkildə boyun qaçırmır. Bu hal onu deməyə əsas verir ki, onun əməlində inzibati xətanın tərkibi yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməmə əlamətləri müəyyən edilmədiyindən onun əməlində inzibati xəta tərkibi yoxdur və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilə bilməz, odur ki, onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 57, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün ərzində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar