Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-234/2023 14.03.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs Sadıqova (Cəfərova) Yeganə Ənvər qızının, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 25 avqust 1981-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, deməsinə görə əvvəllər məhkum olunmamış, əlilliyi olmayan, Tovuz rayonu Aşağı Öysüzlü kəndində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs məhkəməyə verilmişdir ona görə ki, Tovuz Rayon Məhkəməsinin 24 iyul 2019-cu il tarixli icra vərəqəsinə əsasən 15 avqust 2005-ci ildə anadan olmuş Səma və 02 aprel 2011-ci ildə anadan olmuş Amil adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində hər uşaq üçün 90 manat alimentin ondan alınaraq Cəfərova (Sadıqova) Yeganə Ənvər qızına verilməsi barədə icra vərəqəsinin icrasından üzrsüz səbəbdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclasında göstərdi ki, Tovuz Rayon Məhkəməsinin 24 iyul 2019-cu il tarixli icra vərəqəsinə əsasən 15 avqust 2005-ci ildə anadan olmuş Səma və 02 aprel 2011-ci ildə anadan olmuş Amil adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində hər uşaq üçün 90 manat alimentin Şəxs alınaraq Cəfərova (Sadıqova) Yeganə Ənvər qızına verilməsi qət olunmuşdur. Borcluya xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməmişdir. Hər ay alimenti ödəməsinə baxmayaraq əvvəldən yığılıb qalmış 400 manat borcunu ödəmir. Ona görə də onun barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqda iş üzrə material olan Şəxs məhkəmə iclasında göstərdi ki, Tovuz Rayon Məhkəməsinin qərarına əsasən ondan uşağının saxlanması üçün hər ay sabit pul məbləğində hər uşaq üçün 90 manat alimentin alınaraq Yeganə Sadıqovaya verilməsi qət olunmuşdur. Mütəmadi olaraq hər ay alimenti ödəyir. Yığılmış borc əvvəlki vaxtlardan yığılıb qalmış borc olmuşdur. Belə ki, həmin vaxt maddi imkanı olmadığı üçün alimenti ödəyə bilmədiyi üçün borc yığılmışdır. Bundan sonra hər ay alimenti ödəməklə yanaşı yığılmış borcundan da ödəniş edəcəkdir. Odur ki, barəsində olan inzibati xəta haqda iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs X3 məhkəmə iclasında bildirdi ki, bu gün Şəxs borcunu tamamilə ödəməsə qəbul etməyəcəkdir. Borcundan hazırda etdiyi 90 manat ödənişi qəbul etsə də borcun hamısının bu gün ödənilməsini tələb edir. Pulun qırıq-qırıq verilməsinə görə uşaqlarının təminatını tam edə bilmir. Əks halda ondan şikayətçidir və məhkəmədən ədalətli qərar qəbul etməsini istəyir. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbədən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət müəyyən olunmuşdur. İşə əlavə edilmiş poçt pul köçürmələrinə dair qəbzlərin surətindən görünür ki, Şəxs əvvəlki aylarla yanaşı 20 dekabr 2022-ci il tarixdə 50 manat, 30 dekabr 2022-ci il tarixdə 70 manat, 11 yanvar 2023-cü il tarixdə 90 manat, 24 yanvar 2023-cü il tarixdə 60 manat, 27 fevral 2023-cü il tarixdə 40 manat və 14 mart 2023-cü il tarixdə 90 manat poçt vasitəsilə X1 adına ödəmələr etmişdir. Eyni qaydada ödənişlər mütəmadi olaraq əvvəlki aylar üzrə edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, borclu hər ay mütəmadi olaraq aliment borcundan ödənişlər də etmişdir. Mütəmadi olaraq borcundan ödəmələr edir. Şəxs bu gün də borcundan 90 manat ödəmiş, nəticədə 400 manat borcu qalmışdır. Buradan da görünür ki, Şəxs qətnamənin icrasından qərəzli şəkildə boyun qaçırmır. Bu hal onu deməyə əsas verir ki, onun əməlində inzibati xətanın tərkibi yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməmə əlamətləri müəyyən edilmədiyindən onun əməlində inzibati xəta tərkibi yoxdur və o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilə bilməz, odur ki, onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 57, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün ərzində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-234/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-234/2023
14.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver