Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-234/2025 17.03.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx xxxx 1989-cu ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, əvvəllər inzibati xətaya məruz qalmamış, deməsinə görə əvvəllər məhkum olunmamış, əlilliyi olmayan, Tovuz rayonu Qovlar şəhəri A.Kazımov küçəsi ev 1-də qeydiyyatda olan və yaşayan, Şəxsbarəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs məhkəməyə verilmişdir ona görə ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-124/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən 22 may 2013-cü il tarixdə anadan olmuş Hüseyn adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay 100 manat sabit pul məbləğində alimentin alınıb X2 verilməsi barədə qətnamənin icrasından üzrlü səbəblər olmadan yayınmışdır. Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclasında göstərdi ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-124/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən 22 may 2013-cü il tarixdə anadan olmuş Hüseyn adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay 100 manat sabit pul məbləğində alimentin alınıb X3 verilməsi qət olunmuşdur. Borcluya xəbərdarlıq edilməsinə baxmayaraq borcunu tam şəkildə ödəməmişdir. Borcdan ödəmə olmasına baxmayaraq borc pul hələ də tam verilməmişdir. Hazırda borcu 6500 manat təşkil edir. Ona görə də onun barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqda iş üzrə material olan Şəxs məhkəmə iclasında göstərdi ki, borcundan ödəmələr edir. Belə ki, əvvəllər tələbkar ilə razılşama olmuş və o da uşağına baxmışdır. Sonradan X5 ondan aliment borcunu rəsmi qaydada tələb etmişdir. Onda da müəyyən olunmuşdur ki, onun 8000 manatdan da çox borcu vardır. Onun barəsində protokol tərtib olunduqdan sonra o, borcundan dərhal ödəmələr etməyə başlamış və 100 manatdan artıq ödəmələr etmişdir. Belə ki, o ümumilikdə 2000 manat ödəmə etmişdir. Yaxın müddət ərzində yenə də ödəmələr edəcək. X5 ilə razılaşaraq hər ay da borcundan hissə-hissə ödəmə edir. Odur ki, barəsində olan inzibati xəta haqda iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmənin təşəbbüsü ilə icra məmuruna məxsus olan mobil nömrə vasitəsilə tələbkar ilə məhkəmə iclasında əlaqə saxlanılmış o borcun ödənilməsini bildirmiş, bundan sonra da hər ay borcun ödənilməsini Şəxs tələb etdiyini bildirmişdir. Lakin ondan şikayətçi olmadığını telefon vasitəsilə əlaqə zamanı bildirmişdir. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İşə əlavə olunmuş Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş poçt qəbzlərindən görünür ki, Şəxs X2 01 iyul 2024-cü il tarixdə 500 (beş yüz) manat, 05 avqust 2024-cü il tarixdə 200 (iki yüz) manat, 13 avqust 2024-cü il tarixdə 300 (üç yüz) manat, 19 sentyabr 2024-cü il tarixdə 200 (iki yüz) manat, 06 dekabr 2024-cü il tarixdə 500 (beş yüz) manat, 31 yanvar 2025-ci il tarixdə 200 manat və 17 mart 2025-ci il tarixdə 100 manat olmaqla ödəmələr etmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, borclu borcundan mütəmadi olaraq ödənişlər etmişdir. Onun mütəmadi olaraq həm də aylıq aliment borcundan artıq miqdarda ödəmə etməsi onun məhkəmənin qətnaməsi ilə müəyyən edilmiş aliment öhdəliyindən boyun qaçırmaq niyyətinin olmadığını göstərir. Mütəmadi ödəmənin olması halı göstərir ki, Şəxs qətnamənin icrasından qərəzli şəkildə boyun qaçırmır. Bu hal onu deməyə əsas verir ki, onun əməlində inzibati xətanın tərkibi yaranmamışdır. . Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməmə əlamətləri müəyyən edilmədiyindən onun əməlində inzibati xəta tərkibi yoxdur və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilə bilməz, odur ki, onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 57, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün ərzində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-234/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-234/2025
17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver