Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-235/2023 14.03.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Protokolu tərtib etmiş Tovuz RPŞ İTB-nin sahə rəisi polis mayoru X7, Zərərçəkmiş şəxslər X1, X2 Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə xx xxx 1976-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, əlilliyi olmayan, subay, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Dönük Qırıqlı kəndində qeydiyyatda olan və yaşayan, Şəxs - Barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 23 radələrində arvadı X1 Tovuz rayonu Dönük Qırıqlı kəndində işlədiyi bağçada arvadı X3 və X4 fiziki ağrı yetirən xəsrətlər yetirməklə döymüşdür. 14 mart 2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzbati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs törətmiş olduğu xətanı etiraf edərək göstərdi ki, Şəlalə Bağırova onun arvadıdır. Arvadı ilə aralarında əvvəllər münasibətləri normal olsa da son dövrlər qısqanclığı səbəbindən aralarında narazılıq olmuşdur. Şəlalə Bağırova ilə faktiki olaraq ayrılmışlar. 28 fevral 2023-cü il tarixdə aralarında olan mübahisəni aydınlaşdırmaq üçün arvadının işlədiyi Tovuz rayonu Dönük Qırıqlı kəndində yerləşən bağçaya getmişdir. Orada normal söhbət etmək istəsə də əsəbləşərək arvadını vurmuşdur. Bu zaman onları aralayan Leyla Məmmədovanı vurmasını xatırlamır. Lakin dava olarkən ola bilsin ki, onu da vurmuşdur. Arvadı ilə barışmaq istəməsə də etdiyi əməldən peşmandır. Qadınlara qarşı etdiyi hərəkəti düzgün hesab etmir. Hazırda əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxslərlə barışmamışdır və barışmaq fikri yoxdur. Dediklərini nəzərə alıb barəsində qanuni inzibati tənbeh verilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs X8 məhkəmə iclasında göstərdi ki, əri Şəxs ilə uzun müddətdir evli olmalarına baxmayaraq münasibətləri son dönəmlər dözülməz hal alıb. Artıq onunla bir ailədə yaşaya bilmirlər. 28 fevral 2023-cü il tarixdə Şəxs onun işlədiyi Tovuz rayonu Dönük Qırıqlı kəndində yerləşən bağçaya gələrək orada söhbət etmək istədiyini bildirmişdir. Şəxs ona, əgər o evə qayıtmasa Dəmir adlı həmkəndlisinin vasitəsi ilə onun başına oyun açdıracağını bildirməklə nalayiq ifadələr işlətmişdir. O Elşəndən boşanmaq istədiyini dedikdə yumruqla onun sifətinə zərbə vurmuşdur. Bu zaman bağçanın işçiləri Şəxs aralamışdır. Hazırda Elşən ilə barışmır, ondan şikayətçidir və ağır inzibati tənbeh olunmasını məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs X9 məhkəmə iclasında göstərdi ki, 28 fevral 2023-cü il tarixdə saat 11 radələrində Elşən bağçaya Şəlalə Bağırovanın xidməti otağına daxil olaraq mübahisə etmişdir. Elşən içəridə olarkən o və bağçanın işçiləri qapının çölündə olmuşlar. X10 sifətinə yumruq vurduqdan sonra o və digər işçilər otağa daxil olaraq Elşəni sakitləşdirməyə çalışmışlar. Onlar Elşəni tutaraq çölə çıxarmaq istəyərkən Elşən onun sol qolundan yumruqla vurmuşdur. Şəxs ilə barışımır, ondan şikayətçidir. Odur ki, Şəxs qanuni tənbeh olunmasını məhkəmədən xahiş edir. Baş vermiş xəta ilə əlaqədar Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 14 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə MN №1621652 və MN №1621653 saylı ayrı-ayrılıqda protokol tərtib olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs barəsində olan inzbati xəta haqda iş üzrə materialları araşdıraraq hesab edir ki, Şəxs öz hərəkətləri ilə eyni inzbati xətanı törətdiyindən həmin işlər üzrə icraat birləşdirilərək bir icraatda baxıla bilər. Qeyd olunan protokollar məhkəmənin 14 mart 2023-cü il tarixli qəradadı ilə bir icraatda birləşdirilmişdir. İşə əlavə edilmiş 10 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması barədə qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. İşə əlavə edilmiş 28 fevral 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin 121 saylı rəyindən görünür ki, X1 bədən səthində müəyyən edilmiş xəsarət üst dodaq nahiyəsinin selikli qişasının səthi yarası küt əşyanın təsirindən törənmişdir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşə əlavə edilmiş 28 fevral 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin 122 saylı rəyindən görünür ki, X2 bədən səthində müəyyən edilmiş xəsarət sol bazu nahiyəsinin qançırı küt əşyanın təsirindən törənmişdir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşə əlavə edilmiş arayışdan görünür ki, Şəxs son bir ildə inzibati məsuliyyətə cəlb edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs X5 və X6 fiziki ağrı yetirərək döyməsi sübut olunur. Məhkəmə Şəxs Leyla Məmmədovanı vurmaması barədə göstərdiklərini inandırıcı hesab etmir və özünü müdafiə kimi qiymətləndirir. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatını dinləyib hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin vəzifəlri insan və vətandaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsiliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik, prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan şəxsin əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzbati həbs yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq naddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyası daxilində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq onun inzibati qaydada həbs olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzbati xətanı törətməkdə təqsirli bilinib MN №1621652 və MN №1621653 saylı ayrı-ayrılıqda hər bir protokol üzrə 20 (iyirmi) gün müddətinə həbs edilməklə 40 (qırx) gün müddətinə inzbati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 14 mart 2023-cü il tarixdən saat 12:50dən hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-235/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-235/2023
14.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver