Məhkəmə qərarları › İş №3(062)-238/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-238/2023

14.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-238/2023 14.03.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1966-cı ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əlilliyi olmayan, məhkumluğu olmayan, Tovuz rayonu Əyyublu kəndində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, Tovuz Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2 (062)-1291/2021 saylı icra vərəqəsinə əsasən Şəxs 1950 manat pul və dövlət rüsumu hesabına ödənilmiş 30 manat pulun alınıb X1 verilməsi barədə icra vərəqəsi üzrə yaranmış borcunu ödəməmişdir. Tovuz Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 məhkəmə iclasında göstərdi ki, Tovuz Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2 (062)-1291/2021 saylı icra vərəqəsinə əsasən Şəxs 1950 manat pul və dövlət rüsumu hesabına ödənilmiş 30 manat pulun alınıb X1 verilməsi qət olunmuşdur. Həmin icra vərəqəsinin icrasından Şəxs üzrsüz səbəbdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Hazırda Şəxs borcu 1550 (min beş yüz əlli) manat təşkil edir. Ona görə də Şəxs barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqda iş üzrə material olan Şəxs ona istinad edilən xətanı törətməkdə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, həqiqətən borcu 1550 manat təşkil edir. Borcundan 400 manat ödəniş etmişdir. Borcundan yaxın müddət ərzində ödəmələr edəcəkdir. Barəsində olan icra vərəqəsinin icrasından boyun qaçırmır. İcra məmuru tərəfindən bu gün xəbərdar edilmişdir. Odur ki, məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzbati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə inzibati məsuliyyət müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Qanunu 13 yanvar 2023-cü il tarixdə rəsmi qaydada dərc olunmuşdur. Qanunun özündə başqa tarix müəyyən olunmadığı üçün həmin qanunun qüvvəyə minməsi dərc olunduğu tarix yəni 13 yanvar 2023-cü il tarixi hesab olunur. Məhkəmə iclasında müəyyən edildi ki, borcluya icra barədə xəbərdarlıq yazılsa da, inzbati materiala əlavə olunmuş sənədlərlə də müəyyən olunur ki, Şəxs 14 mart 2023-cü il tarixdə izahatı alınmış, o borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Həmçinin Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması barədə şəxs faktiki şəkildə 14 mart 2023-cü il tarixdə məlumatlandırılmış, lakin ona müəyyən olunmuş müddətdə icra sənədinin icra etməməsi barədə xəbərdarlıq edilərək məlumatlandırılmamışdır. Qanuna edilmiş dəyişiklik 13 yanvar 2023-cü il tarixdə qüvvəyə minmişdir. Şəxs bundan sonra yəni 14 mart 2023-cü il tarixdə izahatı alınaraq barəsində protokol tərtib olunaraq məhkəməyə gətirilmişdir. Həmin maddənin dispozisiyasına əsasən əməl 528.1-ci maddədə nəzərdə tutulmuş xətanı inzbati tənbeh almış şəxs tərəfindən inzbati tənbeh vermə haqqında qərarın qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi zamanı yaranır. Göründüyü kimi 528.1-ci maddədə əməlin yaranması üçün icra barədə xəbərdarlıq mütləqdir. Belə olan halda borclu 528.1-ci maddəyə görə məsuliyyətə cəlb edildikdən sonra ona yenidən xəbərdarlıq edilməli və təkrar icra etməməyə görə məsuliyyətə cəlb olunmalıdır. Bu hal onu deməyə əsas verir ki, onun əməlində inzibati xətanın tərkibi yaranmamışdır. Eyni zamanda Şəxs borcunu yaxın zamanlarda ödəyəcəyinə söz verir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməmə əlamətləri bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi inzibati xəta tərkibi yoxdur və o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilə bilməz, odur ki, onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 57, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün ərzində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar