Məhkəmə qərarları › İş №3(062)-239/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-239/2025

18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-239/2025 18.03.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Protokolu tərtib etmiş Tovuz RPŞ Qovlar PB-nin sahə rəisi polis leytenantı X4, Zərərçəkmiş şəxslər X1, X2, X3, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 2002-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər inzibati xətaya məruz qalmamış, deməsinə görə əvvəllər məhkum olunmamış, əlilliyi olmayan, Tovuz rayonu Əyyublu kəndində qeydiyyatda olan və yaşayan, Şəxs - Barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, 06 mart 2025-ci il tarixdə gecə saat 04 radələrində Tovuz rayonu Əyyublu kəndi ərazisində arvadı X5, qayınatası X6 və qayınanası X7 döymüşdür. 18 mart 2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə inzbati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs törətmiş olduğu xətanı etiraf etməyərək göstərdi ki, X11 ilə evlənib ailə qurmuşlar. Savad Bədirovanı ailəsinin onların ailə qurmasına əvvəldən razılıqları olmamışdır. Rəsmi nikah qeyd etdirməmişlər. 05 mart 2025-ci iıl tarixdə Savad Bədirova ilə aralarında mübahisə olmuş və arvadı da çıxıb atası evinə getmişdir. Ailəsini bərpa etmək məqsədi ilə Savad Bədirovanın ailəsinin yaşadığı evə getmişdir. Əvvəlcə gecə saat 12-də getmiş, lakin qapını açan olmamışdır. Lakin sonra saat 04 radələrində yenidən ora gedərək ailəsini qaytarmaq istəmişdir. Səhv etdiyini başa düşür. Zərərçəkmiş şəxslərin izahatından sonra Şəxs göstərdi ki, əsəbləşdiyi üçün aralarında mübahisə yaranmışdır. Lakin orada mübahisə etsələr də zərərçəkmiş şəxsləri vurmamışdır. Ona görə də törətdiyi əməldən peşmandır. Dediklərini nəzərə alıb barəsində yüngül inzibati tənbeh verilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs X11 məhkəmə iclasında göstərdi ki, Şəxs onun əridir. Onunla ailəsinin razılığı olmadan evlənmişdir. Rəsmi nikahları yoxdur. Xəyal ilə evləndikdən bir neçə gün sonra aralarında mübahisələr başlamış və Xəyal onu döymüş və təhqir etmişdir. Bir gün əvvəlcədən Xəyal ilə razılaşmalarına əsasən o nənəsigilə getməyi Xəyala bildirmişdir. Həmin gün Xəyal ona icazə verməmişdir və mübahisə yaratmışdır və onu döyərək bildirmişdir ki, gedirsə birdəfəlik əşyalarını da toplayaraq getsin O da evdən çıxaraq atası evinə getmişdir. Atası evində onların gecəyarı Xəyal gizlincə ora gələrək evə girmiş dava-dalaş salmışdır. Hazırda Xəyal ilə barışmır, ondan şikayətçidir və ağır inzibati tənbeh olunmasını məhkəmədən xahiş edir. İş üzrə zərərçəkmiş şəxs X12 məhkəmə iclasında göstərdi ki, qızı Savad Bədirova onun razılığı olmadan Xəyal ilə evlənmişdir. 05 mart 2025-ci il tarixdə saat 21 radələrində qızı Savad evə gəlmişdir. Onu və anası Güneli görərkən ağlamağa başlamışdır. Bu zaman Xəyalın onu döyməsini bildirmişdir. 06 mart 2025-ci il tarixdə gecə saat 04 radələrində yaşadığı evdə yatan zaman evin damından səs gəldiyini eştimişdir. Bundan sonra o sakitcə həyətə keçmişdir. Həyətdə işığı yandıran zaman həyətdə çörək bişirmək üçün sobanın üzərində Xəyalı görmüşdür. Bu zaman nəyə görə ora gəldiyini soruşduqda onu vurub qəsdən fiziki ağrı yetirmişdir. Hazırda Xəyal ilə barışmır, ondan şikayətçidir və ağır inzibati tənbeh olunmasını məhkəmədən xahiş edir. İş üzrə zərərçəkmiş şəxs X13 məhkəmə iclasında göstərdi ki, qızı Savad Bədirova onun razılığı olmadan Xəyal ilə evlənmişdir. 05 mart 2025-ci il tarixdə saat 21 radələrində qızı Savad evə gəlmişdir. Onları görərkən ağlamağa başlamışdır. X14 döyməsini bildirmişdir. 06 mart 2025-ci il tarixdə gecə saat 04 radələrində yaşadığı evdə yatan zaman əri həyətə çıxmışdır. Bu zaman həyətdən səslər gəldiyini eşitmişdir. Çölə çıxan zaman Xəyalın əri Vüsalı vurduğunu görmüşdür. O dərhal Xəyalı tutmaq istəmiş, bu zaman Xəyal onu ağız nahiyəsinə əli ilə zərbə endirmişdir. Birtəhər Xəyalı tutub saxlamışlar və 102 xidmətinə zəng edərək polisə məlumat vermişlər. Hazırda Xəyal ilə barışmır, ondan şikayətçidir və ağır inzibati tənbeh olunmasını məhkəmədən xahiş edir. Eyni vaxtda öz hərəkətləri ilə törədilmiş göstərilən xətalar ilə əlaqədar Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə ayrı-ayrılıqda MN №1969826 və MN №1969827 saylı protokol tərtib olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs barəsində olan inzbati xəta haqda iş üzrə materialları araşdıraraq hesab edir ki, Şəxs eyni vaxtda öz hərəkətləri ilə müxtəlif şəxslərə qarşı eyni inzibati xətanı törətdiyindən həmin işlər üzrə icraat birləşdirilərək bir icraatda baxıla bilər. Qeyd olunan protokollar məhkəmənin 18 mart 2025-ci il tarixli qəradadı ilə bir icraatda birləşdirilmişdir. İşə əlavə edilmiş 13 mart 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması barədə qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. İşə əlavə edilmiş 06 mart 2025-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 229 saylı rəyindən görünür ki, X1 bədən səthində müəyyən edilmiş xəsarətlər sağ bazu nahiyəsinin qançırları və sol mil-bilək oynağının sıyrıqları küt əşyanın təsirindən törənmişdir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşə əlavə edilmiş 06 mart 2025-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 230 saylı rəyindən görünür ki, X3 bədən səthində müəyyən edilmiş xəsarətlər iki diz oynaqlarının sıyrıqları küt əşyanın təsirindən törənmişdir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşə əlavə edilmiş 06 mart 2025-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 231 saylı rəyindən görünür ki, X2 bədən səthində müəyyən edilmiş xəsarətlər alt dodaq nahiyəsinin dodaq haşiyəsinin səthi yarası və selikli qişasına olan qansızma sahəsi, sağ baldır nahiyəsinin, sol diz oyanğının və sağ ayaq pəncəsinin sıyrıqları küt əşyanın təsirindən törənmişdir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə hesab edir ki, Şəxs X8, X9 və X10 fiziki ağrı yetirərək döyməsi sübut olunur. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxslərin izahatını dinləyib hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin vəzifəlri insan və vətandaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsiliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik, prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyası daxilində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq onun inzibati qaydada həbs olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzbati xətanı törətməkdə təqsirli bilinib 30 (otuz) gün müddətinə inzbati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 18 mart 2025-ci il tarixdən saat 13:30-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar