Məhkəmə qərarları › İş №3(062)-245/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-245/2024

15.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-245/2024 15.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi İsayev Emin Arif oğlunun katibliyi X5 iştirakı ilə, X1 Tovuz RPŞ-nin polis polkovnik-leytenantı X7 tərəfindən tərtib olunmuş 26 mart 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətinə Tovuz şəhərində, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 RPŞ-nin əməkdaşı polis polkovnik-leytenantı X7 tərəfindən tərtib olunmuş 26 mart 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə inzbati xəta törətdiyinə görə 150 manat cərimə olunmuşdur. X2 Tovuz RPŞ-nin əməkdaşı tərəfindən tərtib olunmuş 26 mart 2024-cü il tarixli TP ******* saylı inzbati xəta haqqında qərarın ləğv olunmasını və işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən X6 şikayətini müdafiə edərək göstərdi ki, 14 mart 2024-cü il tarixdə idarə etdiyi Renault Master markalı ** NO *** dövlət nömrə nişanlı yük avtomobili ilə Mingəçevir şəhəri Təbriz küçəsi ilə hərəkətdə olduğu vaxt Mingəçevir şəhər YPX-nin inspektoru polis serjantı X12 tərəfindən saxlanılmış və idarə etdiyi avtomobilin yük yerinə baxış keçirdiyi zaman guya müəyyən etmişdir ki, avtomobilin yük yerində konstruksiya dəyişikliyi edilmişdir və əlavə avadanlıq quraşdırılmışdır. Ona görə də onun barəsində qeyri qanuni olaraq Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə protokol tərtib etmişdir. Bundan sonra onun telefonuna 26 mart 2024-cü il tarixdə mesaj gəlmişdir. Mesajda protokol əsasında qərar qəbul olunduğu ona məlum olmuşdur. Onun idarə etdiyi avtomobildə heç bir konstruksiya dəyişikliyi edilməmişdir. Ona görə də onun barəsində tərtib olunmuş protokolla və onun əsasında tərtib edilmiş qərarla razı deyildir. Avtombilin yük yerində quraşdırılmış rəflər daşıdığı malların səliqəli şəkildə yığılmasının və təhlükəsiz daşınması üçün nəzərdə tutulmuşdur. Avtomobilin heç bir yerində əlavə avadanlıq quraşdırılmamışdır. Odur ki, Tovuz RPŞ-nin əməkdaşı polis polkovnik-leytenantı X7 tərəfindən tərtib olunmuş 26 mart 2024-cü il tarixli TP ******* saylı inzbati xəta haqqında qərarın ləğv olunması və işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İşdə olan 14 mart 2024-cü il tarixli İXP ******* saylı protokolun surətindən görünür ki, X6 barəsində İXM-nin 342.2.2-ci maddəsinin tələblərinin pozulması qeyd olunmuşdur. İşə əlavə edilmiş Tovuz RPŞ-nin əməkdaşı tərəfindən tərtib olunmuş 26 mart 2024-cü il tarixli TP ******* saylı inzbati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə 150 manat məbləğində cərimə olunmuşdur. İşə əlavə olunmuş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-NO-*** dövlət qeydiyyat nişanlı Renault markalı Master yük modelli vaqon tipli olmaqla maksimal kütləsi 3300 (üç min üç yüz) kiloqramdır. İşə əlavə edilmiş fotoşəkillərlə müəyyən olunur ki, **-NO-*** dövlət qeydiyyat nişanlı Renault markalı yük avtomobilinin içərisində rəf qaydasında yük yığılması üçün yer quraşdırılmışdır. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, X5 barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə olan inzibati xəta haqda qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 343.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə inzibati məsuliyyət müəyyən olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən təsdiq olunmuş “Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə X14 nəzarəti qaydaları barədə” təlimata 6 №-li əlavəyə əsasən layihə sənədləri tələb olunmayan avadanlıqların nəqliyyat vasitələrinə quraşdırılması barədə siyahıdan görünür ki, **-NO-*** dövlət qeydiyyat nişanlı Renault markalı yük avtomobilinə quraşdırılmış yük daşınması üçün nəzərdə tutulmuş dəmirdən hazırlanmış rəflər nəqliyyat vasitəsinə quraşdırılması qadağan olunmuş avadanlıq hesab oluna bilməz. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 57-ci maddəsinin İİ bəndinə əsasən yükün düşməməsi, hərəkətə mane olmaması üçün sürücü hərəkətə başlamazdan əvvəl və hərəkət vaxtı yükün yerləşdirilməsinə, bağlanmasına və vəziyyətinə nəzarət etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, X5 barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə məsuliyyət müəyyən olunmasına baxmayaraq, avtomobilə quraşdırılmış avadanlığın quraşdırılması və ya dəyişdirilməsi nədən ibarət olması nə protokolda nə də onun əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarda öz əksini tapmamışdır. Protokol tərtib olunarkən İXM-nin 342.2.2-ci maddəsinin dispozisiya hissəsi göstərilməklə xətanın mahiyyəti açıq saxlanılmışdır. Bu hal isə inzibati xətalar qanunvericiliyin ümumi prinsiplərinin pozulması anlamına gəlir. Bundan başqa qeyd olunan avtomobildə yük rəflərinin quraşdırılması avadanlıq kimi göstərilsə belə bu təlimata da zidd olması açıq-aşkardır. X3 tərəfindən avadanlıq quraşdırılması da məhkəmə araşdırması nəticəsində öz təsdiqini tapmamışdır. Yük avtomobilinin isə təyinatına uyğun istifadə edilir. Qeyd edilən avtomobilin yük avtomobili olması nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə müəyyən olunur. Qanunvericilik isə yükün təhlükəsiz, qanunun tələbinə uyğun daşınmasını sürücünün vəzifəsi kimi müəyyənləşdirir. Azərbaycan Respublikası İXM-nin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzbati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X5 barəsində inzibati xəta haqqında iş üzrə qəbul edilmiş 26 mart 2024-cü il tarixli qərar ləğv edilməli və barəsində başlanmış inzibati icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə təqsirli bilinib 150 (yüz əlli) manat cərimə edilməsinə dair 26 mart 2024-cü il tarixli TP ******* saylı qərar ləğv edilsin və barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar