Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-248/2023 16.03.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx xxxxxxx 1969-cu ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, sahibkarlıq fəaliyyəti ilə məşğul olan, evli, əvvəllər inzbati xətaya məruz qalmamış, deməsinə görə əvvəllər məhkum olunmamış, Tovuz rayonu Qovlar şəhəri A.Feyzullayev küçəsi ev 21-də qeydiyyatda olan və yaşayan, Şəxsbarəsində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs məhkəməyə verilmişdir ona görə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 21 oktyabr 2022-ci il tarixli icra sənədinin icrasından üzrsüz səbəbdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında göstərdi ki, Şəxs məhkəməyə verilmişdir ona görə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 21 oktyabr 2022-ci il tarixli icra sənədinə əsasən Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinə əsasən təqsirli bilinərək 10000 (on min) manat məbləğində cərimə olunmuşdur. Borclu həmin cərimə borcundan heç bir ödəniş etməmişdir. İzahatı alınarkən eləcə də ondan öncə də onunla şifahi söhbət aparılarkən cəriməni ödəməyə maddi imkanının olmadığını bildirmişdir. Ona görə də onun barəsində inzbati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Barəsində inzbati xəta haqda iş üzrə material olan Şəxs məhkəmə iclasında göstərdi ki, icra işindən bu gün izahatı alınarkən xəbərdar olmuşdur. Ona cərimə yazılmasından xəbərdar olmuşdur. Lakin Tovuz Rayon İcra Şöbəsində işinin olmasından xəbəri olmamışdır. Maddi imkanı olmadığı üçün cəriməni ödəyə bilməmişdir. Odur ki, məhkəmədən ədalətli qərar verilməsni xahiş etdi. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzbati xəta törətmiş şəxsin və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsində, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi göstərilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, iş Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icraatına 06 mart 2023-cü il tarixdə daxil olmuşdur. İş materillarından da təsdiqini tapdığı kimi 06 mart 2023-cü il tarixdə Şəxs bildiriş göndərilmişdir. Onun icra işi barədə məlumatlı olması isə materiala əlavə olunmuş izahatın tarixi ilə yəni 16 mart 2023-cü il tarixdə müəyyən olunur. Buradan da görünür ki, Şəxs barəsində olan material icra şöbəsində 06 mart 2023-cü il tarixdən qeydə alınsa belə üç ay müddəti keçməmişdir. Maddənin dispozisiyasından da göründüyü kimi qərarın qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi göstərilən xətanın tərkibini yaradır. İcra üçün göndərilən vaxt isə qərarın qüvvəyə mindiyi gündür. Bu hal onu deməyə əsas verir ki, Şəxs əməlində inzibati xətanın tərkibi yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədini 3 ay müddətində üzrsüz səbəbdən icra etməmə əlamətləri müəyyən edilmədiyindən onun əməlində inzibati xəta tərkibi yoxdur və o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilə bilməz, odur ki, onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 57, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün ərzində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Səədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-248/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-248/2023
16.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver