Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-248/2025 19.03.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1990-cı il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, əlilliyi olmayan, məhkumluğu olmayan, subay, Tovuz rayonu Böyük Qışlaq kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Tovuz Rayon Məhkəməsinin 2(062)-2051/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 07 mart 2019-cu il tarixdə anadan olmuş Zəhra adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay 160 manat sabit pul məbləğində aliment, həmin uşağın mülaicəsi üçün hər ay 30 manat alınıb X2 verilməsi qət edilməsinə baxmayaraq, Şəxs icra sənədi üzrə borcunu icra məmurunun müəyyən etdiyi müddətdə yerinə yetirməmiş, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir və nəticədə 1710 manat borcu qalmaqdadır. Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 məhkəmə iclasında göstərdi ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-2051/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 07 mart 2019-cu il tarixdə anadan olmuş Zəhra adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay 160 manat sabit pul məbləğində aliment, həmin uşağın mülaicəsi üçün hər ay 30 manat alınıb X2 verilməsi qət olunmuşdur. Şəxs borcunun ödənilməsi tələb olunmasına baxmayaraq, o icra vərəqəsini tam şəkildə icra etmir. Barəsində axtarış olunmuş və icraya gətirilmişdir. Şəxs icra sənədi üzrə borcunu ödəməkdən yayındığı üçün 19 mart 2025-ci il tarixə borcu 1710 manat təşkil edir. Ona görə də onun barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqda iş üzrə material olan Şəxs ona istinad edilən xətanı törətməkdə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, hər ay ödəmə edir. Bu gün də borcundan 200 manat ödəmə etmişdir. Yığılmış borcundan da xəbərdardır. Maddi imkanı olmadığı üçün borcunu bağlaya bilmir. Fəhləlik olanda işləyib ödəmə edir. Artıq ödəməyə və borcunu bağlamağa maddi imkanı yoxdur. Hesab edir ki, onun heç bir məsuliyyəti yoxdur. Odur ki, məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs X4 məhkəmə iclasında ifadəsində göstərdi ki, Şəxs borcunu ödəmək istəmir. Hər dəfə də şikayət olunandan sonra ödəmə edir. 1-2 ay ödəmə etməsinin səbəbi isə onun barəsində axtarış elan olunmasını bilməsi olmuşdur. Hazırda da bu gün 200 manat ödəmə etmişdir. Lakin yığılan borcundan heç bir ödəmə etmir. Uşağın xəstəliyi mövcuddur və daim müalicə tələb edir. Borcun tam ödənilməsini xahiş edir. Əks halda Şəxs şikayətçidir və ağır inzibati tənbeh edilməsini xahiş edir. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin, zərərçəkmiş şəxsin və protokolu tərtib etmiş şəxsin izahatını dinləyib hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsiliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik, prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası daxilində inzibati qaydada tənbeh olunmalıdır. Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmədə müəyyən edildi ki, Şəxs borcundan ödəmə etmək niyyəti yoxdur. Belə ki, ödəmələr son ay ərzində edilmiş və aylıq ödəmə son aylar 200- 250 manat arasında dəyişmişdir. Şəxs borcun ödənilməsi üçün onun barəsində məcburiyyət tədbirləri aparıldıqdan sonra icra etmişdir. Bundan başqa Şəxs məhkəmə iclasında ifadəsi onu deməyə əsas verir ki, o məhkəmənin qətnaməsinin icrasından qərəzli şəkildə yayınır. Bu hal məhkəmə iclasında tərəflərin dindirilməsi zamanı daxili inamını əsas tutaraq qeyd edir. Məhkəmə qətnaməsinə əsasən yaranmış həmin öhdəliyin tam icra olunmaması isə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətin əsasıdır. Bu hal onu deməyə əsas verir ki, Şəxs öhdəliyini tam şəkildə icra etməməklə qətnamənin icrasından qərəzli yayınır. Məhkəmə Şəxs şəxsiyyətini törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq onun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati qaydada həbs olunmasını qanuni və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 19 mart 2025-ci il tarixdən saat 12:15-dən hesablansın. Qərarın icrası Tovuz Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-248/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-248/2025
19.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver