Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-255/2023 17.03.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Tovuz Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3, Zərəçəkmiş şəxslər X1, X5, X6, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1978-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əlilliyi olmayan, məhkumluğu olmayan, Tovuz Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 3(062)-808/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş, Tovuz rayonu Koxanəbi kəndində qeydiyyatda olan, Şəxsbarəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Tovuz Rayon Məhkəməsinin 2(062)-1856/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən 5000 manat məbləğində borc və dövlət rüsumu hesabına ödənilmiş 30 manat pul Şəxs alınaraq X7 verilməsi qət edilmişdir. Bundan başqa Tovuz Rayon Məhkəməsinin 2(062)-2193/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən 1000 manat məbləğində borc və dövlət rüsumu hesabına ödənilmiş 30 manat pul Şəxs alınaraq X2 verilməsi qət edilmişdir. Bundan başqa Tovuz Rayon Məhkəməsinin 2(062)-1145/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən 2700 manat məbləğində borc, vurulmuş zərərə görə 300 manat pul və dövlət rüsumu hesabına ödənilmiş 30 manat pul Şəxs alınaraq X8 verilməsi qət edilmişdir. Bundan başqa Tovuz Rayon Məhkəməsinin 2(062)-1530/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 4900 manat məbləğində borc və dövlət rüsumu hesabına ödənilmiş 30 manat pul Şəxs alınaraq X9 verilməsi qət edilmişdir. Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 məhkəmə iclasında göstərdi ki Tovuz Rayon Məhkəməsinin 2(062)-1856/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən 5000 manat məbləğində borc və dövlət rüsumu hesabına ödənilmiş 30 manat pul Şəxs alınaraq X7 verilməsi qət edilmişdir. Bundan başqa Tovuz Rayon Məhkəməsinin 2(062)-2193/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən 1000 manat məbləğində borc və dövlət rüsumu hesabına ödənilmiş 30 manat pul Şəxs alınaraq X2 verilməsi qət edilmişdir. Bundan başqa Tovuz Rayon Məhkəməsinin 2(062)-1145/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən 2700 manat məbləğində borc, vurulmuş zərərə görə 300 manat pul və dövlət rüsumu hesabına ödənilmiş 30 manat pul Şəxs alınaraq X8 verilməsi qət edilmişdir. Bundan başqa Tovuz Rayon Məhkəməsinin 2(062)-1530/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 4900 manat məbləğində borc və dövlət rüsumu hesabına ödənilmiş 30 manat pul Şəxs alınaraq X9 verilməsi qət edilmişdir. Şəxs hazırda həmin icra sənədləri üzrə ümumi borcu 12110 manat təşkil edir. Borcluya xəbərdarlıq edilməsinə baxmayaraq borcunu tam şəkildə ödəməmişdir. İcra sənədinin icrasından üzrsüz səbəblərdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Tovuz Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 3(062)- 808/2022 saylı qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 12 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Ona görə də onun barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqda iş üzrə material olan Şəxs ona istinad edilən xətanı törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, maddi imkanı olmadığı üçün borcundan ödəniş edə bilməmişdir. İşləmədiyi üçün borcunu ödəyə bilməmişdir. Vaxt verilərsə hissə-hissə ödəniş edə bilər. Odur ki, məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Şəxs ona olan borcunu ödəmir. Vaxtı isə məsuliyyətdən yayınmaq üçün istəyir. Ondan şikayətçidir və Şəxs cəzalandırılmasını xahiş etdi. Zərərçəkmiş şəxs X11 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Şəxs ona olan borcunu ödəmir. Ondan şikayətçidir və Şəxs həbs olunmasını xahiş etdi. Zərərçəkmiş şəxs X12 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Şəxs onu dəfələrlə pul verəcəyi bəhanəsi ilə aldatmışdır. Ona görə də Vüqardan şikayətçidir. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin, zərərçəkmiş şəxslərin və protokolu tərtib etmiş şəxsin izahatını dinləyib hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin vəzifələri insan və vətandaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsiliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik, prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzbati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə inzibati məsuliyyət müəyyən olunmuşdur. İşə əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 3(062)-808/2022 saylı qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 12 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası daxilində inzibati qaydada tənbeh olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan şəxsin əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs şəxsiyyətini, yuxarıda qeyd olunan məsuliyyətini yüngülləşdirən halı və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq onun İXM-nin 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati qaydada həbs olunmasını qanuni və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 30 (otuz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 17 mart 2023-cü il tarixdən saat 16:00-dan hesablansın. Qərarın icrası Tovuz Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-255/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-255/2023
17.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver