Məhkəmə qərarları › İş №3(062)-262/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-262/2025

22.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-262/2025 22.04.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Həsənov Tural Leysan oğlunun katibliyi, Tovuz Rayon Prokurorluğunun nümayəndəsi X5, barəsində inzibati xəta haqqında iş üzrə iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1974-cü ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, öz deməsinə görə məhkumluğu olmayan, işləməyən, əlilliyi olmayan, Qazax rayonu Qıraq Kəsəmən kəndində yaşayan Şəxs (xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tovuz rayon prokurorluğu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərar qəbul edilərək baxılması üçün aidiyyəti üzrə Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Tovuz rayon Prokurorluğunun nümayəndəsi X8 öz ifadəsində göstərdi ki, inzibati xəta haqqında qərarın tərtib olunmasına səbəb kimi fiziki şəxs Şəxs (FİN: xxxxxxx) 23 yanvar 2025-ci il tarixdə saat 09 radələrində Bakı-Ağstafa dəmir yolunun X12 Stansiyasının 436-cı kilometrliyinin 5-ci piketinin ərazisində yerləşən 36-cı dirəkdə quraşdırılmış kontakt şəbəkə ayırıcılarının işlək vəziyyətdə olub-olmamasını yoxlayan zaman Dövlət Standartının tələbini pozaraq dəmir yolu hava elektrik xəttində elektrik enerjisinin verilişini dayandırmadan həmin işi yerinə yetirən X1 elektrik cərəyanının təsirindən yüngül ağır xəsarət almasına səbəb olmuş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunanlar Şəxs, X1, X7 izahatları, hadisə yerinə baxış keçirilməsi haqqında protokol, məhkəmə tibbi və əmək təhlükəsizliyinin tədqiqi ekspertizalarının rəyləri, Sağlamlıq, Əməyin Təhlükəsizliyi və X9 üzrə mühəndismütəxəssisin vəzifə təlimatı və baxış keçirilməsi haqqında protokolla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o 02 avqust 2024-cü il tarixdən hal-hazırkı dövrədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində Sağlamlıq, Əməyin Təhlükəsizliyi və X9 üzrə mühəndis vəzifəsində işləyir. 23 yanvar 2025-ci il tarixdə saat 09 radələrində həmin cəmiyyətdə elektrik vəzifəsində işləyən X3 Bakı-Ağstafa dəmir yolunun X12 Stansiyasının 436-cı kilometrliyinin 5-ci piketinin ərazisində yerləşən 36-cı dirəyə çıxmış və öz ehtiyatsızlığı səbəbindən elektrik cərəyanının təsirindən xəsarət almışdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati materialda olan sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərardan görünür ki, Fiziki şəxs Şəxs (FİN: xxxxxxx) 23 yanvar 2025-ci il tarixdə saat 09 radələrində Bakı-Ağstafa dəmir yolunun X12 Stansiyasının 436-cı kilometrliyinin 5-ci piketinin ərazisində yerləşən 36-cı dirəkdə quraşdırılmış kontakt şəbəkə ayırıcılarının işlək vəziyyətdə olub-olmamasını yoxlayan zaman Dövlət Standartının tələbini pozaraq dəmir yolu hava elektrik xəttində elektrik enerjisinin verilişini dayandırmadan həmin işi yerinə yetirən X1 elektrik cərəyanının təsirindən yüngül ağır xəsarət almasına səbəb olmuş, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır; Zərərçəkmiş şəxs X1 izahatından görünür ki, o 2019-cu il tarixdən hal-hazırkı dövrədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində elektrik vəzifəsində işləyir. 23 yanvar 2025-ci il tarixdə saat 09 radələrində Bakı-Ağstafa dəmir yolunun X12 Stansiyasının 436cı kilometrliyinin 5-ci piketinin ərazisində yerləşən 36-cı dirəkdə elektrik enerjisinin olubolmadığını yoxlamadan qeyd etdiyi dirəyə qalxmış, kontakt şəbəkə ayırıcılarını yoxlayan zaman elektrik cərəyanının təsirindən xəsarət almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 fevral 2025-ci il tarixli 191 nömrəli ekspert rəyindən görünür ki, X1 bədən səthində aşkar edilmiş xəsarətlər - sifətin, qulaq seyvanlarının, boyunun, hər iki qoltuqaltı nahiyənin, gövdənin ön və sol yan səthlərinin, sol yuxarı ətrafın İ dərəcəli elektrotermiki yanığı sol tərəfli məhdud pnevmotoraks və sol yuxarı ətraf sinirlərinin mononevropatiyası ilə müşayiət olunur. Bu xəsarətlərin elektrik cərəyanının təsirindən onun tibbi yardım üçün Tovuz rayon mərkəzi xəstəxanasına gətirildiyi və qərarın təsviri hissəsində göstərilən 23 yanvar 2025-ci il tarixdə əmələ gələ bilməsi istisna edilmir və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Araşdırma materialı üzrə təyin edilmiş məhkəmə-əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının 17 mart 2025-ci il tarixli, 10/1659 nömrəli rəyində göstərilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində elektrik işləyən X3 elektrik verilişi dayandırılmadan X12 Stansiyasında dəmir yolunun 436-cı kilometrliyinin 5-ci piketinin ərazisində yerləşən 36-cı elektrik dayağına qalxmaqla orada yerləşən gərginlik altında olan elektrik qurğularının cərəyan daşıyıcı hissələrinə yaxınlaşması baş vermiş hadisənin səbəbi olmuşdur. X12 Stansiyasının dəmir yolunun 436-cı kilometrliyinin 5-ci piketinin ərazisində yerləşən 36-cı dayaqda quraşdırılmış kontakt şəbəkəsinin ayırıcılarının işlək vəziyyətdə olubolmamasının yoxlanılması işinin aparılması üçün, dəmir yolu hava elektrik xəttində elektrik enerjisi verilişi dayandırılmadan işçinin elektrik dayağına qalxmasına yol verildiyinə görə, "Elektrik təhlükəsizliyi. Ümumi tələblər" 12.1.019-79 DST-nin (Dövlət Standardının) 3.4.1-ci bəndinin tələbi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində həmin işin təhlükəsiz aparılmasına cavabdeh olan şəxslər tərəfindən pozulmuşdur. Baxış keçirilməsi haqqında 05 aprel 2025-ci il tarixli protokolla müəyyən edilmişdir ki, "X4 Sistemi"nin "Elektron Sorğu" modulunda X3 ********** nömrəli vergi ödəyicisi kimi qeydiyyata alınmış "İnşaat Təmir-Tikinti İstehsalat Birliyi (TTİB)" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 01 oktyabr 2019-cu il tarixdə elektrik vəzifəsi üzrə müddətsiz və qüvvədə olan əmək müqaviləsi bağlanmışdır. Həmçinin, Şəxs ilə də eyni cəmiyyət arasında 02 avqust 2024-cü il tarixdə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis vəzifəsinə müddətli və qüvvədə olan əmək müqaviləsi bağlanmışdır. Araşdırma materialına əlavə edilmiş Sağlamlıq, Əməyin Təhlükəsizliyi və X9 üzrə mühəndisin vəzifə təlimatında göstərilmişdir ki, SƏTƏMM üzrə mühəndis əməyin mühafizəsi üzrə qabaqcıl və elmi təcrübələri istehsalatda həyata keçirməli, iş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyin vəziyyətinə nəzarət etməli, bina, qurğu və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətinin yoxlanılmasında iştirak etməli, sağlam və təhlükəsiz iş şəraiti yaratmaq üçün hesabat aparmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən, bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 18.3-cü maddəsinə əsasən, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, Şəxs tərəfindən təhlükəsizlik qaydalarına əməl edilmədiyindən X2 az ağır zərər dəymişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar