Məhkəmə qərarları › İş №3(062)-267/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-267/2025

10.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-267/2025 10.04.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Həsənov Tural Leysan oğlunun katibliyi, Protokol tərtib etmiş Tovuz RPŞ-nin İTB-nin sahə rəisi polis baş leytenantı X5, DİN-in BDYPİ-nə bilavasitə tabe olan Tovuz RQİ və TBŞ-nin texniki baxış qrupunun Baş Dövlət Avtomobil müfəttişi polis mayoru X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Tovuz rayonu Eyyublu kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, deməsinə görə əvvəllər məhkum olunmamış, işsiz, əlilliyi olmayan, Tovuz rayonun Eyyublu kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs (FİNxxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Tovuz Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X9 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2025-ci il tarixdə DİN-in BDYPİ-nə bilavasitə tabe olan Tovuz RQİ və TBŞ-nin inzibati binasında ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş və polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X9 protokola uyğun izahat verərək bildirmişdir ki, Şəxs, atası X3 ilə birlikdə 08 aprel 2025-ci ildə DİN-in BDYPİ-nə bilavasitə tabe olan Tovuz RQİ və TBŞ-nin inzibati binasında əməkdaşlarla mübahisə nəticəsində ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş, ucadan nalayiq ifadələr işlətmiş və polisin qanuni tələbinə tabe olamışdırlar, bununlada DİN-in BDYPİ-nə bilavasitə tabe olan Tovuz RQİ və TBŞ-nin fəaliyyətinə mane olmuşlar. Daha sonra Şəxs və X1 RPŞ-nin inzibati binasına dəvət edilərək onların barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid X10 bildirmişdir ki, hadisə xx.xx.2025-ci il tarixdə saat 16 radələrində baş vermişdir. Xidmət apararkən texniki müayinə qarajına dövlət qeydiyyat nişanının hər ikisi yerində olmayan açıq boz-yaşıl metallik rəngli VAZ-21063 markalı nəqliyyat vasitəsi texniki baxış üçün müraciət etmişdir. Həmin nəqliyyat vasitəsinin sürücüsünə avtomaşının texniki baxışa təqdim edilməsi qaydalarını izah etmiş və bildirmişdir ki, nəqliyyat vasitəsi texniki baxışa təqdim edilərkən dövlət qeydiyyat nişanlarının nəqliyyat vasitəsinin üzərində olmağı ilə yanaşı qeydiyyat şəhadətnaməsinin və nəqliyyat vasitəsinin sahibinin yaxud onu təmsil edən nümayəndənin etibarnaməsi və şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim edilməlidir. Sonradan məlum olmuşdur ki, həmin nəqliyyat vasitəsini təqdim edən şəxs Şəxsdur və həmin nəqliyyat vasitəsini idarə etmək hüququ yoxdur. Bundan başqa məlum olmuşdur ki, qeyd olunan avtomaşının dövlət qeydiyyat nişanının **-BV-*** olmaqla yanaşı həmin avtomobil X2 məxsusdur. Əlavə olaraq qeyd edir ki, X3 və Şəxs dəfələrlə sakitliyə və intizama dəvət olunsa da uca səslə mübahisə etmiş, nalayiq ifadələr işlədərək, əməkdaşlara hədə-qorxu gəlmiş, avtomobilə əyləşməklə DİN-in BDYPİ-nə bilavasitə tabe olan Tovuz RQİ və TBŞ-nin ərazisini yüksək sürətlə tərk, dövlət orqanının normal iş fəaliyyətini pozmuş, orada olan digər şəxslərin narahatlığına səbəb olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, VAZ-21063 markalı avtomaşını almaq niyyətində olmuşdur. Avtomaşın həmkəndlisi X2 məxsusdur. Nömrə dəyişərkən vaxt itirməmək üçün əvvəlcədən avtomobil dövlət qeydiyyat nişanını çıxarmışdır. Lakin sonradan məlum olmuşdur ki, avtomobilin texnik baxış müddəti çatdığı üçün alqı-satqı etmək mümkün deyil. Ona görə də texniki baxış üçün aidiyyəti şöbəyə yaxınlaşmışdır. Avtimobilin sahibi qadın olduğu üçün onun əvəzinə texniki baxış qrupunun Baş Dövlət Avtomobil müfəttişi polis mayoru X6 xidməti kabinetinə avtomobilin sahibi olmadan özü və atası Yusif Sadıqov daxil olmuş və avtomobili texniki baxışdan keçirmək üçün əməkdaşa müraciət etmişlər. Lakin əməkdaş avtomobilin sahibi gəlmədiyini əsas gətirərək bundan imtina etmiş və o, həmin imtinanı əsassız hesab etdiyi üçün aralarında mübahisə yaranmış, atası ilə birlikdə əsəbiləşərək ucadan danışmış və etirazını bildirmişdir. Əsəbi olmuş, bu səbəbdən əməkdaşlarla mübahisə etmiş, lakin heç bir nalayiq ifadə işlətməmişdir. Hazırda əməlindən səmimi peşmandır və zalda əyləşən polis əməkdaşlarından üzr istəyir. Məhkəmədən barəsində başlanılmış inzibati xəta üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatını, şahidin ifadəsini, habelə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs ona istinad edilən inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edərək inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini, törədilən inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə almaqla ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2, 31, 34, 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar