Məhkəmə qərarları › İş №3(062)-269/2025

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №3(062)-269/2025

23.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 3(062)-269/2025 23.04.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin hakimi Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, Tovuz Rayon Prokurorunun nümayəndəsi 2-ci dərəcəli hüquqşünas X2 оğlunun, “Şəxs” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (direktoru) X1 iştirakı ilə Hüquqi şəxs “Şəxs” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Tovuz Rayon Prokurorluğu tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə toplanmış inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: “Şəxs” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İXM-nin 192.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında xx.xx.2025-ci il tarixli İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş materiallar xx.xx.2025-ci il tarixdə Tovuz Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Tovuz Rayon Prokurorluğunun nümayəndəsi işin hallarına uyğun izahat vermiş və İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarda göstərilənləri bir daha təsdiq etmişdir. Məhkəmə iclasında “Şəxs” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (direktoru) X3 bildirmişdir ki, MMC-nin qanuni təmsilçisi olmasına baxmayaraq Tovuz Rayon Prokurorluğunda aparılan araşdırma barədə ona məlumat verilməmiş, araşdırmada onun iştirakı təmin edilməmiş və izahatı alınmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən, prokuror bu Məcəllənin 99.3-cü maddəsinə əsasən digər inzibati xətalar haqqında işlər üzrə də icraatın başlanması haqqında qərar qəbul etmək hüququna malikdir. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən, bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsaəsn, inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərkən hüquqi şəxs “Şəxs” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru və qanuni təmsilçisi X3 dəvət edilərək istinad edilən inzibati xəta haqqında onun izahatı alınmamışdır. Halbuki qərarda hüquqi şəxsin direktoru olan X3 tərəfindən törədilən inzibati xətaya görə hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməli olması qeyd edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar tərtib edilmiş “Şəxs” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi izahat vermək və qərarın məzmunu barəsində öz mülahizələrini təqdim etmək imkanlarından məhrum olmuş, öz müdafiə hüququnu qurmaq imkanı məhdudlaşdırılmışdır. Göstərilənlərə əsasən, hüquqi şəxs “Şəxs” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və toplanmış material natamam olduğundan, mövcud natamamlıqları isə işə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığından xx.xx.2025-ci il tarixli İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar Tovuz Rayon Prokurorluğuna qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 101, 106, 109 və 128-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Hüquqi şəxs “Şəxs” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş material Tovuz Rayon Prokurorluğuna qaytarılsın. Qərardaddan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar