Məhkəmə qərarları › İş №3(062)-278/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-278/2024

18.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-278/2024 18.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, Protokol tərtib etmiş Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə xx.xx.1990-cı il tarixdə Tovuz rayonu Aşağı Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, deməsinə görə əvvəllər məhkum olunmamış və əlilliyi olmayan, Tovuz rayonu Aşağı Quşçu kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Tovuz Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2024-cü il tarixdə Tovuz Rayon Məhkəməsinin inzibati binasında ucadan nalayiq ifadələr işlədərək məhkəmənin iş rejimi pozmuşdur. Bununla da onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X2 protokola uyğun izahat verərək göstərdi ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü ildə Tovuz Rayon Məhkəməsinin inzibati binasında ucadan nalayiq ifadələr işlədərək məhkəmənin iş rejimini pozmuşdur. Ona görə də bu barədə müvafiq protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Odur ki, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanunamüvafiq hesab edir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak etmiş və hərbi travma almışdır. Bu səbəbdən mütəmadi olaraq müalicə alır. xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatında olan cinayət işi üzrə o, şahid qismində məhkməyə dəvət olunmuşdur. Məhkəmə iclası təxirə düşdüyündən o, iradını bildirmişdir. Belə ki, o, müalicə olunmaq üçün Bakı şəhərinə getməli olduğunu və növbəti məhkəmə iclasına gələ bilməyəcəyini bildirmişdir. O, müharibə vaxtı travma aldığı üçün ola bilsin ki, fikrini aqressiv şəkildə bildirmişdir. Bu zaman səs-küy yaranmışdır. Bundan sonra o, məhkəmədən çıxıb getmişdir. Odur ki, barəsində olan inzibati materialın icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil bildirdi ki, hüquqlarını müdafiə etdiyi Şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak etmiş və qazi olmuşdur. Əgər məhkəmənin iş rejimini pozmuşdursa onun müharibədə aldığı travma səbəbindən olmuşdur. Odur ki, qeyd olunanların nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərdi ki, o, Tovuz rayon İcra və Probasiya şöbəsində icra məmuru işləyir. xx.xx.2024-cü il tarixdə o, növbətçi olduğundan Tovuz Rayon Məhkəməsinin inzibati binasında olmuşdur. Binanın həyətində olarkən məhkəmənin iclas zalından səs-küy gəldiyini eşitmiş və dərhal zala gəlmişdir. Bu zaman zalda adını sonradan bildiyi Samir adlı şəxsin əlini aqresiv şəkildə tribunaya vurduğunu, özünü yandıracağını eşitmişdir. Şəxs əsəbi olduğundan məhkəmənin həyətində nalayiq ifadələr də işlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, o, Tovuz Rayon Məhkəməsində məhkəmə iclas katibi işləyir. Samiri illər öncədən tanıyır və çox gözəl münasibətləri vardır. xx.xx.2024-cü il tarixdə icraatda olan cinayət işi üzrə təqsirləndirilən şəxsin müdafiəçisi məhkəmə iclasında iştirak etmədiyi üçün məhkəmə iclası təxirə salınmışdır. Bu zaman həmin iş üzrə şahid qismində məhkəməyə dəvət olunmuş Şəxs aqressiv şəkildə məhkəmə iclasının təxirə salınmasına etirazını bildirmiş və əlini tribunaya vuraraq işə baxılmasını tələb etmişdir. O, Şəxs tanıdığından sonuncuya sakitləşməsini söyləmiş və iclas zalından binanın həyətinə çıxarmışdır. Həyətdə də qeyri-etik ifadələrlə müşayiət edilən davranışlar sərgiləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəxs Zöhrab oğlu izahatında göstərdi ki, o, Tovuz Rayon Məhkəməsində operator işləyir. xx.xx.2024-cü il tarixdə o, məhkəmənin həyətində olarkən Şəxs cinayət işi üzrə şahid olan Abbas adlı şəxslə görüşmüşdür. Abbas Şəxs nəyə görə məhkəməyə gəldiyini soruşduqda, sonuncu məhkəmə işçilərinin ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, habelə şahidləri dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə Şəxs inzibati xəta törətmədiyini bildirməsinə qeyri-səmimi baxaraq, özünü müdafiə xarakteri daşıdığını hesab edir. Şəxs yüksək səslə danışaraq məhkəmənin çağırışına gəlmiş şəxslərin yanında ictimai qaydanı pozmuş, məhkəmə işçilərinin ünvanına etik qaydalara uyğun olmayan ifadələr işlətmişdir. İş materiallarında olan aktdan görünür ki, Şəxs məhkəmə iclasını pozaraq, əlini tribunaya vuraraq sədrlik edən hakimə “indi sən görəcəksən, özümü yandırıb səndən də şikayət edib səni burada oturmağa qoymayacam. Mən qaziyəm. Mən heç kimdən və heç nədən qorxmuram. Buradakılar şərəfini satmış insanlardır” söyləmişdir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində 2 nəfər azyaşlı uşaqlarının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, törədilən inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, bаrəsində inzibаti həbs tətbiq etməklə оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədinə nаil оlmаq mümkündür. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs inzibati qaydada həbs etmənin əvvəli 18 aprel 2024-cü il tarixdən, saat 15:00-dan hesablansın. Qərаrın icrаsı Tovuz rayon Polis Şöbəsinə həvаlə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar