Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-28/2024 12.01.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Protokolu tərtib etmiş Tovuz RPŞ İTB-nin sahə rəisi X2 Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə xx.xx.1995-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əlilliyi olmayan, əvvəllər inzbati xətaya məruz qalmamış, deməsinə görə məhkumluğu olmayan, Tovuz rayonu Qaraxanlı kəndində qeydiyyatda olan və yaşayan, Şəxs- Haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Tovuz Rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə Tovuz rayonu Qaraxanlı kəndində qayınatası X3 ilə yaranmış münaqişə zəminində onu döyərək dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Faktla bağlı 12 yanvar 2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs verdiyi ifadəsində törətdiyi xətanı etiraf edərək göstərdi ki, Vəli Allahquluyev onun qayınatasıdır. 04 dekabr 2023-cü il tarixdə o yaşadığı otağa açarla açıb içəri girmək istədikdə qapını aça bilməmişdir. Bu zaman Vəli Allahquluyev ona otağın qıfılını dəyişdiyini bildirmişdir. O əsəbləşərək Vəli Allahquluyevi boğazından tutaraq onun sifətinə vurmuşdur. X4 ilə barışmış, etdiyi hərəkətlərdən peşmandır, bir daha ona qarşı belə hərəkətlər etməyəcəkdir, odur ki, barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Şəxs onun gəlinidir. 2023-cü ilin yay aylarından Nuranə gündəlik fəhləliyə getməyə başlamış və evə gec saatlarda qayıtmışdır. Həmin vaxtdan ailədə narazılıqlar başlamışdır. Nuranə 04 dekabr 2023-cü il tarixdə atası evindən onun evinə gələn zaman aralarında mübahisə olmuş və Şəxs onu vuraraq döymüşdür. Hazırda barışmışlar. Ondan şikayətçi deyil. Odur ki, Vəli Allahquluyevin barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. İşə əlavə edilmiş 10 dekabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qararın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. İşə əlavə edilmiş X1 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Şəxs ilə barışmış və işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində olan inzibati xəta haqda iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanılır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işlərə baxılarkən inzibati xəta barədə iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edildi ki, barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs zərərçəkmiş şəxs X3 ilə barışmış, odur ki, məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata zərərçəkmiş şəxslə barışması əsası ilə xitam verilsin. Qərardan 10 (on) gün müddətinə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-28/2024
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-28/2024
12.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver