Məhkəmə qərarları › İş №3(062)-282/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-282/2023

13.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-282/2023 13.04.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi ilə Şəxs – xx.xx.1989-cu ildə Tovuz rayonunda anadan olmuş Azərbaycan Respublikası vətəndaşı, Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsi ev 37-də yaşayan Barəsində Azərbaycan Respublikası DİN-nin Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 529-cü maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, 18 noyabr 2022-ci il tarixdə «CHEVROLET AVEO» minik markalı **-BZ-*** qeydiyyat nişanlı avtomobili idarə edərkən İXM-nin 469.3-cü maddəsinin tələblərini pozduğuna görə 50 (əlli) manat məbləğində cərimə olunmasına baxmayaraq inzibati qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan qərarı icra etməmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 529.3-cü maddəsi ilə olan işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin dizpozisiyasına əsasən Yol Hərəkəti qaydalarının əleyhinə olan İnzibati Xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan İnzibati Xətanın törədilməsinə görə İnzibati cərimə İnzibati cərimə növündə İnzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsi vergilərin, vergi rüsumlarının, maliyyə və sğıorta qaydalarının əleyhinə olan inzibati xətalar fəsilinə aiddir. Belə olan halda Şəxs əməlində İnzibati Xətanın tərkibi yaranmır. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114-115, 117 və 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətinə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar