Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-282/2025 24.04.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi İsayev Emin Arif oğlunun katibliyi, X1 iştirakları ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qazax-Tovuz regional şöbəsinin xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qazax-Tovuz regional şöbəsinin 01 aprel 2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə inzbati xəta törətdiyinə görə 1500 manat cərimə olunmuşdur. X3 məhkəmə iclasında göstərdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qazax-Tovuz regional şöbəsinin inzibati tənbeh vermə haqqında 01 aprel 2025-ci il tarixli MN ******* nömrəli qərarına əsasən Azərbaycan Respublikasının İXM-nin 469.2-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətməyi barədə nəticəyə gəlinərək barəsində vəzifəli şəxs qismində 1500 manat cərimə tətbiq olunmuşdur. Əslində Tovuz rayonu Xatınlı kəndi ərazisində “Wunder Palace” adlı şadlıq sarayı və kafe işlədir. Toy olmayan müddət ərzində isə şadlıq sarayı işləmir. Ona görə də orada işçi saxlamır. İşçi ilə əmək müqaviləsi bağladıqdan sonra icbari slğorta etdirməmişdir. Ona görə ki, işçilərlə əmək müqaviləsinə iş olmadığı müddətə ərzində xitam verilmişdir. Bu halları nəzərə alaraq əsasən barəsində olan 01 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qazax-Tovuz regional şöbəsi tərəfindən tərtib olunmuş MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə materialın icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində bildiriş rəsmi göndərilməsinə baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qazax-Tovuz regional şöbəsinin nümayəndəsi məhkəmə prosesində iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qazax-Tovuz regional şöbəsinin nümayəndəsi olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan 01 aprel 2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə təqsirli bilinib 1500 (min beş yüz) manat məbləğində cərimə edilmişdir. İşə əlavə olunmuş məhkəmənin təşəbbüsü ilə elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, X3 vergi ödəyicisidir və onun vergi ödəyicinin eyniləşdirmə nömrəsi ********** olan şəhadətnaməsi mövcuddur. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib və şikayət verən X2 dinləyib hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qazax-Tovuz regional şöbəsinin 1500 (min beş yüz) manat məbləğində cərimə olunması barədə 01 aprel 2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqda qərarı qanuni hesab edilməlidir. Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə məsuliyyət müəyyən olunur. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsi istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinə (bundan sonra – icbari sığorta müqaviləsi) – icbari sığortanın təmin edilməsi üçün sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta hadisəsi nəticəsində sığortaçının sığorta ödənişini həyata keçirmək öhdəliyini nəzərdə tutan yazılı razılaşma” kimi anlayış müəyyən etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, X3 işlədiyi dövr üçün işçi ilə icbari sığorta müqaviləsi bağlamadan fəaliyyət göstərmişdir. Qanunvericlik işlədiyi dövr üçün müqavilə ili deyilən anlayış müəyyən edir. Həmin müddət ərzində işçinin icbari sığortalı olması qanunvericiliyin tələbidir.Ceyhun Məmmədov işləmədiyi üçün işçi ilə icbari sığorta müqaviləsi bağlamadığını bildirmişdir. İşlədiyi dövr üçün də icbari sığorta müqaviləsinin mövcud olmasını məhkəmə iclasında təqdim etməmiş və fəaliyyətinin dayandırlması dövrü ilə sahibkarlıq fəaliyyəti göstərdiyi şadlıq sarayını işlətdiyi dövrü göstərməmişdir. Həmin dövrdə belə işçi ilə icbari sığorta müqaviləsinin olmadığı bəlli olduğundan onun barəsində inzbati tənbeh müəyyən olunmuşdur ki, bu da onun tərəfindən maddi hüquq normasını pozulması anlamına gəlir. Ona görə də məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, X5 Xidmətinin Qazax-Tovuz regional şöbəsinin vəzifəli şəxsi tərəfindən X3 barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə olunması barədə 01 aprel 2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqda qərar qanuni hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 114- 115, 128-129 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X1 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Qazax-Tovuz regional şöbəsinin 01 aprel 2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni hesab edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-282/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-282/2025
24.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver