Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-283/2024 22.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Protokolu tərtib etmiş Tovuz RPŞ İTB-nin sahə rəisi X2 Zərərçəkmiş şəxs X4 və onun qanuni nümayəndəsi X5, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə xx.xx.1992-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əlilliyi olmayan, əvvəllər inzbati xətaya məruz qalmamış, deməsinə görə məhkumluğu olmayan, Tovuz rayonu Bozalqanlı kəndində qeydiyyatda olan və yaşayan, Şəxs- Haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Tovuz Rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, xx.xx.2024-cü il tarixdə Tovuz Rayon Məhkəməsinin inzibati binasının qarşısında küçədə qızı X6 münaqişə zəminində onu döyərək dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Faktla bağlı 22 aprel 2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan X1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Lamiyyə Tağıyeva onun qızıdır. 12 may 2023-cü il tarixdə Tovuz Rayon Məhkəməsinin qərarına əsasən onunla Nuru Tağıyev arasında olan nikah pozulmuşdur. Nikah pozularkən uşaqları atası Nuru Tağıyevin yanında saxlanmış və uşaqların saxlanması üçün aliment alınaraq Nuru Tağıyevə verilməsi qət olunmuşdur. 13 mart 2024-cü il tarixdə alimenti ödəməməsi əsası ilə icra və probasiya tərəfindən barəsində protokol tərtib olunaraq baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. O alimenti ödədiyindən məhkəmə onun barəsində məsuliyyət müəyyən etməmişdir. O məhkəmənin inzibati binasından küçəyə çıxaraq icra məmuru Raulla söhbət edən zaman keçmiş əri Nuru Tağıyev də orada olmuşdur. Orada keçmiş əri Nuruya uşaqlara verilən aliment pulundan niyə geyim əşyaları almamasını ona irad şəklində bildirmişdir. Nuru Tağıyev bundan sonra uşağı da qucaqlayaraq maşına oturdaraq oradan uzaqlaşmışdır. O qızını vurmamış, ona hər hansı formada təzyiq göstərməmişdir. Odur ki, ədalətli qərar verilməsini, işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X7 atası X5 yanında dindirilərkən məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, orta məktəbdə oxuyur. Ata və anası ayrılmışlar. Anası 13 mart 2024-cü il tarixdə məhkəmənin yerləşdiyi küçədə onun sinəsindən tutaraq xəsarət yetirmişdir. Onunla barışmaq fikri yoxdur. Ondan şikayətçidir. Odur ki, ədalətli qərar verilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin təşəbbüsü ilə prosesə dəvət edimiş iş üzrə şahid qismində dindirilmiş X8 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Şəxs icra işi onun icraatındadır. 13 mart 2024-cü il tarixdə Şəxs icra vərəqəsi üzrə borcunu tam ödəmədiyi üçün onun barəsində protokol tərtib edərək baxılması üçün məhkəməyə gətirmişdir. Məhkəmə prosesi yekunlaşdıqdan sonra onlar məhkəmənin yerləşdiyi küçənin qarşısında onun maşının yaxınlığında Şəxs, eləcə də Nuru Tağıyevin suallarına cavab vermək məqsədilə dayanmışdır. Orada Şəxs Nuru Tağıyevə iradını bildirərək nəyə görə uşaqlara verilən aliment pulu ilə paltar almadığını bildirmişdir. Həmin vaxt nə qızını vurmuş, nə də onu itələmişdir. Sadəcə əli ilə qızının paltarını göstərmişdir. İşə əlavə edilmiş 23 mart 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qararın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iş materillarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin, eləcə də şahidin verdiyi izahatları dinləyib hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitan verilməlidir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə məsuliyyət müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Şəxs öz qızını vurmamış ona qarşı sair zorakılıq hərəkətləri də etməmişdir. Əli ilə qızı Lamiyə Tağıyevanı göstərərək Nuru Tağıyevə verdiyi alimentlə niyə paltar almaması barədə irad bildirməsi halı nə döymə kimi, nə də sair zorakı hərəkət kimi qiymətləmndirilə bilməz. İşin hərtərəfli araşdırması isə onu göstərir ki, Şəxs tərəfindən qəsdən fiziki ağrı yetirmə halı öz təsdiqini tapmamışdır. Bu hal isə onu deməyə əsas verir ki, onun əməlində inzibati xətanın tərkibi yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə əlamətləri müəyyən edilmədiyindən onun əməlində inzibati xəta tərkibi yoxdur və o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edil bilməz, odur ki, onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 57, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün ərzində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-283/2024
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-283/2024
22.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver