Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-284/2024 20.06.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1992-ci il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, əlilliyi olmayan, məhkumluğu olmayan, orta təhsilli, Tovuz rayonu Qovlar şəhəri X.Quliyev küçəsi ev 4-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Tovuz Rayon Məhkəməsinin 2(062)-2334/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən 11 sentyabr 2016-cı ildə anadan olmuş Nuray və 23 fevral 2019-cu ildə anadan olmuş Gülay adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 170 manat alimentin Şəxs alınaraq X1 verilməsi qət edilməsinə baxmayaraq Şəxs icra sənədi üzrə borcunu icra məmurunun müəyyən etdiyi müddətdə yerinə yetirməmiş, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 əvvəlki məhkəmə iclaslarında iştirak edərək göstərdi ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-2334/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən 11 sentyabr 2016-cı ildə anadan olmuş Nuray və 23 fevral 2019-cu ildə anadan olmuş Gülay adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 170 manat alimentin Şəxs alınaraq X1 verilməsi qət olunmuşdur. Şəxs borcunun ödənilməsi tələb olunmasına baxmayaraq o icra vərəqəsini tam icra etməmişdir. Şəxs icra sənədi üzrə borcunu ödəməkdən yayındığı üçün hazırda borcu 2000 manat təşkil edir. Ona görə də onun barəsində inzbati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqda iş üzrə material olan Şəxs ona istinad edilən xətanı törətməkdə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, borcu 2000 manat təşkil edir. Vaxtını xatırlamadığı müddət ərzində 200 manat ödəmə etmişdir. Məhkəməyə söz verdiyi müddət ərzindən sonra ödəmə etmiş, məhkəməyə isə gəlmək lazım olduğunu bilməmişdir. Ödəmə edərək aliment borcunu tam bağlamağa maddi imkanı yoxdur. Bundan əvvəlki məhkəmə iclasında 500 manat ödəyəcəyinə söz versə də pulu tam düzəldə bilməmişdir. İşləyə bilmədiyi üçün aliment borcunu ödəyə bilməmişdir. Odur ki, məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və protokolu tərtib etmiş şəxsin izahatını dinləyib hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsiliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik, prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İşə əlavə olunmuş 26 aprel 2024-cü il tarixli 3(062)-284/2024 saylı qərardadın surətindən görünür ki, Şəxs barəsində 22 aprel 2024-cü il tarixdə inzibati qaydada protokol tərtib edilmiş, Şəxs 26 aprel 2024-cü il tarixə kimi vaxt verilməsini xahiş etmişdir. Məhkəmə 26 aprel 2024-cü il tarixə kimi Şəxs vaxt verməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmişdir. İşə baxılmasının təmin edilməsi üçün Şəxs barəsində məcburi qaydada məhkəməyə gətirilməsi qərara alınmış və iş üzrə icraat dayandırılmışdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası daxilində inzibati qaydada tənbeh olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan şəxsin əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmədə müəyyən edildi ki, Şəxs borcundan ödəmə etməsi barədə söz versə də məhkəmənin müəyyən etdiyi müddətdə ödəmə edə bilməmişdir. Həmçinin məhkəmənin müəyyən etdiyi müddət ərzində o aliment borcunu ödəməməklə yanaşı, məhkəmə iclasından da yayınmışdır. Məhkəmə ona 26 aprel 2024-cü il tarixədək borcunu ödəməsi barədə vaxt vermiş və ödəyərək məhkəmə iclasını gəlməsini bildirmişdir. Həmin tarixdə Şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı formada məlumat verməmişdir. Sadalanan bu hallar eyni zamanda ödəmənin olmaması da qətnamənin icrasından qərəzli yayınmanın əlamətidir. Bundan başqa Şəxs bu gün də borcundan heç bir ödəmə etmir. Bu hal onu deməyə əsas verir ki, Şəxs öhdəliyini icra etməməklə qətnamənin icrasından qərəzli yayınır. Məhkəmə Şəxs şəxsiyyətini, yuxarıda qeyd olunan məsuliyyətini yüngülləşdirən halı və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq onun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati qaydada həbs olunmasını qanuni və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 12 (on iki) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 20 iyun 2024-cü il tarixdən saat 17:40-dan hesablansın. Qərarın icrası Tovuz Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-284/2024
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-284/2024
20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver