Məhkəmə qərarları › İş №3(062)-288/2025

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №3(062)-288/2025

18.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 3(062)-288/2025 18.04.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Tovuz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, məhkəmə Müəyyən etdi: Tovuz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)-4411 saylı icra sənədi üzrə yaranmış borcunu ödəməkdən boyun qaçırır. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Tovuz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 bildirdi ki, tələbkar ilə əlaqə saxlamaq mümkün olmur. Borclu isə borcun böyük hissəsini ödədiyini bildirir. Bu səbəbdən protokolda borcun hansı həddə olması göstərilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, onun cəmi 5000 manat borcu qalmışdır. Aralarında tələbkar ilə ödəməyə dair razılaşma da olmuşdur. Lakin tələbkar xaricdə yaşayır və ölkəyə il ərzində bir-iki dəfə gəlir. Bu səbəbdən heç icra işi ilə maraqlanmır. Çünki razılıq üzrə ödənişlər edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)-4411 saylı qərarına əsasən, Şəxs 17100 manat məbləğində pulun alınıb tələbkar X1 verilməsi qət edilmişdir. “İcraata başlama haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)-4411 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İnzibati Xətalar Məcəlləsinin 100.1 və 100.1.5-ci maddələrində qeyd olunmuşdur ki, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Protokolda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi göstərilir. Məhkəmə qeyd edir ki, şəxs haqqında protokolda borcun məbləği göstərilməmiş, eyni zamanda borcun məbləği barədə müvafiq sənəd əlavə edilməmişdir. Hansı ki, icra məmuru özü də məhkəmə iclasında tələbkar ilə əlaqə saxlamağın mümkün olmadığını və bu səbəbdən borcun hansı həddə olmasını müəyyən edə bilmədiyini qeyd etmişdir. Belə olan halda borclunun icra sənədinin icrasından yayınıb-yayınmaması üzrə nəticəyə gəlmək mümkün deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanmasından bəhs edən 106.0, 106.0.3 və 106.0.5-ci maddələrində göstərilmişdir ki, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmaması məsələlərini həll edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, protokola mahiyyəti üzrə baxılaraq qərar qəbul edilməsi mümkünsüzdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı Tovuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş protokol geri qaytarılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 106 və 109.1.6-cı maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı Tovuz rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş protokol və ona əlavə olunmuş sənədlər Tovuz rayon İcra və Probasiya şöbəsinə geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar