Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 3(062)-289/2025 18.04.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Tovuz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, məhkəmə Müəyyən etdi: Tovuz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2023 saylı icra sənədi üzrə yaranmış 10280 manat borcunu ödəməkdən boyun qaçırır. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında böyük icra məmuru X5 göstərdi ki, protokol tərtib edilən zaman tələbkar ümumiyyətlə ödəniş edilmədiyini göstərirdi. Lakin borclu qəbzlər təqdim edərək xeyli miqdarda ödənişlər etdiyini bildirdi. Bundan sonra tələbkar ödənişlər edildiyini qeyd etdi. Eyni zamanda başqa ödənişlərin də olduğunu lakin bunun üçün banka sorğu verilməli olmasını bildirdi. Odur ki, təqdim edilən qəbzlər üzrə hazırki protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, onun ümumiyyətlə aliment borcu yoxdur. Rusiya Federasiyasında işləmiş və daimi ödənişlər etmişdir. Lakin buna baxmayaraq tələbkar bunu inkar etmişdir. Hansı ki, onun tərəfindən qəbzlər təqdim edildikdən sonra tələbkar razılaşmış və qəbzini təqdim edə bilmədiyi pulların yenidən ödənilməsinə nail olmağa çalışmışdır. Bir sözlə tələbkar səmimi deyil və məqsədi ödənilmiş alimentin yenidən ödənilməsinə nail olmaqdır. Hesab edir ki, aliment borcu düzgün hesablanmamışdır. Tələbkarın özü də icraya gəlməkdən yayınır. Tələbkar da icra şöbəsinə gəlməli və onların birgə iştirakı ilə yenidən borc hesablanmalıdır. Odur ki, qanuni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2023 saylı qərarına əsasən, Şəxs hər ay cəmi 370 manat sabit pul məbləğində alimentin alınıb iki nəfər uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün tələbkar X1 verilməsi qət edilmişdir. “İcraata başlama haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2023 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İnzibati Xətalar Məcəlləsinin 100.1 və 100.1.5-ci maddələrində qeyd olunmuşdur ki, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Protokolda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi göstərilir. Məhkəmə qeyd edir ki, hazırda inzibati xəta haqqında protokolda göstərilən borc məbləği üzrə düzgün hesablanma aparılmamışdır. Belə ki, həm icra məmuru, həm də borclunun izahatı ilə təsdiq edilir ki, tələbkar alimentin ödənilməsi üzrə düzgün izahat verməmiş və çaşqınlıq yaratmağa çalışmışdır. İşin bu halı tələbkarın icra şöbəsinə yazdığı ərizə ilə də təsdiqin tapır. Hansı ki, borclu qəbz təqdim etdikdən sonra aliment ödənişlərinin olmasını tələbkar etiraf etmişdir. Bu kimi hallar iş üzrə düzgün nəticəyə gəlməyə əsas vermir. Çünki tələbkar məhkəmə iclasına da gəlməmişdir ki, tərəflərin birgə iştirakı ilə aliment borcunun hansı həddə olması üzrə araşdırılma aparılsın. Məhkəmə göstərir ki, icra məmuru tərəfindən lazım gəldikdə borc məbləği hesablanmaqla müvafiq qərar da qəbul edilməlidir. Çünki tərəflər arasında aliment borcunun hansı həddə olması ilə bağlı ziddiyyət vardır. Qeyd olunanlara görə borclunun icra sənədinin icrasından yayınıb-yayınmaması üzrə nəticəyə gəlmək mümkün deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanmasından bəhs edən 106.0, 106.0.3 və 106.0.5-ci maddələrində göstərilmişdir ki, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmaması məsələlərini həll edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, protokola mahiyyəti üzrə baxılaraq qərar qəbul edilməsi mümkünsüzdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı Tovuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş protokol geri qaytarılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 106 və 109.1.6-cı maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı Tovuz rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş protokol və ona əlavə olunmuş sənədlər Tovuz rayon İcra və Probasiya şöbəsinə geri qaytarılsın.
Məhkəmə qərarları › İş №3(062)-289/2025
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №3(062)-289/2025
18.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver