Məhkəmə qərarları › İş №3(062)-29/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-29/2024

12.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-29/2024 12.01.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Protokolu tərtib etmiş Tovuz RPŞ İTB-nin sahə rəisi polis leytenantı X1, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan fiziki şəxs Şəxs və müdafiəçisi X2 iştirakları ilə xx xxxx 1981-cı ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, əlilliyi olmayan, evli, deməsinə görə məhkumluğu olmayan, Tovuz rayonu Aşağı Öysüzlü kəndində qeydiyyatda olan və yaşayan, Şəxs- Barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs məhkəməyə verilmişdir ona görə ki, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Tovuz RPŞ-nin binasının qarşısında ucadan nalayiq ifadələr işlətmiş və polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də qanunun tələblərinə məhəl qoymamışdır. Baş vermiş xəta ilə əlaqədar Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs verdiyi ifadəsində göstərdi ki, 12 yanvar 202 4-cü il tarixdə polisin binasında onun barəsində araşdırma ilə əlaqədar orada olmuşdur. Həmin vaxt vəkili də orada iştirak etmişdir. Sonradan onu polisdən buraxan zaman o Tovuz RPŞ-nin həyətindən küçəyə çıxanda iki polis əməkdaşının onun qarşısını kəsərək nəyə görə söyüş söydüyünü soruşmuşlar. O isə həmin polislərə söyüş söymədiyini, heç onları tanımadığını bildirmişdir. Bu zaman polis əməkdaşları onu saxlayaraq barəsində sənədləşmə apararaq məhkəməyə gətirmişlər. Bu halları nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş X3 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, 12 yanvar 2024-cü il tarixdə saat 16 radələrində Tovuz şəhəri M.Musayev küçəsində Tovuz RPŞ-nin yaxınlığında olarkən bir nəfər şəxsin ucadan nalayiq küçə söyüşləri söyərək ona və yaxınında olan polis əməkdaşlarına yaxınlaşıb onların da ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. Onu nizam-intizama dəvət etmək istəsə də aqressiv formada “sən kimsən?” ifadəsini işlədərək onun da ünvanına nalayiq ifadələr işlətdi. O və digər polis əməkdaşları onu dəfələrlə nizam-intizama dəvət etsələr də o qanunun tələbinə qəsdən tabe olmadı. Bundan sonra şəxs saxlanılaraq Tovuz RPŞ-nin binasına gətirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs dinləyib, iş materiallarını tədqiq edərək belə qərara gəlir ki, Şəxs hərəkətlərində xırda xuliqanlığın əlamətləri olduğuna görə o, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin vəzifələri insan və vətandaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsiliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik, prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan şəxsin əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Şəxs polisin qanuni tələbinə tabesizlik göstərməmiş, əksinə polis əməkdaşının tələbi ilə razılaşmışdır. Onun polis şöbəsində qayda pozması işdə olan sübutlarla təsdiq edilməmişdir. Bundan başqa məhkəmə hesab edir ki, polis şöbəsinin inzibati binası müvafiq araşdırmaların aparıldığı yer olmaqla orada bir qayda olaraq inzibati xəta törətmiş şəxslər bu məqsədlə şöbəyə gətirilir və ya şəxslərin hər hansı pozuntu ilə bağlı polisə müraciət etmək hüququ yaranır. Onların polisin inzibati binasında səs-küy salmaları, qaydaları pozmaqda davam etdirmələri tabesizlik kimi qiymətləndirilə bilməz və belə pozuntu tabe olmama kimi rəsmiləşdirilə bilməz. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, həmin maddənin sanksiyası daxilində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan hissədə işin icraatına xitam verilməlidir. Belə ki, məhkəmə hesab edir ki, polisin Şəxs nalayiq ifadələr işlətdikdən sonra polisin qanuni tələbinə tabe olmaması əlamətləri yoxdur. Şəxsin bu əməli tabesizlik kimi qiymətləndirilə bilməz və belə pozuntu tabe olmama kimi rəsmiləşdirilə bilməz. Ona görə də həmin hissədə işin icraatına hissəvi xitam verilməlidir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq onun inzibati qaydada həbs olunmasını məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə Şəxs inzibati qaydada tutulmasını onun hüquqlarının məhdudlaşdırılması kimi nəzərə alaraq hesab edir ki, həbs etmənin əvvəli 12 yanvar 2024-cü il saat 16:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 12 yanvar 2024-cü il tarixdən saat 16:00-dan hesablansın. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə aid hissədə inzibati işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar