Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-290/2024 29.05.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə Şəxs MMC-nin barəsində (VÖEN **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə Müəyyən etdi: Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində fəaliyyət göstərən Şəxs MMC tərəfindən 216 (hava, su təsərrüfatı və tullantıları) hesabatlarını təqdim etməməsi, müəssisənin ətraf mühitə təsirinin uçot və hesabatının aparmaması müəyyən edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Tovuz Rayon Məhkəməsinə baxılması üçün Şəxs MMC barəsində tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 protokola uyğun izahat verərək bildirdi ki, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində fəaliyyət göstərən Şəxs MMC tərəfindən 216 (hava, su təsərrüfatı və tullantıları) hesabatlarını təqdim etməmiş, müəssisənin ətraf mühitə təsirini uçot və hesabatını aparılmamışdır. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə və Nazirlər Kabinetinin “Ətraf mühitin çirkləndirilməsinə görə ödənişlərin tətbiqi haqqında” xx.xx.1992-ci il tarixli 122 saylı Qərarına və ona dəyişikliklər edilmiş 17 avqust 2022-ci il tarixli 308 nömrəli qərarına əsasən hüquqi şəxslər, sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər (xarici istifadəçilər də daxil olmaqla) dövlət və qeyri-dövlət təşkilatları (təbiət istifadəçiləri) ətraf mühitin çirklədirilməsinə, istehsalat-məişət tullantılarının yerləşdirilməsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə “Ətraf mühitin mühafizəsi üzrə Dövlət Fondu”na ödənişlər etməlidir. Həmin ödənişlərin hesablanması üçün Şəxs MMC tərəfindən təsərrüfat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar X2 rəyi (1999- cu ildən “Ətraf mühiti mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun qəbulundan sonra yaranan müəssisələr) ekoloji normativ sənədləri ( “ekoloji pasport”, “ətraf mühitə təsirin qiymətləndirmə sənədi”, “atmosfer havasına zərərli maddələrin ona fiziki təsir mənbələrinin inventaraşdırma sənədi”) əldə edilərək həmin sənədlərə əsasən ətraf mühitə atılan (axıdılan) çirkləndirici maddələrin illik uçot və hesabatı, o cümlədən əmələ gələn istehsalat və məişət tullantılarının (təhlükəli və təhlükəsiz) həcmi barədə məlumatlar, həmçinin həmin məlumatlar əsasında tərtib edilmiş “2- TG” (hava, su təsərrüfatı və təhlükəli tullantılar) illik statistik hesabatlar növbəti il üçün 25 yanvar 2024-cü il tarixə kimi İdarəyə təqdim edilərək razılaşdırılmalı idi. Bununla bağlı Şəxs MMC-yə xx.xx.2024-cü il tarixli məktub ünvanlanmış, lakin müəssisənin təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot və hesabatı, onun əsasında tərtib edilmiş illik statistik hesabat idarəyə təqdim edilməmişdir. Nəticədə İXM-nin 239-cu maddəsinin tələbləri pozularaq inzibati xəta törədilmişdir. Göstərilənlərin nəzərə alınaraq hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etməsi üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-yə lazımı qaydada bildiriş və məlumat göndərilsə də, Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan məhkəmə baxışının davam etdirilməsini mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən təsvir olunmuş inzibati xətanı törətməsi halı təsdiq olunur. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş xx.xx.2024-ci il tarixli aktdan görünür ki, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə və Nazirlər Kabinetinin “Ətraf mühitin çirkləndirilməsinə görə ödənişlərin tətbiqi haqqında” xx.xx.1992-ci il tarixli 122 saylı Qərarına və ona dəyişikliklər edilmiş 17 avqust 2022-ci il tarixli 308 nömrəli qərarına əsasən hüquqi şəxslər, sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər (xarici istifadəçilər də daxil olmaqla) dövlət və qeyri-dövlət təşkilatları (təbiət istifadəçiləri) ətraf mühitin çirklədirilməsinə, istehsalat-məişət tullantılarının yerləşdirilməsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə “Ətraf mühitin mühafizəsi üzrə Dövlət Fondu”na ödənişlər etməlidir. Həmin ödənişlərin hesablanması üçün Şəxs MMC tərəfindən təsərrüfat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar X2 rəyi (1999- cu ildən “Ətraf mühiti mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun qəbulundan sonra yaranan müəssisələr) ekoloji normativ sənədləri ( “ekoloji pasport”, “ətraf mühitə təsirin qiymətləndirmə sənədi”, “atmosfer havasına zərərli maddələrin ona fiziki təsir mənbələrinin inventaraşdırma sənədi”) əldə edilərək həmin sənədlərə əsasən ətraf mühitə atılan (axıdılan) çirkləndirici maddələrin illik uçot və hesabatı, o cümlədən əmələ gələn istehsalat və məişət tullantılarının (təhlükəli və təhlükəsiz) həcmi barədə məlumatlar, həmçinin həmin məlumatlar əsasında tərtib edilmiş “2-TG” (hava, su təsərrüfatı və təhlükəli tullantılar) illik statistik hesabatlar növbəti il üçün 25 yanvar 2024-cü il tarixə kimi İdarəyə təqdim edilərək razılaşdırılmalı idi. Bununla bağlı Şəxs MMC-yə xx.xx.2024-cü il tarixli məktub ünvanlanmış, lakin müəssisənin təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot və hesabatı, onun əsasında tərtib edilmiş illik statistik hesabat idarəyə təqdim edilməmişdir. Nəticədə İXM-nin 239-cu maddəsinin tələbləri pozularaq inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Müəssisəyə məxsus Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində fəaliyyət göstərən Şəxs MMC tərəfindən ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotu və hesabatı aparılmamışdır. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239–cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə, proses iştirakçısının fikirlərini dinləyib, iş materiallarını tam, hərtərəfli araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs MMC-nin İXM-in 239-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə əsasən, hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə əsasən hüquqi şəxslər (təbiətdən istifadələr) ətraf mühitin müəssisə (istehsalat) monitorinqini, onların həyata keçirdiyi ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunu və hesabatını aparmağa borcludurlar. Ətraf mühitin müəssisə (istehsalat) monitorinqində istifadə edilən ölçü vasitələri standartlaşdırmanın və metrologiyanın tələblərinə uyğun olmalıdır. Müəssisə (istehsalat) monitorinqinin göstəriciləri barədə hesabat ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına, onlarla razılaşdırılmış müddətlərdə təqdim edilir. Həmin Məcəllənin 239-cu maddəsinə əsasən ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs MMC barəsində tətbiq ediləcək inzibati xətanın növünü müəyyən edərkən hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri - cərimə tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar 239-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 8500 (səkkiz min beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(062)-290/2024
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-290/2024
29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver