Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-291/2024 03.05.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx xxxx 1973-cü ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, əvvəllər inzibati xətaya məruz qalmamış, əlilliyi olmayan, deməsinə görə əvvəllər məhkum olunmamış, Tovuz rayonu Alakol kəndində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs məhkəməyə verilmişdir ona görə ki, Azərbaycan Respublikası Qida X1- Tovuz regional bölməsinin xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli qərarlarının icrasından üzrsüz səbəbdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında göstərdi ki, Şəxs məhkəməyə verilmişdir ona görə ki, Azərbaycan Respublikası Qida X1-Tovuz regional bölməsinin xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli qərarlarına əsasən müvafiq olaraq 500 (beş yüz), 1500 (min beş yüz) və 500 (beş yüz) manat məbləğində cərimə olunmuşdur. Borclu həmin cərimə borclarından qismən ödəniş etmiş, cəmi 2200 manat borcu qalmışdır. 09 aprel 2024-cü iul tarixdə bir neçə icra sənədi üzrə icraatın birləşdirilməsi və icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. Ona görə də onun barəsində inzbati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqda iş üzrə material olan Şəxs məhkəmə iclasında göstərdi ki, icra işindən xəbərdar olsa da cərimələri ödəməyə maddi imkanı olmamışdır. Ailəsini dolandırmağa belə maddi imkanı yoxdur. Odur ki, məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsində, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi göstərilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Şəxs barəsində Azərbaycan Respublikası Qida X1-Tovuz regional bölməsinin xx.xx.2022-ci il, xx.xx.2023-cü il, və xx.xx.2024-cü il tarixdə onun barəsində inzibati tənbeh vermə haqqında qərarlar qəbul olunmuşdur. İş materillarından da təsdiqini tapdığı kimi borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş göndərilmiş və həmin bildirişlər Şəxs tərəfindən qəbul olunmuşdur. 29 fevral 2024-cü il tarixdə Şəxs barəsində tətbiq olunan inzibati tənbeh vermə haqqında qərarın tarixindən isə üç ay müddət keçməmişdir. Maddənin dispozisiyasından da göründüyü kimi qərarın qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi göstərilən xətanın tərkibini yaradır. İcra üçün göndərilən vaxt isə qərarın qüvvəyə mindiyi gündür. Bu hal onu deməyə əsas verir ki, Şəxs əməlində inzibati xətanın tərkibi yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki Şəxs əməlində icra sənədini 3 ay müddətində üzrsüz səbəbdən icra etməmə əlamətləri müəyyən edilmədiyindən onun əməlində inzibati xəta tərkibi yoxdur və o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilə bilməz, odur ki, onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 57, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün ərzində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-291/2024
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-291/2024
03.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver