Məhkəmə qərarları › İş №3(062)-295/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-295/2024

24.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-295/2024 24.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1987-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əlilliyi olmayan, məhkumluğu olmayan, Tovuz rayonu Qovlar şəhəri R.Alıquliyev küçəsi ev 13-də qeydiyyatda olan, Şəxsbarəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, Tovuz Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli 2 (062)-2062/2023 saylı icra vərəqəsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü Nuray və xx.xx.2015-ci il təvəllüdlü Sunay adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 190 manat cəmi 380 manat alimentin Şəxs alınaraq X3 verilməsi barədə icra vərəqəsinin icrasından üzrsüz səbəbdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Tovuz Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında göstərdi ki, Tovuz Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli 2 (062)-2062/2023 saylı icra vərəqəsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü Nuray və xx.xx.2015-ci il təvəllüdlü Sunay adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 190 manat cəmi 380 manat alimentin Şəxs alınaraq X3 verilməsi qət olunmuşdur. Şəxs bu günə olan borcu 882 manat təşkil edir. Şəxs alimentindən və alimentə görə olan borcundan ödəmə etməsinə baxmayaraq, icra vərəqəsi üzrə öhdəliyini tam icra etməmişdir. Ona görə də Şəxs barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqda iş üzrə material olan Şəxs ona istinad edilən xətanı törətməkdə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, məhkəmə qətnaməsindən sonra ödənişlər etmişdir. Əvvəllər də alimenti ilə yanaşı yığılmış borcunu ödəmişdir. Müxtəlif vaxtlarda borcundan ödəmələr etmişdir. Borcunun olduğunu etiraf edir. Uşaqlarına ödədiyi alimentdən boyun qaçırmaq fikri yoxdur. Bu ilin fevral ayının sonundan indiyədək ümumilikdə 4550 manat ödəniş etmişdir. 882 manat aliment borcu var, onu da may ayında tamamailə ödəyəcəkdir. Ona görə də hesab edir ki, qətnamənin icrasından qərəzli boyun qaçırmır. Odur ki, məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs X5 məhkəmə iclasında bildirdi ki, Şəxs həqiqətən də borcundan ödəmələr etmişdir. Lakin borcunu tam ödəməmişdir. 882 manat borcu var. Uşağı xəstədir, müalicəyə ehtiyacı var. Borcun tamamilə ödəməsini tələb edir. Odur ki, ədalətli qərar verilməsini xahiş etdi. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və prtokolu tərtib etmiş şəxsin izahatlarınıə dinləyib hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət müəyyən olunmuşdur. İşə əlavə olunmuş ödəniş qəbzlərinin surətindən görünür ki, 15 fevral 2024-cü il tarixdə 1500 manat, 22 fevral 2024-cü il tarixdə 2800 manat, 27 mart 2024-cü il tarixdə 150 manat, 22 aprel 2024-cü il tarixdə 100 manat ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Şəxs məhkəmə qətnaməsindən xəbərdardır. İcra sənədindən xəbərdar olduqdan sonra isə müxtəlif vaxtlarda ödəmələr etməyə başlamışdır. Belə ki, işə əlavə olunmuş qəbzlərlə müəyyən olunur ki, Şəxs borcundan ödəmələr edir və hər ay mütəmadi ödənişlər edir. Bundan başqa yığılıb qalmış olan 882 manat olan borcunu da tamamilə ödəmək niyyətinin olması, Şəxs qərarın icrasından qərəzli şəkildə boyun qaçırmadığının göstəricisidir. Bu hal onu deməyə əsas verir ki, onun əməlində inzibati xətanın tərkibi yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməmə əlamətləri müəyyən edilmədiyindən onun əməlində inzibati xəta tərkibi yoxdur və o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilə bilməz, odur ki, onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 57, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün ərzində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar