Məhkəmə qərarları › İş №3(062)-299/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-299/2023

28.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-299/2023 28.04.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi İsayev Emin Arif oğlunun katibliyi Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakı ilə xx.xx.1998-ci il tarixdə Tovuz rayonu Çeşməli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, Tovuz rayonu Çeşməli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Haqqında Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Sürücü Şəxs xx.xx.2023-cü il tarixdə saat 16 radələrində özünə məxsus “VAZ- 21065” minik markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman Tovuz şəhəri ərazisində hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozaraq X1 idarə etdiyi “VAZ 21074” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə onun idarə etdiyi VAZ 21065 markalı avtomobildə olan sərnişin X3 xəsarət almışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta törətmiş Şəxs məhkəmə iclasında inzibati xətanı etiraf edərək izahatında bildirdi ki, “BC” kateqoriyalı sürücülük vəsiqəsi var. 26 yanvar 2023-cü il tarixdə saat 09 radələrində qonşusu İsa ondan uşağının xəstə olması səbəbilə xəstəxanaya aparmasını istəmişdir. O isə İsa ilə razılşamışdır. İsa onun maşınında qabaqda, İsanın arvadı Səma və uşağı isə arxada əyləşmişdir. özünə məxsus “VAZ-21065” minik markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman Tovuz şəhəri ərazisində hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozaraq X1 idarə etdiyi “VAZ 21074” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə idarə etdiyi VAZ 21065 markalı avtomobildə olan sərnişin X3 xəsarət almışdır. Törətdiyi hadisədən peşmandır. Odur ki, barəsində yüngül tənbeh verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, Şəxs inzibati xəta törətməsi, onun etirafedici izahatı, inzibati xəta haqqında protokolla və həmin protokola əlavə edilmiş yol nəqliyyat hadisəsi üzrə toplanmış rədd materialı ilə tam təsdiq olunur və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, əmlak vəziyyətini, xətanın xarakterini, inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların olmadığını, onun səmimi peşmançılığını isə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs inzibati tənbeh növü kimi cərimə tətbiq edilməsi barədə qərar qəbul edilməsini qanuni və əsaslı hesab edir və bu nəticəyə gələrkən inzibati xəta törətmiş şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 31,40, 43, 48, 84, 112, 114-117-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib 200 manat cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar