Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-305/2024 26.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Protokolu tərtib etmiş Tovuz RPŞ İTB-nin sahə rəisi X5 Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə xx.xx.1978-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əlilliyi olmayan, subay, əvvəllər inzbati xətaya məruz qalmamış, deməsinə görə məhkumluğu olmayan, MİDA MMC-də xadimə işləyən, Tovuz şəhəri Z.Axundov küçəsi ev 13-də qeydiyyatda olan, Şəxs- Haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Tovuz Rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, xx.xx.2024-cü il tarixdə Tovuz rayonu Azaflı kəndində X4 münaqişə zəminində döyərək dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Faktla bağlı 26 aprel 2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, X2 onun qudasıdır. Gülyazın Tovuz rayonu Azaflı kəndində fərdi yaşayış evi vardır. Həmin ev Gülyazın qardaşı Maarifin adınadır. X4 əvvəllər tanımamışdır. Gühər Mustafayeva onun qudası Gülyazın qardaşının gəlinidir. Gühər Mustafayeva qudası Gülyazın xəstəliyindən istifadə edərək onun evinə öz əşyalarını yığmışdır. 10 aprel 2024-cü il tarixdə o, Gülyazı da götürüb onun yaşadığı evə getmişdir. Evə baxanda görmüşdür ki, Gühər həqiqətən Gülyazın evinə öz əşyalarını yığmışdır. Gühəri səsləyib çağırmışdır. Gühərdən əşyaları Gülyazın evindən çıxartmasını xahiş etmişdir. Gühər lazımsız yerə əsasbləşərək onunla mübahisə etməyə başlamışdır. Bu zaman Gühər onun saçından tutub yerə yıxmışdır. Nəticədə onun üstü palçıq olmuşdur. O, birtəhər Gühər Musatafayevanın əlindən çıxıb 102 xidmətinə məlumat vermişdir. O, Gühər Mustafayevanı vurmamışdır. X1 tutaraq yerə yıxmışdır. Odur ki, ədalətli qərar verilməsini, işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X7 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, 2003-cü ildə Tovuz rayonu Azaflı kəndinə gəlin köçmüşdür. Azaflı kəndində əri Raminin ata yurdunda fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi vardır. X2 əri Raminin bibisidir. Qayınatası ona Tovuz rayonu Azaflı kəndində mülkiyyətində olan torpaq sahəsində ev tikmişdir. O, evində təmir işləri apardığı üçün evinin bəzi əşyalarını Gülyazın evinə yığmışdır. 10 aprel 2024cü il tarixdə o evində olarkən bir nəfərin onu səslədiyini görmüşdür. Yaxınlaşanda Gülyaz və yanında bir nəfər qadın görmüşdür. O, Yeganəni əvvəllər tanımamışdır. Yeganəyə əşyaları evdən çıxartmağı bildirmişdir. O, əşyaları oraya müvəqqəti yığmasını bildirmişdir. Bu zaman onların arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Yaganə onun saçından tutub dartmışdır. Yaganə onun saçından dartarkən müvazinətini itirib yerə yıxılmışdır. Yeganə onu döyərək xəsarət yetrimişdir. Onunla barışmaq fikri yoxdur. Ondan şikayətçidir. Odur ki, ədalətli qərar verilməsini məhkəmədən xahiş etdi. İşə əlavə edilmiş 19 aprel 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qararın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iş materillarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin verdiyi izahatları dinləyib hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitan verilməlidir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə məsuliyyət müəyyən olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məhkəmə iclasında müəyyən edildi ki, Şəxs X4 vurması iş materialları, eləcə də ifadələr ilə öz təsdiqini tapmamışdır. Belə ki, Şəxs Gühər Mustafayeva ilə mübahisə etməsi məhkəmə iclasında verilmiş ifadələr ilə öz təsdiqini tapsa da bu hələ Gühər Mustafayevanı vurması, və ya ona qəsdən xəsarət yetirməsi anlamına gəlmir. Məhkəmə İXM-nin prinsiplərini rəhbər tutaraq hesab edir ki, Şəxs hadisənin nəticəsi ilə səbəbli əlaqəsi sübuta yetmir. Məhkəmənin bu nəticəyə gəlməsinə qanunçuluq və təqsirsizlik prezumpsiyası prinsiplərindən başqa, eyni zamanda daxili inamı təsir göstərmişdir. Şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məhkəmədə isə X9 Məmmədova tərəfindən döyülməsi öz təsdqini tapmır. Eyni zamanda zərərçəkmiş şəxs bildirir ki, Şəxs onun saçından tutarkən müvazinətini itirib yerə yıxılmışdır. Tibbi rəyə əsasən xəsarətlər kürək nahiyəsinin və sağ said nahiyəsindədir. Belə olan halda məhkəmə hesab edir ki, o xəsarəti almasını bildirməsi məqamı ilə xəsarət vurulan bədən xəsarətləri uyğunluq təşkil etmir. İXM-nin 157-ci maddəsi isə qəsdən törədilən xətalara aiddir. Bu hal isə onu deməyə əsas verir ki, Şəxs əməlində inzibati xətanın tərkibi yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə əlamətləri müəyyən edilmədiyindən onun əməlində inzibati xəta tərkibi yoxdur və o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edil bilməz, odur ki, onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 57, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün ərzində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-305/2024
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-305/2024
26.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver