Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-308/2025 30.04.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi İsayev Emin Arif oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1994-cü il tarixdə Tovuz rayonunda anadan olmuş, evli, orta təhsilli, işsiz, Tovuz rayonu Hunanlar kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsi Şəmkir XPM-dən daxil olmuş materiala Tovuz rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 06 mart 2025-ci il tarixdə saat 18 radələrində Kür çayının Tovuz rayonu Əyyublu kəndi ərazisindən keçən hissəsində qanunsuz olaraq balıq ovu edərkən saxlanılmışdır. Barəsində inzibati xəta haqda iş üzrə material olan Şəxs ona istinad edilən xətanı törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 06 mart 2025-ci il tarixdə saat təxminən 09 radələrində həmkəndlisi X3 ilə birlikdə Tovuz rayonu Əyyublu kəndi istiqamətində Kür çayından balıq tutmağa getmişdir. Kür çayına rezin qayıqla girmişlər. Balıqları özləri ilə götürdükləri X2 məxsus 01 elektrik cərəyanı artıran cihazı, 01 ədəd akkumlyator və 01 ədəd domca ilə balıq tutmağa başlamışlar. Təxminən saat 18 radələrində tutduqları balıqlarla sahilə çıxdıqda polis əməkdaşları onları saxlamışlar. Yoxlama zamanı 01 ədəd rezin qayıq, 02 ədəd avar, 1 ədəd balıq ovlama vasitəsi olan domca, 01 ədəd elektrik cərəyanı artıran cihaz, 01 ədəd akkumlyator, 08 ədəd şamayı və 01 ədəd ağamur balıqları aşkar edilərək maddi sübut kimi götürülmüşdür. Bir daha belə hərəkətlərə yol verməyəcək. Ov hüququnun məhdudlaşdırılmasını xahiş edir. Odur ki, məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş 21 aprel 2025-ci il tarixli Su NPİ-nin TQ-nun baş təhqiqatçısı Əli Məmmədovun cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Şəxs və X1 əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsi onun özünün etirafedici izahatı, inzibati xəta haqqında protokol, digər sübutlarla təsdiq olunur və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, əmlak vəziyyətini, xətanın xarakterini, inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların olmadığını nəzərə alır. Şəxs əməlindən peşman olmasını məhkəmə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinə əsasən balıq və digər su bioresurslarının ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Məhkəmə göstərilən halları nəzərə alaraq, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri kimi cərimə tətbiq olunmasını qanuni və əsaslı hesab edir və bu nəticəyə gələrkən inzibati xəta törətmiş şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan başqa məhkəmə qeyd edir ki, ov etmək hüququnun məhdudlaşdırılması müvafiq icazəsi olan fiziki şəxslərə şamil olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli qərarına əsasən Azərbyacan Respublikası İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulan ov qaydalarının kobud şəkildə pozulmasında təqsirli olan şəxsə ov hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsi həmin Məcəllənin xüsusi hüququn məhdudlaşdırılmasının tətbiqi əsaslarını tənzimləyən 27.1-ci maddəsinin hüquqi mahiyyətinə uyğun olaraq, yalnız həmin şəxsdə belə bir xüsusi hüququn (ov etmək hüququnun) olması halında mümkündür. Məhkəmə həmçinin inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlərin müsadirə edilməsini qanunun tələbinə uyğun və ədalətli hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 31, 40, 43, 48, 84, 112, 114, 129-130-cu maddələrini rəhbər tutub, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə 1000 (min) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-308/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-308/2025
30.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver