Məhkəmə qərarları › İş №3(062)-309/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-309/2025

07.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-309/2025 07.05.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, İsmayılov Emil İsrayıl oğlunun katibliyi, İnzibati təhbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi İnformasiya Sistemində göstərilən xx.xx.2024-cü il tarixli EQ 22724241 saylı, xx.xx.2024-cü il tarixli EQ 22724105 saylı, xx.xx.2024-cü il tarixli EQ 22724310 saylı, xx.xx.2024-cü il tarixli EQ 22724115 saylı, xx.xx.2024-cü il tarixli EQ 23137740 saylı, xx.xx.2024-cü il tarixli EQ 23367167 saylı, xx.xx.2024-cü il tarixli EQ 23733618 saylı, xx.xx.2024-cü il tarixli EQ 23733817 saylı, xx.xx.2024-cü il tarixli EQ 23733821 saylı, xx.xx.2024-cü il tarixli EQ 24117665 saylı, xx.xx.2024-cü il tarixli EQ 24492523 saylı, xx.xx.2024-cü il tarixli EQ 24726608 saylı, xx.xx.2024-cü il tarixli EQ 24956760 saylı, xx.xx.2024-cü il tarixli EQ 25049745 saylı, xx.xx.2024-cü il tarixli EQ 25127687 saylı, xx.xx.2024-cü il tarixli EQ 25212057 saylı və xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarlardan barəsində qərar qəbul edilmiş şəxs X2 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X2 şikayət ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi İnformasiya Sistemində göstərilən xx.xx.2024-cü il tarixli EQ 22724241 saylı, xx.xx.2024-cü il tarixli EQ 22724105 saylı, xx.xx.2024-cü il tarixli EQ 22724310 saylı, xx.xx.2024-cü il tarixli EQ 22724115 saylı, xx.xx.2024-cü il tarixli EQ 23137740 saylı, xx.xx.2024-cü il tarixli EQ 23367167 saylı, xx.xx.2024-cü il tarixli EQ 23733618 saylı, xx.xx.2024-cü il tarixli EQ 23733817 saylı, xx.xx.2024-cü il tarixli EQ 23733821 saylı, xx.xx.2024-cü il tarixli EQ 24117665 saylı, xx.xx.2024-cü il tarixli EQ 24492523 saylı, xx.xx.2024-cü il tarixli EQ 24726608 saylı, xx.xx.2024-cü il tarixli EQ 24956760 saylı, xx.xx.2024-cü il tarixli EQ 25049745 saylı, xx.xx.2024-cü il tarixli EQ 25127687 saylı, xx.xx.2024-cü il tarixli EQ 25212057 saylı və xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi və barəsində olan inzibati işlərin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, onun barəsində əsassız olaraq Azərbaycan Respublikası DİN-in Baş X4 İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərarlar qəbul olunmuşdur. Qərarların heç biri ona göndərilməmiş və o, həmin qərarları əldə etdikdən sonra cərimələrdən xəbəri olmuşdur. Belə ki, UAU899 Gürcüstan Respublikasına məxsus dövlət qeydiyyat nişanlı avtomobil oğlu Orxan Cəfərova məxsusdur. Ara-sıra etibarnamə əsasında qeyd olunan avtomobili o, idarə etmiş, lakin cərimə tətbiq olunan tarixlərdə avtomobili o, idarə etməmişdir. Buna baxmayaraq, barəsində əsassız olaraq cərimə tətbiq olunmuş və o, inzibati məsuliyyətə cəlb edilmişdir. Bundan xəbərsiz olmuş və barəsində olan qərarların bir çoxu real vaxt rejimində tərtib edilməmişdir. Hesab edir ki, həmin qərarlar qanunsuz və əsassızdır. İnzibati xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş, sonrakı qərarlar əvvəlkindən bilavasitə asılı qərarlardır. Məhkəmə iclasında iştirak edən X2 şikayətdə göstərilənlərə uyğun şəkildə izahat verərək, barəsində çıxarılmış qərarların ləğv edilməsinə və inzibati işlərin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmağına baxmayaraq BDYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə həmin orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək və işdə olan sübutları müqayisəli şəkildə təhlil edərək, şikayət vermiş şəxsin izahatını dinləyərək hesab edir ki, şikayət qismən təmin edilməli, mübahisələndirilən inzibati xəta haqqında EQ 25127687 nömrəli, xx.xx.2024-cü il tarixli, EQ 25049745 nömrəli xx.xx.2024-cü il tarixli, EQ 24117665 nömrəli xx.xx.2024-cü il tarixli, EQ23733821 saylı xx.xx.2024-cü il tarixli, EQ23733817 nömrəlıi 22 sentyabr 2024-cü il tarixli, EQ23733618 nömnrəli, xx.xx.2024-cü il tarixli, EQ22724115 saylı, xx.xx.2024-cü il tarixli, EQ22724310 saylı, xx.xx.2024-cü il tarixli, EQ22724105 saylı xx.xx.2024-cü il tarixli, EQ 22724241 saylı xx.xx.2024-cü il tarixli qərarlar ləğv edilərək iş üzrə icraata xitam verilməli, qalan ləğv edilmiş qərarlar üzrə inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati tənbeh verilməsi haqqında xx.xx.2024-cü il tarixli EQ 22724241 saylı elektron qərardan görünür ki, X2 xx.xx.2024-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 manat məbləğində cərimə edilmişdir. İnzibati tənbeh verilməsi haqqında xx.xx.2024-cü il tarixli EQ 22724105 saylı elektron qərardan görünür ki, X2 xx.xx.2024-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 manat məbləğində cərimə edilmişdir. İnzibati tənbeh verilməsi haqqında xx.xx.2024-cü il tarixli EQ 22724310 saylı elektron qərardan görünür ki, X2 xx.xx.2024-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 manat məbləğində cərimə edilmişdir. İnzibati tənbeh verilməsi haqqında xx.xx.2024-cü il tarixli EQ 22724115 saylı elektron qərardan görünür ki, X2 xx.xx.2024-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 manat məbləğində cərimə edilmişdir. İnzibati tənbeh verilməsi haqqında xx.xx.2024-cü il tarixli EQ 23137740 saylı elektron qərardan görünür ki, X2 xx.xx.2024-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. İnzibati tənbeh verilməsi haqqında xx.xx.2024-cü il tarixli EQ 23367167 saylı elektron qərardan görünür ki, X2 xx.xx.2024-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 manat məbləğində cərimə edilmişdir. İnzibati tənbeh verilməsi haqqında xx.xx.2024-cü il tarixli EQ 23733618 saylı elektron qərardan görünür ki, X2 xx.xx.2024-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 manat məbləğində cərimə edilmişdir. İnzibati tənbeh verilməsi haqqında xx.xx.2024-cü il tarixli EQ 23733817 saylı elektron qərardan görünür ki, X2 xx.xx.2024-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 manat məbləğində cərimə edilmişdir. İnzibati tənbeh verilməsi haqqında xx.xx.2024-cü il tarixli EQ 23733821 saylı elektron qərardan görünür ki, X2 xx.xx.2024-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. İnzibati tənbeh verilməsi haqqında xx.xx.2024-cü il tarixli EQ 24117665 saylı elektron qərardan görünür ki, X2 xx.xx.2024-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 manat məbləğində cərimə edilmişdir. İnzibati tənbeh verilməsi haqqında xx.xx.2024-cü il tarixli EQ 24492523 saylı elektron qərardan görünür ki, X2 xx.xx.2024-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. İnzibati tənbeh verilməsi haqqında xx.xx.2024-cü il tarixli EQ 24726608 saylı elektron qərardan görünür ki, X2 xx.xx.2024-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir. İnzibati tənbeh verilməsi haqqında xx.xx.2024-cü il tarixli EQ 24956760 saylı elektron qərardan görünür ki, X2 xx.xx.2024-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 manat məbləğində cərimə edilmişdir. İnzibati tənbeh verilməsi haqqında xx.xx.2024-cü il tarixli EQ 25049745 saylı elektron qərardan görünür ki, X2 xx.xx.2024-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 manat məbləğində cərimə edilmişdir. İnzibati tənbeh verilməsi haqqında xx.xx.2024-cü il tarixli EQ 25127687 saylı elektron qərardan görünür ki, X2 xx.xx.2024-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. İnzibati tənbeh verilməsi haqqında xx.xx.2024-cü il tarixli EQ 25212057 saylı elektron qərardan görünür ki, X2 xx.xx.2024-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. İnzibati tənbeh verilməsi haqqında xx.xx.2025-ci il tarixli TP ******* saylı elektron qərardan görünür ki, X2 xx.xx.2025-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Təqsirsizlik prezumpsiyası prinsipindən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təsbit edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin sübutların qiymətləndirilməsindən bəhs edən 84-cü maddəsində qeyd olunmuşdur ki, İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsində müəyyən edilmişdir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bundan başqa iş materialları ilə müəyyən edilir ki, EQ 25127687 nömrəli, xx.xx.2024cü il tarixli, EQ 25049745 nömrəli xx.xx.2024-cü il tarixli, EQ 24117665 nömrəli xx.xx.2024cü il tarixli, EQ23733821 saylı xx.xx.2024-cü il tarixli, EQ23733817 nömrəlıi 22 sentyabr 2024-cü il tarixli, EQ23733618 nömnrəli, xx.xx.2024-cü il tarixli, EQ22724115 saylı, xx.xx.2024-cü il tarixli, EQ22724310 saylı, xx.xx.2024-cü il tarixli, EQ22724105 saylı xx.xx.2024-cü il tarixli, EQ 22724241 saylı xx.xx.2024-cü il tarixli qərarlar real vaxt rejimində qəbul edilməmişdir. Belə ki, inzibati xəta hadisəsi törədildikdən bir gün sonra qərar qəbul edilməklə İXM-nin 122.1-ci maddəsinin tələbləri pozulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə görə bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Göründüyü kimi inzibati xətalar törədilsə də, həmin xətalar aşkar edildiyi andan mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülməmişdir. Bu halda isə inzibati icraat başlana bilməz. İnzibati Xətalar Məcəlləsinin 53.1.11-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə digər qərarlara münasibətdə onu qeyd edir ki, gpründüyü kimi digər qəbul edilmiş qərarlar da hazırda ləğv edilmiş qərarların hüquqi nəticəsi ilə bağlı olmuşdur. Yəni, real vaxt rejimində, qanunun tələblərinə zidd şəkildə qəbul edilmiş digər qərarlarla nəqliyyat vasitəsinin idarə etmək hüququnun məhdudlaşdırılması ilə nəticələnmişdir. Ona görə də məhkəmə hesab edir ki, digər qərarlar da ləğv edilərək səlahiyyətli orqana göndərilməlidir. İXM-nin 100.1.8-ci maddəsinə inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar əsasən inzibati xəta haqqında protokolda göstərilməlidir. Məhkəmə xx.xx.2024-cü il tarixli EQ 23137740 saylı, İXM-nin 328.1-ci maddəsi ilə məsuliyyətət cəlb edilməsinə dair xx.xx.2024-cü il tarixli EQ 23367167 saylı, İXM-nin 327.1-ci maddəsi ilə məsuliyyətət cəlb edilməsinə dair xx.xx.2024-cü il tarixli EQ 24492523 saylı, İXM-nin 346.1-ci maddəsi ilə məsuliyyətət cəlb edilməsinə dair xx.xx.2024-cü il tarixli EQ 24726608 saylı, İXM-nin 328.1-ci maddəsi ilə məsuliyyətət cəlb edilməsinə dair xx.xx.2024-cü il tarixli EQ 24956760 saylı, İXM-nin 346.1-ci maddəsi ilə məsuliyyətət cəlb edilməsinə dair xx.xx.2024-cü il tarixli EQ 25212057 saylı və İXM-nin 332.3-cü maddəsi ilə məsuliyyətət cəlb edilməsinə dair xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarlara münasibətdə onu qeyd edir ki, iş materiallarından elektron qaydada tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarlar İXM-nin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada çatdırılmamış, həmin Məcəllənin 97.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsi dayandırılaraq müvafiq sənədlərin təqdim edilməsi barədə qərarlar qəbul edilməmişdir. Məhkəmə həmin qərarlara münasibətdə isə onu qeyd edir ki, həmin qərarlar ləğv edilməklə inzibati xəta törətmiş şəxsə həmin inzibati xətaların qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməlidir. Çünki şikayət vermiş şəxs şikayətində qeyd etmişdir ki, o avtomobil idarə etməmişdir.Odur ki, məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən həmin hallar da araşdıralaraq müvafiq qərarlar qəbul edilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsində təsbit edilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılan zaman bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1-ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114, 115, 133-135-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X2 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi İnformasiya Sistemində göstərilən X1 İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2024-cü il tarixli EQ 22724241 saylı, İXM-nin 328.1-ci maddəsi ilə məsuliyyətət cəlb edilməsinə dair xx.xx.2024-cü il tarixli EQ 22724105 saylı, İXM-nin 328.1-ci maddəsi ilə məsuliyyətət cəlb edilməsinə dair xx.xx.2024-cü il tarixli EQ 22724310 saylı, İXM-nin 328.1-ci maddəsi ilə məsuliyyətət cəlb edilməsinə dair xx.xx.2024-cü il tarixli EQ 22724115 saylı, İXM-nin 328.1-ci maddəsi ilə məsuliyyətət cəlb edilməsinə dair xx.xx.2024-cü il tarixli EQ 23733618 saylı, İXM-nin 328.1-ci maddəsi ilə məsuliyyətət cəlb edilməsinə dair xx.xx.2024-cü il tarixli EQ 23733817 saylı, İXM-nin 328.2-ci maddəsi ilə məsuliyyətət cəlb edilməsinə dair xx.xx.2024-cü il tarixli EQ 23733821 saylı, İXM-nin 328.1-ci maddəsi ilə məsuliyyətət cəlb edilməsinə dair xx.xx.2024-cü il tarixli EQ 24117665 saylı, İXM-nin 328.1-ci maddəsi ilə məsuliyyətət cəlb edilməsinə dair xx.xx.2024-cü il tarixli EQ 25049745 saylı, İXM-nin 328.1-ci maddəsi ilə məsuliyyətət cəlb edilməsinə dair xx.xx.2024-cü il tarixli EQ 25127687 saylı qərarlar ləğv edilsin və həmin qərarlar üzrə iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi İnformasiya Sistemində göstərilən X1 İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2024-cü il tarixli EQ 23137740 saylı, İXM-nin 328.1-ci maddəsi ilə məsuliyyətət cəlb edilməsinə dair xx.xx.2024-cü il tarixli EQ 23367167 saylı, İXM-nin 327.1-ci maddəsi ilə məsuliyyətət cəlb edilməsinə dair xx.xx.2024-cü il tarixli EQ 24492523 saylı, İXM-nin 346.1-ci maddəsi ilə məsuliyyətət cəlb edilməsinə dair xx.xx.2024-cü il tarixli EQ 24726608 saylı, İXM-nin 328.1-ci maddəsi ilə məsuliyyətət cəlb edilməsinə dair xx.xx.2024-cü il tarixli EQ 24956760 saylı, İXM-nin 346.1-ci maddəsi ilə məsuliyyətət cəlb edilməsinə dair xx.xx.2024-cü il tarixli EQ 25212057 saylı və İXM-nin 332.3-cü maddəsi ilə məsuliyyətət cəlb edilməsinə dair xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarlar ləğv edilsin və həmin inzibati materiallar araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar