Məhkəmə qərarları › İş №3(062)-311/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-311/2025

08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-311/2025 08.05.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 596.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət Təqibindən Kənar İcraatlar İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət Təqibindən Kənar İcraatlar İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 596.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə icraat başlanılaraq baxılması üçün Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Qərarda qeyd olunmuşdur ki, vəzifəli şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsini icra etmiş Şəxs vətəndaş X6 tərəfindən Azərbaycan Respublikası İXM-nin 252-ci maddəsi ilə nəzərdə tutulan xətanın törədilməsi barədə Gədəbəy RPŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokola və işin digər materiallarına İXM-in 111.1-ci maddəsinə əsasən, on beş gün müddətində baxılmalı olduğu halda, həmin müddət ərzində baxılmasını təmin etməyərək, xx.xx.2025-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 111-ci maddəsində müəyyən edilmiş müddətləri pozaraq İXM-nin 596.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunanlar 25 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və 16 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla təsdiq olunur. Toplanmış materialdan görünür ki, Gədəbəy rayonu Köhnəqışlaq kənd sakini X1 meşəbəyliyinin 5 saylı meşə dolayından meşəqırma fonduna daxil olan oduncağın tədarük edilib daşınması qaydalarını pozduğu üçün barəsində Azərbaycan Respublikası İXM-nin 252-ci maddəsi ilə 25 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin tarixdə aidiyyəti üzrə 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. Həmin protokol əsasında qəbul edilmiş 16 yanvar 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X6 350 manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərar qəbul etmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərin bildirməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 596.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan: Cinayət işinin başlanmasının rədd olunması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X3 barəsində cinayət işinin başlanması rədd edilmiş, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 252-ci maddəsi ilə inzibati icraat açılması üçün qərarın surətinin Gədəbəy RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli MN1998186 nömrəli inzibati xəta haqqında protokoldan və eyni tarixli inzibati xəta haqqında işin aidiyyatı üzrə göndərilməsi barədə MN0329508 nömrəli qərardan görünür ki, X3 barəsində İnzibati Xətalar Məcəlləsinin 252-ci maddəsi ilə protokol tərtib edilmiş, baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli MN1786124 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Xətalar Məcəlləsinin 252-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 350 manat miqdarında inzibati cərimə növündə tənbeh seçilmişdir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İXM-nin 111.1-ci maddəsində təsbit edilmişdir ki, inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Həmin Məcəllənin 596.2-ci maddəsində təsbit edilmişdir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı səlahiyyətli vəzifəli şəxs tərəfindən bu Məcəllənin 52.2-ci, 57.4-cü, 83.2-ci, 83.3-cü, 91.0.4-cü, 97-ci, 101-ci, 102.5-ci, 103-cü, 104.4-cü, 104.7-ci, 111.1-ci, 117-ci, 131-ci, 136.2-ci və 150.4-cü maddələrində müəyyən edilmiş müddətlərin pozulmasına görə vəzifəli şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. İş materialları ilə müəyyən edilir ki, vəzifəli şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsini icra etmiş Şəxs vətəndaş X6 tərəfindən Azərbaycan Respublikası İXM-nin 252-ci maddəsi ilə nəzərdə tutulan xətanın törədilməsi barədə Gədəbəy RPŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokola və işin digər materiallarına İXM-in 111.1-ci maddəsinə əsasən, on beş gün müddətində baxılmalı olduğu halda, həmin müddət ərzində baxılmasını təmin etməyərək, xx.xx.2025-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 111-ci maddəsində müəyyən edilmiş müddətləri pozaraq İXM-nin 596.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 596.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 200 (iki yüz) manat cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar