Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-315/2025 11.08.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi ilə, Protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin nümayəndəsi X2, Barəsində protokol tərtib edilmiş Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol tərtib olunaraq baxılması üçün xx.xx.2025-ci il tarixdə Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən “Qovlar Mebel” adlı obyektin sahibkarı X3 tərəfindən 03 iyul 2024-cü il tarixdə açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişlərin vaxtında və tam yerinə yetirilməməsi aşkar edilmiş, Şəxs tərəfindən mövcud qanunvericiliyin tələbləri pozulmuşdur. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən vəzifəli şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 428.7.3-cu maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində cərimə edilmişdir. Bundan daha sonra, vəzifəli şəxs Şəxs qərardan narazı qalaraq Gəncə Apellyasiya Məhkəməsinə şikayət vermiş və Gəncə Apellyasiya Məhkəməsininxx.xx.2025-ci il tarixli qərarı ilə Tovuz Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli qərarı ləğv edilmiş və əlavə araşdırma aparılması üçün Tovuz Rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin nümayəndəsi X4 izahat verərək göstərdi ki barəsində protokol tərtib edilmiş Şəxs dəfələrlə xəbərdarlıq edilmişdir. Belə ki, o, reklam üçün müfaviq qurumdan icazə almamış və reklamda “Dövlət dili haqqında” Qanunun tələblərini pozmuşdur. Həmin nöqsanların aradan qaldırılması üçün yazılı göstərişi icra etməmişdir. Barəsində inzibati xəta haqqında protokolun tərtibində iştirak etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılna şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, həmin obyekt onun mülkiyyətində olsa da, həmin obyekti o icarə müqaviləsi olmadan X1 icarəyə vermişdir. Bundan başqa o, sahibkar kimi fəaliyyətini dayandırdığını və ona gələn cərimənin əsassız olduğunu bildirmişdir. Odur ki, inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsi tərəfindən Şəxs ünvanlanmış xx.xx.2025-ci il tarixli 11-3-3/2-128/2025 nömrəli yazılı göstərişdən görünür ki, ondan Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən və “Reklam haqqında” Qanunun 26.8-ci maddəsinə əsasən icazə alınması tələb olunmayan reklamın(reklamların) 5 gün müddətində həmin Qanunun 4.7-ci maddəsinin və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə uyğunlaşdırılması, yəni “Zolotoy çay evi” adlı reklam lövhəsinin Azərbaycan dilinin tələblərinə müvafiq qaydada yayınlanması tələb edilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs (VÖEN **********) tərəfindən Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən “Zolotoy çay evi” adlı obyektdə açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişlərin vaxtında və tam yerinə yetirilməməsi aşkar edilmişdir. İş materialına əlavə olunmuş poçt xəbərnaməsinə əsasən xx.xx.2025-ci il tarixli 11- 3-3/2-128/2025 nömrəli yazılı göstəriş xx.xx.2025-ci il tarixdə ünvana çatdırılmışdır. xx.xx.2025-ci il tarixli yazılı göstərişin tələblərinə əməl olunması vəziyyətinin yoxlanması barədə akta əsasən xx.xx.2025-ci il tarixli 11-3-3/2-128/2025 nömrəli yazılı göstəriş Şəxs tərəfindən icra edilməmişdir. xx.xx.2025-ci il tarixli 11-3-3/2-214/2025 nömrəli yazılı bildirişdə göstərilmişdir ki, xx.xx.2025-ci il tarixli 11-3-3/2-128/2025 nömrəli yazılı göstəriş icra edilmədiyi üçün Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib ediləcəkdir. İş materialına əlavə olunmuş poçt xəbərnaməsinə əsasən xx.xx.2025-ci il tarixli 11- 3-3/2-214/2025 nömrəli yazılı bildiriş xx.xx.2025-ci il tarixdə ünvana çatdırılmışdır. xx.xx.2025-ci il tarixli 11-3-3/2-349/2025 nömrəli məktubla inzibati xəta haqqında protokol Şəxs göndərilmişdir. Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumata əsasən Şəxs məxsus ********** nömrəli VÖEN qeydə alınmışdır Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinə əsasən, reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 4.7-ci maddəsinə əsasən reklamda “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına riayət edilməlidir. Reklamvericinin tələbinə əsasən reklam qurğularında yerləşdirilən reklamın mətnində Azərbaycan Respublikasının dövlət dili ilə yanaşı digər dillərdən istifadə oluna bilər. Bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən böyük olmamalıdır. Mətnində digər dillərdə ifadə olunan əmtəə nişanı və coğrafi göstərici müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qeydə alındığı formada göstərilməlidir. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-1-ci maddəsinə əsasən reklamvericinin tələbinə əsasən reklam qurğularında yerləşdirilən reklamın mətnində Azərbaycan Respublikasının dövlət dili ilə yanaşı digər dillərdən istifadə oluna bilər. Bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən böyük olmamalıdır. Mətndə digər dillərdə ifadə olunan əmtəə nişanı və coğrafi göstərici müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qeydə alındığı formada göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs (VÖEN **********) Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən “Zolotoy çay evi” adlı obyektində açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişlərin vaxtında və tam yerinə yetirilməməsi aşkar edilmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, iş materiallarından olan fotoşəkildən görünür ki, həqiqətən də, Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən “Zolotoy çay evi” adlı obyektin adı rus dilində yazılmaqla, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunun 4.7ci maddəsinin və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-1-ci maddəsinin tələbləri pozulmuşdur. Bundan başqa barəsində protokol tərtib edilmiş Şəxs izahatında da göründüyü kimi şəxs inzibati xəta hadisənin olub olmaması məsələsini mübahisələndirmir və dolayı yolla həmin inzibati xəta hadisəsinin baş verməsini etiraf edir. Şəxs izahatında həmin inzibati xətanın onun tərəfindən törədilməməsini göstərmiş və belə əsaslandırmışdır ki, o, xx.xx.2024-cu il tarixdə 14 saylı Ərazi Vergilər İdarəsinə ərizə ilə müraciət edərək fəaliyyətini dayandırmışdır, artıq sahibkarlıq fəaliyyəti ilə məşğul deyildir və həmin obyekti Rövşən adlı şəxsin istifadəsinə vermişdir. Lakin işin hallarından və izahatlardan məlum olur ki, tərəflər arasında icarə müqaviləsi bağlanmamışdır və icarə münasibətlərini təsdiq edən sənədləri mövcud deyildir. Ona görə də məhkəmə hesab edir ki, tərəflər arasında nə zahiri ifadəyə, nə də başqa hallara görə iradənin məzmununu dəqiq müəyyənləşdirmək mümkün olmadığından müqavilə mövcud deyildir və həmin obyekt Şəxs həm mülkiyyətində, həm istifadəsindədir. Beləliklə, görünür ki, Şəxs verdiyi izahat inzibati məsuliyyətdən yayınmaq məqsədi daşımaqla, mötəbərliyinə şübhə olmayan sübutlarla ziddiyət təşkil edir. Odur ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 428.7.3-cu maddəsi üzrə inzibati məsuliyyətə cəlb edilməlidir. Bundan başqa Azərbaycan Respublikasının İXM-nin 17-ci maddəsinin qeyd hissəsinə uyğun olaraq hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edildiyindən Şəxs vəzifəli şəxs hesab edilməli və təqsirləndirildiyi maddənin sanksiyasında vəzifəli şəxslər üçün nəzərdə tutulmuş hədlərdə inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır (İXM-nin 31.1 və 31.2-ci maddələri). Məhkəmə iclası zamanı inzibati xəta törətmiş vəzifəli şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin sanksiyasının həddi daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18.5, 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək vəzifəli şəxs qismində 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(062)-315/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-315/2025
11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver