Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-316/2025 29.04.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, X1 iclas katibliyi, Tovuz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tələbkar X2 iştirakı ilə xx.xx.1991-ci ildə Tovuz rayonu Böyük Qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, öz deməsinə görə məhkumluğu olan, işləməyən, əlilliyi olmayan , Tovuz rayonu Böyük Qışlaq kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında faktiki yaşayan Şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tovuz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs Tovuz Rayon Məhkəməsinin 2(062)-170/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədi üzrə yaranmış 1535 manat məbləğdə borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 bildirmişdir ki, borclu Şəxs Tovuz Rayon Məhkəməsinin 2(062)-170/2025 saylı xx.xx.2025ci il tarixli icra sənədi üzrə yaranmış 1535 manat məbləğdə borcu ödəməmişdir. xx.xx.2025-ci il tarixdə 2(062)-170/2025 saylı iş üzrə icraata başlama haqqında qərar qəbul edilmişdir. xx.xx.2025-ci il tarixdə borclu Şəxs borcu könüllü ödəməsi üçün bildiriş göndərilmişdir. xx.xx.2025-ci il tarixli xəbərdarlığa əsasən, borclu Şəxs Tovuz Rayon Məhkəməsinin 2(062)-170/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədinə üzrə göstərilən 1535 manat borcu tələbkar X4 ödəməyəcəyi təqdirdə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş tədbirlər görüləcəkdir. Beləliklə, borcun ödənilməsi ondan dəfələrlə tələb olunsa da borclu vəd verir, lakin heç bir ödəniş etmir. Qeyd olunanlara əsasən məhkəmədən qanunamüvafiq qərar qəbul etməsini xahiş edir. Məhkəmə iclasında tələbkar X7 bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs iki ilə yaxındır ki borcunu ödəmir. Bu məsələ ilə bağlı tələbkar X7 prokurorluğa müraciət edib, lakin prokurorluqdan bildiriblər ki, bu məsələ mülki icraat qaydasında baxılmalıdır. Yalnız tam ödəniş ediləcəyi təqdirdə X6 ilə barışmağa razı olacağını bildirdi. Qeyd olunanlara əsasən məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, hal-hazırda işsizdir və onun barəsində icraat aparılır, ayağında bilərzik (elektron nəzarət vasitəsi) vardır. Vaxt veriləcəyi təqdirdə borcunu hissə-hissə ödəyə biləcəyini bildirdi. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Tovuz Rayon Məhkəməsinin 2(062)-170/2025 nömrəli xx.xx.2025-ci il tarixli icra sənədi üzrə 1535 manat məbləğdə pul Şəxs alınaraq tələbkar X5 ödənilməlidir. xx.xx.2025-ci il tarixli qərara əsasən, Tovuz rayon İcra və probsaiya şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Asif Hüseynov tərəfindən Tovuz Rayon Məhkəməsinin 2(062)-170/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən icraata başlama haqqında qərar qəbul edilmişdir. xx.xx.2025-ci il tarixdə borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. xx.xx.2025-ci il tarixli xəbərdarlığa əsasən, borclu Şəxs Tovuz Rayon Məhkəməsinin 2(062)-170/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədinə üzrə göstərilən 1535 manat borcu tələbkar X4 ödəməyəcəyi təqdirdə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş tədbirlər görüləcəkdir. xx.xx.2025-ci il tarixdə tələbkar X7 tərəfindən Tovuz rayon İcra və probasiya şöbəsinə ərizə göndərilmişdir. Ərizədə göstərilmişdir ki, 2(062)-170/2025 saylı xx.xx.2025ci il tarixli icra sənədinə əsasən, borclu Şəxs 1535 manat borcunu ödəmir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu, habelə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və tələbkarı dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs ona istinad edilən inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində yüngülləşdirici və ağırlaşdırıcı hallar aşkar etməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edərək inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini, törədilən inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə almaqla ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №3(062)-316/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-316/2025
29.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver