Məhkəmə qərarları › İş №3(062)-321/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-321/2025

20.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-321/2025 20.05.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin hakimi Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, Tovuz Rayon Prokurorunun nümayəndəsi 2-ci dərəcəli hüquqşünas X13 оğlunun, “Şəxs” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (direktoru) X7 və nümayəndəsi Tovuz rayon Vəkil Bürosunun vəkili Vəkiln iştirakı ilə Hüquqi şəxs “Şəxs” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Tovuz Rayon Prokurorluğu tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə toplanmış inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: “Şəxs” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında xx.xx.2025-ci il tarixli İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş materiallar xx.xx.2025-ci il tarixdə Tovuz Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Tovuz Rayon Prokurorluğunun nümayəndəsi işin hallarına uyğun izahat vermiş və İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarda göstərilənləri bir daha təsdiq etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Şəxs” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (direktoru) X7 nümayəndəsi Tovuz rayon Vəkil Bürosunun vəkili Vəkil izahatında bildirmişdir ki, qərar əsassız, qanunsuz olduğundan ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, izahatları prokurorluq tərəfindən alınmış X22 və X8 verdikləri izahatlar həqiqəti əks etdirmir. Belə ki, izahatlardan görünür ki, "guya onlar yanan şəxs X1 göstərmişlər, hadisə yanacaq doldurma məntəqəsində baş vermişdir." Halbuki, ümumiyyətlə belə bir hal baş verməmiş, hadisə məntəqədən tamamilə kənar ərazidə baş vermiş, yanan şəxsə X22 və X15 tərəfindən hər hansı köməklik göstərilməmişdir. Bunları həmin şəxslər bir daha təsdiq edə bilərlər. X2 təzyiq altında mart ayının 1-dən işlədiyini bildirmişdir. Hansı ki, həmin şəxs 1 mart tarixindən işə götürülmə barədə ərizə vermiş və həmin ərizəni işə götürülmüş kimi bilmiş və təzyiq altında yalnışlıqla ayın 1-dən işə götürüldüyünü zənn edərək ona uyğun izahat vermişdir. Faktiki olaraq isə müqavilə əsasında 5 mart tarixindən işə götürülmüşdür. Bütün bunlar onu göstərir ki, hazırkı araşdırmaya əsas olmuş həmin izahat həqiqətə uyğun deyildir. İzahatlarda guya yanacaq doldurma məntəqəsinin yanğınla əlaqəsinin olmasına dair ifadələr yerləşdirilmişdir. İşin hallarına gəldikdə isə X15 işçimiz olmuş və qanunamüvafiq qaydada dövlət sosial sığorta ödənişləri həyata keçirilmişdir. Xüsusi olaraq qeyd edim ki, həmin şəxs səhhəti və fiziki problemləri və sosial yardım ala bilməsi üçün öz xahişi ilə işdən çıxmış, daha sonra yenidən işə düzəlmək üçün xahiş etmiş və bildirmişdir ki, əgər o, əmək müqaviləsi ilə işə götürülsə aldığı sosial yardımın verilməsi dayandırılacaq. Eyni halların təkrarlanmaması (səhhəti, hər dəfə işə götür-işdən çıxarma halları və.s.) üçün müvvəqəti olaraq, eyni zamanda işləmək iqtidarında olub-olmamasının müəyyən edilməsi, bu mənada özünü doğrultması və ən əsası öz xahişi ilə aldığı sosial yardım kəsilməməsi məqsədi ilə onunla operator deyil, operator köməkçisi kimi (operator X5 etmək məqsədi ilə) xidməti müqavilə bağlanılmış və dövlət sosial sığorta haqqları ödənilmiş və hər hansı şəkildə vergidən yayınmaya yol verilən hallar aşkar olunmamışdır. Sözügedən halları X15 bir daha təsdiq edə bilər və məhkəmədə bu halları təsdiq edəcəkdir. Bu zaman məhkəmənin diqqətinə çatdırılmalıdır ki, həmin müddət ərzində hər hansı şəkildə vergidən yayınma və ya ona şərait yaradan hal baş verməmiş və araşdırma ilə bu belə bir halın olması aşkar edilməmişdir. Hazırkı halda ittiham olduğumuz inzibati xətanın tərkib əlaməti kimi subyektiv cəhəti (vergidən və digər ödənişlərdən yayınma məqsədi, motivi, niyyəti və.s.) mövcud deyildir və əməl bir işəgötürən kimi mənim hər hansı qəsdimlə əhatə olunmamışdır. Həmçinin bağlanılmış xidməti müqavilə işçinin öz iradəsinə uyğun həyata keçirilmiş, qanunun güddüyü məqsədə uyğun hərəkət edilmişdir. Yuxarıda qeyd edilənlər hazırkı vəziyyətdə məhkəmənin icraatında olan iş üzrə inzibati xətanın bütün əlamətlərinin olmadığı bir daha açıqca göstərir. Bu hal belə məhkəmə tərəfindən iş üzrə icraata xitam verilməsinə tam əsas verir. Təəssüflər olsun ki, əməllə bağlı İXM-nin 192-ci maddəsində birbaşa məsuliyyətdən azad edilmənin halı göstərilməmişdir. Lakin, yuxarıda qeyd edildiyi kimi hazırkı vəziyyətdə işin halları İXM-nin 3-cü maddəsinin tələblərinə əsasən inzibati xətanın əlamətlərinin olmadğını göstərir. Bir halda ki, inzibati xəta yoxdur, deməli belə olan halda inzibati məsuliyyətdən də söhbət gedə bilməz. Digər tərəfdən qanunvericiliyin bir çox normalarında buna oxşar münasibətlərdə inzibati xəta predmeti kimi məsuliyyətdən azad edilmə halları da müəyyən edilmişdir. Eyni əməllə bağlı, xüsusi ilə minimum 10 işçiyə münasibətdə hüquqi məsuliyyətin daha ağır növü olan Cinayət Məcəlləsində işçilər ilə əmək müqaviləsi bağlanılması, habelə ödəməkdən yayındırılmış vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödəmə halında cinayət məsuliyyətindən azad edilmə hah təsbit edilmişdir. Buradan da aydın olduğu kimi qanunun güddüyü məqsəd işçinin sosial təminat hüquqlarının qorunmasıdır ki, hazırki iş üzrə bir nəfər işçiyə münasibətdə qanunun sözügedən məqsədindən kənaraçıxma, yayınma halı mövcud deyildir və bağlanılmış müqavilə işçinin öz arzusuna, istəyinə, iradəsinə uyğun həyata keçirilmişdir. İşçinin sosial təminatı qanuni məqsədə uyğun olaraq maksimum səviyyədə qorunmuşdur. Təsadüfi deyil ki, analoji vəziyyətlə bağlı "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair" Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, Şəxsin həm az ağır zərər, həm də yüngül bədən xəsarəti yetirdiyi zərərçəkmiş şəxslə barışması və ona dəymiş ziyanı tamamilə ödəməsi əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət məsuliyyətindən azad edilməsindən sonra Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi həmin Məcəllənin 9.1-ci maddəsində ifadə olunan ümumhüquqi ədalətlilik prinsipinin pozulması kimi qəbul edilməlidir. Düzgün şəkildə ifadə verməyən şəxsin izahatına mötəbər sübut kimi qiymət verilməsi hüquqdan sui-istifadədir. İXM-nin 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında 09 mart 2025-ci il tarixli protokolla müəyyən edilmişdir ki, Tovuz rayonu, Qəribli kəndində yaşamış X19 08 mart 2025-ci il tarixdə Tovuz rayonu, Əyyublu kəndində yerləşən "Billur Petrol yanacaq doldurma məntəqəsindən aldığı benzin məhlulu ilə özünü yandıraraq intihara cəhd etmişdir. Aparılmış araşdırma zamanı izahatı alınmış X15 izahatında göstərmişdir ki, 01 mart 2025-ci il tarixdən hal-hazırkı dövrə kimi Tovuz rayonu, Əyyublu kəndi ərazisində yerləşən "Billur Petrol" yanacaq doldurma məntəqəsində operator vəzifəsində əmək fəaliyyətini icra etmişdir. Onunla birlikdə qeyd olunan yanacaq doldurma məntəqəsində eyni növbədə X22 işləmişdir. 08 mart 2025-ci il tarixdə özünü yandıraraq intihara cəhd edən X11 benzin məhlulunu iş yoldaşı X3. Aparılmış araşdırma zamanı izahatı alınmış X22 və X9 eyni məzmunlu izahat verərək, X8 izahatında göstərdiyi xüsusatları təsdiq etmişdir. Aparılmış araşdırma zamanı izahatı alınmış X17 izahatında göstərmişdir ki, 29 aprel 2013-cü il tarixdən hal-hazırkı dövrə kimi Tovuz rayonu, Əyyublu kəndi ərazisində yerləşən "Billur Petrol" yanacaq doldurma məntəqəsinin direktoru vəzifəsində İşləyir. Həmin yanacaq doldurma məntəqəsi ********** nömrəli hüquqi şəxsin VÖEN-ine bağlıdır. Yanacaq doldurma məntəqəsində ümumilikdə dörd nəfər əməkdaş fəaliyyət göstərir. Həmin əməkdaşlar X22, X15, X10 və X6r. Asim Orucov ile 01 avqust 2012-ci il tarixden, Zaur Həsənov ile 03 fevral 2025-ci il tarixden, Ruslan Memmedov ile 01 aprel 2022-ci il tarixdən, Zirəddin Əliyev ile 15 mart 2025-ci il tarixdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əmək müqaviləsi bağlanmışdır. Zirəddin Əliyev ile 15 mart 2025-ci il tarixdə əmək müqaviləsi bağlamışdır. Zirəddin Əliyev qeyd etdiyi 15 mart 2025-ci il tarixinədək xidməti müqavilə ilə əmək fəaliyyətini icra etmişdir. Zirəddin Əliyev ile "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 05 mart 2025-ci il tarixli xidməti müqaviləni İzahatına əlavə etmişdir. Baxış keçirilməsi haqqında 07 aprel 2025-ci il tarixli protokolla müəyyən edilmişdir ki, kamera görüntüləri Tovuz rayonu, Əyyublu kəndi ərazisində yerləşən "Billur Petrol" yanacaq doldurma məntəqəsinə məxsusdur. X8 ve X12 yanacaq doldurma məntəqəsində 08 mart 2025-ci il tarixdə müştərilərə operator vəzifəsində xidmət göstərməsi müşahidə edildi. Araşdırma materialına əlavə edilmiş vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamə ilə müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 07 iyul 2004-cü il tarixdə 14 saylı Ərazi Vergilər İdarəsində ********** nömrəli vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Baxış keçirilməsi haqqında 08 aprel 2025-ci il tarixli protokolla müəyyən edilmişdir ki, "X4 Sistemi"nin "Elektron Sorğu" modulunda X15 ilə ********** nömrəli vergi ödəyicisi kimi qeydiyyata alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 15 mart 2025-ci il tarixdən operator vəzifəsi üzrə müddətsiz və qüvvədə olan əmək müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci bəndinə əsasən Əmək müqaviləsi (kontraktı) (bundan sonra – əmək müqaviləsi) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək Məcəlləsinin 44-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsi bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda kağız daşıyıcıda, digər hallarda isə elektron sənəd formasında bağlanılır. Əmək Məcəlləsinin 44-cü maddəsinin 1-ci bəndinə əsasən, bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. Göründüyü kimi, X15 01 mart 2025-ci il tarixdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində faktiki olaraq əmək fəaliyyətinə cəlb edilsə də, "xxxx" MMC ilə işçi X15 arasında yalnız 15 mart 2025-ci il tarixdə operator vəzifəsi üzrə müddətsiz əmək müqaviləsi bağlanmışdır. "xxxx" MMC-nin nümayəndəsi özünü müdafiə edərək, X8 xidməti müqavilə əsasında işə cəlb edildiyini və bu dövrdən etibarən onunla bağlı sosial sığorta və vergi ödənişlərinin həyata keçirildiyini bildirmişdir. Lakin Əmək Məcəlləsinin tələblərinə əsasən, əmək müqaviləsi işəgötürənlə işçi arasında yalnız elektron sənəd formasında, tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalanmaqla bağlanmalıdır. Bu halda müqavilə, son imzalanma tarixindən etibarən hüquqi qüvvəyə minmiş hesab olunur. Əmək qanunvericiliyində işəgötürənlə işçi arasında əmək münasibətlərinin xidməti müqavilə ilə rəsmiləşdirilməsi nəzərdə tutulmamışdır. Həmçinin, işçi ilə bağlı sosial sığorta haqlarının və vergilərin ödənilməsi, qanunvericiliklə müəyyən edilmiş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsin işə cəlb edilməsi faktını və buna görə inzibati məsuliyyətdən azadolmanı təmin etmir. Beləliklə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən, işəgötürən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən fiziki şəxs X8 01 mart 2025-ci il tarixdən 15 mart 2025-ci il tarixədək yanacaqdoldurma məntəqəsində işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi tam sübuta yetirilmişdir. Bu səbəbdən, məhkəmə əməlin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə düzgün tövsif olunduğu qənaətinə gəlir. Göründüyü kimi X15 01 mart 2025-ci il tarixdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işçi kimi faktiki əmək fəaliyyətinə cəlb edilsə də işəgötürən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və işçi X15 arasında 15 mart 2025-ci il tarixdə qanunvericiliyin tələb etdiyi formada operator vəzifəsi üzrə müddətsiz əmək müqaviləsi bağlanmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi özünü müdafiə üçün dəlil gətirərək X8 xidməti müqavilə əsasında işə buraxıldığını, bu vaxtdan etibarən işçi ilə bağlı sosial sığorta və vergi ödənişlərin həyata keçirildiyini bildirmişdir. Halbuki Əmək Məcəlləsinin tələblərinə görə əmək müqaviləsi işəgötürənlə işçi arasında elektron sənəd formasında bağlanılmalıdır. Əmək müqaviləsi tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən bağlanılmış hesab olunur və hüquqi qüvvəyə minir. Əmək qanunvericiliyində işəgötürənlə işçi arasında əmək münasibətlərinin xidməti müqavilə ilə rəsmiləşdirilməsi nəzərdə tutulmamışdır. Həmçinin işçi ilə bağlı sosial sığorta haqlarının və vergilərin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsluyyətdən azad ediən hal kimi nəzərdə tutulmamışdır. Beləliklə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən fiziki şəxs X8 01 mart 2025-ci il tarixdən 15 mart 2025-ci il tarixədək yanacaqdoldurma məntəqəsində işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi qəti olaraq sübuta yetdiyindən məhkəmə əməlin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə düzgün tövsif olunduğunu hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsinə əsasən Hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati məsuliyyətə cəlb olunmalı və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə 20000 (iyirmi min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar