Məhkəmə qərarları › İş №3(062)-322/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-322/2024

13.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-322/2024 13.08.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Şəxs MMC barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(007)- 1625/2024 saylı qərardadı ilə Şəxs MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(062)-322/2024 saylı qərarına əsasən, Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xəta nəticəsində vurulmuş ziyanın iki misli miqdarında, yəni 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(062)-322/2024 saylı qərarından Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə apellyasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(104)- 299/2024 saylı qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(062)-322/2024 saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında material yenidən baxılması üçün Tovuz Rayon Məhkəməsinə qaytarılmışdır. Daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs MMC tərəfindən xüsusi lisenziya olmadan sürətli poçt xidməti həyata keçirilməsi aşkar edilmişdir. Belə fəaliyyət növü ilə lisenziya verilməsinə görə1250.0 manat dövlət rüsumu vurulmuş ziyan kimi təsbit edilmişdir. Nəticədə Şəxs MMC-nin əməlində İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinin tərkib əlamətlərinin olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli **********2609 nömrəli «operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında» qərara əsasən Şəxs MMC-nin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 1 ünvanda yerləşən «Expargo» obyektində «xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi» məsələsi üzrə operativ vergi nəzarəti həyata keçirilmişdir. Tədbir nəticəsində hüquqi şəxs Şəxs MMC-nin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya olmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmiş və operativ vergi nəzarətinin nəticəsi barədə xx.xx.2024-cü il tarixli DVX seriyalı 000623 nömrəli «Lisenziya tələb olunan fəaliyyət növləri ilə belə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi üzrə operativ vergi nəzarətinin nəticələri haqında» akt tərtib edilmişdir. Kuryer xidmət müqaviləsi bağlanmış X1 izahatına əsasən Şəxs MMC Tovuz rayonu, Həzi Aslanov küçəsində yerləşən «Expargo» obyektində daxili və xarici yüklərin çatdırılmasını həyata keçirir, obyekt vergi orqanında qeydiyyata alınmamışdır və tezliklə qeydiyyata alınacaqdır. Barəsində inzibati xəta haqda protokol tərtib edilmiş Şəxs MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə barəsində inzibati xəta haqda protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Operativ vergi nəzarətinin həyata keçirilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, lisenziya tələb olunan fəaliyyət növləri ilə belə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi üzrə Şəxs MMC-də xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Şəxs MMC-də xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi plandankənar operativ vergi nəzarətinin həyata keçirilməsi əksin tapmışdır. «Lisenziya tələb olunan fəaliyyət növləri ilə belə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi üzrə operativ vergi nəzarətinin nəticələri haqında» xx.xx.2024cü il tarixli aktdan görünür ki, həmin tarixdə saat 13:00 radələrində Tovuz şəhəri, H.Aslanov küçəsində Turan şadlıq sarayının yanında Şəxs MMC-nin xüsusi razılıq olmadan sürətli poçt xidməti ilə məşğul olması müəyyən edilmişdir. Məhkəmə Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə tərtib edilmiş protokolu iş materialları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, Şəxs MMC qeyd olunan maddə üzrə inzibati xətanın törədilməsində təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 18.1 və 18.5-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 22.2-ci maddəsində təsbit edilmişdir ki, hüquqi şəxslər barəsində xəbərdarlıq, inzibati cərimə və inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi inzibati tənbeh növləri tətbiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs MMC xüsusi lisenziya olmadan sürətli poçt xidməti həyata keçirilməsi ilə məşğul olmuşdur. Belə ki, Cəmiyyət tərəfindən Tovuz şəhəri, H.Aslanov küçəsində Turan şadlıq sarayının yanında yerləşən obyektdə fəaliyyət göstərilən müddət ərzində xx.xx.2024-cü il tarixə qədər gəlirlər barədə məlumat əldə etmək mümkün olmamışdır. Hansı ki, Cəmiyyət sürətli poçt xidməti göstərsə də, yuxarıda qeyd olunan fəaliyyət növünün həmin ünvanda həyata keçirilməsi leqal olmamışdır. «Poçt haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə poçt rabitəsi - poçt göndərişlərinin qəbulunu, çeşidlənməsini, daşınmasını, ünvan sahibinə çatdırılmasını təmin edən obyektlərin və nəqliyyat vasitələrinin vahid texnoloji sistemidir. Sürətli poçt rabitəsi xidməti - fiziki poçt göndərişlərinin ən sürətlə izlənməsini və çatdırılmasını təmin edən poçt rabitəsi xidmətidir. Ümumi istifadədə olan poçt rabitəsi xidmətlərinə universal, sürətli, kuryer və s. poçt rabitəsi xidmətləri aiddir («Poçt haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.4 və 7.2-ci maddələri). «Lisenziyalar və icazələr haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5ci maddəsinə görə lisenziya və icazə sistemi – lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin siyahısının müəyyən edilməsi, lisenziyanın (icazənin), onun dublikatının və əlavəsinin verilməsi, lisenziyanın (icazənin) yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpa edilməsi və ləğvi, şərtlərinə riayət olunmasına nəzarətlə bağlı prosedurların məcmusudur. Həmin Qanunun 1.0.5-ci maddəsinə görə lisenziya və icazə sistemi – lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin siyahısının müəyyən edilməsi, lisenziyanın (icazənin), onun dublikatının və əlavəsinin verilməsi, lisenziyanın (icazənin) yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpa edilməsi və ləğvi, şərtlərinə riayət olunmasına nəzarətlə bağlı prosedurların məcmusudur. Həmin Qanunun 3.1-ci maddəsinə görə bu Qanun (maliyyə bazarları sahəsində istisna olmaqla) Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə baрlı lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin müəyyən edilməsinin meyarlarını, onların siyahısını, lisenziya və icazə sisteminin dövlət tənzimlənməsinin prinsiplərini, lisenziyanın (icazənin), onun dublikatının və əlavəsinin verilməsi, lisenziyanın (icazənin) yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpa edilməsi və ləğvi qaydalarını, lisenziya və icazə verən orqanların, onların vəzifəli şəxslərinin və lisenziya (icazə) sahiblərinin məsuliyyətini tənzimləyir. Lisenziya tələb olunan fəaliyyət növləri və icazələrin siyahısı bu Qanunun 1, 2 və 3 nömrəli əlavələrində müəyyən edilir. Bu Qanunun 1 nömrəli əlavəsinin 2-ci, 17-ci, 18ci və 19-cu maddələrində göstərilən fəaliyyət növləri üzrə lisenziyalaşdırılan iş və xidmətlərin siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir («Lisenziyalar və icazələr haqqında» Azərbaycan Respublikası Qanununun 4.3-cü maddəsi). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 176-VQ saylı Fərmanı ilə təsdiq edilmiş «Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı»nın 6.8-cı bəndində sürətli poçt xidmətinin olması təsbit edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri»nin 7.8-ci bəndinə əsasən sürətli poçt xidmətinin təşkil edilməsi üçün lisenziyanın dövlət rüsumu 1250 manatdır. Məhkəmə sadalanan hüquq normalarını iş materialları ilə əlaqəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə göstərir ki, iş üzrə icraata xitam verilməsi üçün əsaslar yoxdur. Belə ki, Cəmiyyət ilə X2 arasında xidmətlərin göstərilməsi barədə müqavilənin olması hüquqi şəxsin sürətli poçt xidməti həyata keçirməsi zamanı lisenziya almasına zərurətin olmaması demək deyildir. Həmin müqavilə Cəmiyyət ilə kuryer arasında olan münasibətləri tənzimləyir. Qeyd olunmalıdır ki, «Poçt haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə görə kuryer xidməti - eyni kuryer tərəfindən poçt göndərişinin qəbul edilərək ünvan sahibinə çatdırılmasıdır. Odur ki, müqavilənin olmasını məhkəmə inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hal kimi qiymətləndirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə görə dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. (İnzibati Xətalar Məcəlləsinin 31.1 və 31.3-cü maddələri). Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən, lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti yalnız Bakı şəhərində həyata keçirildikdə, habelə eyni vaxtda həm Bakı şəhərində, həm də Azərbaycan Respublikasının regionlarında həyata keçirildikdə, həmin fəaliyyət növü üzrə dövlət rüsumu tam məbləğdə ödənilir. Məhkəmə iclası zamanı inzibati xəta törətmiş hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinin sanksiyasının həddi daxilində minimum cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18.5, 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xəta nəticəsində vurulmuş ziyanın iki misli miqdarında yəni 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar