Məhkəmə qərarları › İş №3(062)-324/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-324/2023

20.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-324/2023 20.04.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi İsayev Emin Arif oğlunun katibliyi Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakı ilə xx.xx.2002-ci il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, orta təhsilli, Tovuz rayonu İbrahimhacılı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Haqqında Azərbaycan Respublikası İXM-nin 469.3, 327.1, 327.2, 332.1, 332.2 və 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 13 radələrində atası X2 məxsus olan “VAZ 21061” minik markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə edən zaman Tovuz-Ağbaşlar avtomobil yolunun Tovuz rayonu İbrahimhacılı kəndinin ərazisindən keçən hissəsində hərəkət edən zaman yol hərəkət qaydalarını pozaraq, yolda hərəkətdə olan X1 idarə etdiyi “Hyundai Santafe” minik markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobili qabaq hissəsindən vuraraq sonununcunun istifadəsində olan avtomobilə maddi ziyan vurmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3, 327.1, 327.2, 332.1, 332.2 və 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İnzibati xəta törətmiş Şəxs məhkəmə iclasında inzibati xətanı etiraf edərək izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 13 radələrində atası X2 məxsus olan “VAZ 21061” minik markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə edən zaman Tovuz-Ağbaşlar avtomobil yolunun Tovuz rayonu İbrahimhacılı kəndinin ərazisindən keçən hissəsində hərəkət edən zaman qarşısında hərəkətdə olan VAZ 21060 minik markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil qəflətən tormozdan istifadə etməsi səbəbindən o da həmin maşına dəyməməsi üçün idarə etdiyi avtromobili qarşı hərəkət zolağına çəkmişdir. Bu zaman qarşı zolaqda hərəkətdə olan X1 idarə etdiyi “Hyundai Santafe” minik markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobili qabaq hissəsindən vuraraq onun istifadəsində olan avtomobilə maddi ziyan vurmuşdur. Zərərçəkmiş şəxs Amin Şəmilovun avtomobilinə vurduğu zərəri tamamilə ödəmişdir. Odur ki, barəsində yüngül tənbeh verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, 14 aprel 2023-cü il tarixdə saat 13 radələrində özünə məxsus olan “Hyundai Santafe” minik markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tovuz-Ağbaşlar avtomobil yolunun Tovuz rayonu İbrahimhacılı kəndinin ərazisindən keçən hissəsində hərəkət edən zaman “VAZ 21061” minik markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil qəflətən qarşıda hərəkətdə olan avtomobilə dəyməmək üçün onun hərəkət etdiyi yola çıxmışdır. O hadisənin qarşısını almaq üçün əyləcdən istifadə etməsinə baxmayaraq maşınlar toqquşmuşdur. Şəxs təqsiri nəticəsində onun avtomobilinə ziyan dəymişdir. Lakin inzibati xətanı törətmiş Şəxs ona dəymiş ziyanı ödəmişdir. İşə əlavə olunmuş zərərçəkmiş X3 tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, Şəxs ona dəymiş zərəri tamamilə ödəmişdir. Məhkəmə hesab edir ki, Şəxs inzibati xəta törətməsi, onun etirafedici izahatı, zərərçəkmiş şəxsin ifadəsi, inzibati xəta haqqında protokolla və həmin protokola əlavə edilmiş yol nəqliyyat hadisəsi üzrə toplanmış material ilə tam təsdiq olunur və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, əmlak vəziyyətini, xətanın xarakterini, inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların olmadığını, onun səmimi peşmançılığını və zərərçəkmiş şəxsə vurduğu zərəri tamamilə ödəməsini isə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respubılikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli İXM-nin 332.4-cü maddəsinin sanksiyası daxilində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 43-cü maddəsinə əsasən İXM-nin 469.3, 327.1, 327.2, 332.1 və 332.2-ci maddələrinə baxılması məhkəmənin səlahiyyətinə aid deyil. Ona görə də məhkəmə inzibati materialı həmin maddələr üzrə müzakirə etmir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 31,40, 43, 48, 84, 112, 114-117-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar