Məhkəmə qərarları › İş №3(062)-324/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-324/2025

01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-324/2025 01.05.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, Tovuz rayon icra və probasiya şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tələbkar X1 iştirakı ilə xx.xx.1985-ci ildə Tovuz rayonu Azaflı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, öz deməsinə görə məhkumluğu olmayan, işsiz, əlilliyi olmayan, Tovuz rayonu Dondar Quşçu kəndində qeydiyyatda olan Şəxs (FİN STXOHQE) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tovuz rayon icra və probasiya şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs Tovuz Rayon Məhkəməsinin 2(62)-920/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə yaranmış 4160 manat məbləğdə borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında Tovuz rayon icra və probasiya şöbəsinin icra məmuru X5 bildirmişdir ki, borclu Şəxs Tovuz Rayon Məhkəməsinin 2(62)-920/2023 saylı xx.xx.2023cü il tarixli icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etməmiş və nəticədə 4160 manat məbləğdə aliment borcu yaranmışdır. Hər ay 50-100 manat ödəniş edir. Qeyd olunanlara əsasən məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında tələbkar X4 izahatında bildirmişdir ki, Şəxs aliment borcunu ödəmədiyi üçün övladlarını saxlamaqda çətinlik çəkir. Təxminən 1 ay əvvəl barəsində İXMnin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokola məhkəmədə baxılarkən hər ay ödəniş edəcəyi barədə qarşı tərəflə razılaşmış və bu barədə məhkəməyə söz versə də Şəxs vədinə əməl etməmişdir. İki oğlu var, maddi vəziyyətləri ağırdır, özünün və oğullarının işləməsinə baxmayaraq maddi çətinlikləri var. Buna görə də barəsində ciddi tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Tovuz Rayon Məhkəməsinin 2(62)-920/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 4160 manat məbləğdə aliment borcu var. Alimenti ödəməkdə çətinlik çəkir. İkinci dəfə evlənmiş və ikinci evlilikdən iki azyaşlı övladı vardır. Hər ay azda olsa ödəniş etdiyini, gələcəkdə daha çox məbləğdə ödəniş edəcəyi barədə söz verdi. Qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Tovuz Rayon Məhkəməsinin 2(62)-920/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən bir uşağın yetkinlik yaınadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Şəxs hər ay 170 manat məbləğdə aliment tutularaq X2 ödənilməlidir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu, habelə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs ona istinad edilən inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Şəxs Tovuz Rayon Məhkəməsinin 2(62)-920/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş və icra məmurunun məhkəmə qətnaməsinin icrası ilə əlaqədar digər qanuni tələblərini yerinə yetirməmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində yüngülləşdirici və ağırlaşdırıcı hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Odur ki, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edərək inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini, törədilən inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə almaqla ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmanın əvvəli 01 may 2025-ci il tarixdən, saat 12:00-dan hesablansın. Qərаrın icrаsı Tovuz rayon Polis Şöbəsinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar