Məhkəmə qərarları › İş №3(062)-325/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-325/2025

02.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-325/2025 02.05.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Həsənov Tural Leysan oğlunun katibliyi, protokol tərtib etmiş Tovuz RPŞ-nin İTB-nin sahə rəisi polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cu il tarixdə Tovuz rayonu Əlimərdanlı kəndində doğulmuş, Azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, deməsinə görə əvvəllər məhkum olunmamış, işsiz, əlilliyi olmayan, Tovuz rayonun Əlimərdanlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Tovuz Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2025-ci il tarixdə Tovuz rayonu ərazisində ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş və polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X8 protokola uyğun izahat verərək bildirmişdir ki, Şəxs 01 may 2025-ci ildə Tovuz rayonu ərazisində xırda xuliqanlıq etmiş, ucadan nalayiq ifadələr işlətmiş və polisin qanuni tələbinə tabe olmamışdır. Daha sonra Şəxs Tovuz RPŞ-nin inzibati binasına dəvət edilərək onların barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid X5 bildirmişdir ki, hadisə xx.xx.2025-ci il tarixdə saat 18:30 radələrində baş vermişdir. Tovuz rayon Düz Cırdaxan kəndində xidmətdə olduqları zaman Mercedes Benz markalı 90YP236 dövlət nömrə nişanlı patrul avtomaşını ilə sayrışan işıq və səs siqnalı vasitəsi ilə QAZ 32213 markalı mikroabtobus **-KE-*** dövlət nömrə nişanlı avtomaşına tərəflərindən saxla işarəsi verilmişdir. Saxladıqdan sonra yaxınlaşıb özünü təqdim edərək sənədlərin verilməsini xahiş etmişdir. Yoxlama zamanı məlum olmuşdur ki, vətəndaş X2 avtomobili sürücülük hüququ olmadan idarə edirmiş, bir qədər sonra Şəxs yaxınlaşaraq həmin maşının buraxılmasını tələb etmişdir. O isə bu xahişi eşitmədikdə Şəxs nalayiq söyüşlər və ifadələr işlətmişdir. Məhkəmə iclasında şahid X6 bildirmişdir ki, hadisə xx.xx.2025-ci il tarixdə saat 18:30 radələrində baş vermişdir. Tovuz rayon Düz Cırdaxan kəndi ərazisində Mercedes Benz markalı 90YP236 dövlət nömrə nişanlı patrul avtomaşını ilə ekipaj yoldaşı Elvin Hüseynovla birgə xidmətdə olan zaman QAZ 32213 mikroabtobus markalı **-KE-*** dövlət qeydiyyat nişanlı avtomaşına tərəflərindən sayrışan işıq və səs siqnalı vasitəsi ilə saxla işarəsi vermişlər. Cəlilli kəndinin ərazisində saxladıqdan sonra yaxınlaşaraq özlərini təqdim etmiş və sənədləri yoxlayan zaman məlum olmuşdur ki, ayrışan işıq və səs siqnalı vasitəsi ilə QAZ 32213 markalı miniabtobus 10 KE298 dövlət nömrə nişanlı avtomaşına tərəflərindən saxla işarəsi verilmişdir. Saxladıqdan sonra yaxınlaşıb özünü təqdim edərək sənədlərin verilməsini xahiş etmişdir. Yoxlama zamanı məlum olmuşdur ki, vətəndaş X2 avtomobili sürücülük hüququ olmadan idarə edirmiş. Ondan avtomobili Tovuz RPŞ-nin müvəqqəti duracağına yerləşdirməsini xahiş etmişdir. Bir qədər sonra Şəxs yaxınlaşaraq həmin maşının buraxılmasını tələb etmişdir. Onlar isə bu xahişi eşitmədikdə Şəxs nalayiq söyüşlər və ifadələr işlətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, xx.xx.2025-ci il tarixində Tovuz şəhərində olan zaman yeznəsi Nizami ona zəng edərək Düz Cırdaxan kəndində YPX işçilərinin onu saxladığını demişdir və o da həmin vaxt oraya gedərək YPX əməkdaşlarından yeznəsinin buraxılmasını xahiş etmişdir. Ancaq xahişini eşitmədikləri üçün onların ünvanına ucadan nalayiq ifadələr işlətmişdir. Həmin ərazidə olan fəhlələr də bunu eşitmişdir. Ancaq içkili və əsəbi olmuş, bu səbəbdən əməkdaşlarla mübahisə etmişdir. Hazırda əməlindən səmimi peşmandır və bir daha bu cür əməllərin olmuyacağını bildirmişdir. Məhkəmədən barəsində başlanılmış inzibati xəta üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatını, şahidin ifadəsini, habelə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs ona istinad edilən inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 əməlindən səmimi peşman olmasını, əlil olmasını, Vətən Müharibəsi iştirakçısı olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edərək inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini, törədilən inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə almaqla ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2, 31, 34, 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar