Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-326/2025 02.05.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Tovuz Rayon Polis Şöbəsinin sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1971-ci il tarixdə Tovuz rayonu, Qaraxanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, öz deməsinə görə məhkumluğu olmayan, əlilliyi olmayan, Tovuz rayonu Qaraxanlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs (FİN xxxxxxx) barəsində Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddəsi ilə Tovuz RPŞ-dən daxil olmuş inzibati xəta haqqında iş materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2025-ci il tarixdə Tovuz rayonu, Qaraxanlı kəndi ərazisində yas yerində ucadan söyüş söyərək polis əməkdaşlarına tabesizlik göstərmişdir. Məhkəmə iclasında Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2 protokola uyğun izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə təxminən saat 14:00 radələrində Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı Ələkbərov Nicat ilə birlikdə xidməti ərazisi olan Tovuz rayonunun Qaraxanlı kəndində axtarışda olan xx.xx.1971-ci il təvəllüdlü Şəxs Qaraxanlı kəndində olduğu barədə məlumat alıb, həmin yerə yaxınlaşmışlar. X5 qonşuluqda olan yaş yerində olmuşdur. Onlar oraya yaxınlaşaraq özlərini təqdim etmiş, mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu fiziki şəxs qismində axtarışda olduğunu və onlarla birlikdə Tovuz RPŞ-yə getməli olduğunu bildirmişlər. Bu zaman X5 qaçmağa cəhd göstərmiş, polis əməkdaşları ona mane olan zaman ucadan nalayiq ifadələr işlətmişdir. Tovuz RPŞ-yə çağırıldığına baxmayaraq, polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bundan sonra o, Tovuz Rayon Polis Şöbəsinə gətirilmiş və həmin tarixdə inzibati qaydada tutulmuş və barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat apararılan şəxs Şəxs bildirmişdir ki, onun axtarışda olması barədə heç bir məlumatı olmamış, bu vaxta kimi işləmək məqsədi ilə Bakı şəhərində olmuşdur. Həmçinin polisin qanuni tələbinə müqavimət göstərməmiş, heç bir nalayiq ifadə işlətməmişdir. Qeyd olunanlara əsasən barəsində başlanılmış inzibati xəta üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid X3 izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə xidmət başında olarkən polis kapitanı X2 ona zəng edərək kömək istəmişdir. Hadisə yerinə, yəni Tovuz rayonu Qaraxanlı kəndinə getdikdən sonra vətəndaş Şəxs mədəni şəkildə Tovuz RPŞ-yə dəvət edilməsinə baxmayaraq, polisin qanuni tələbinə tabe olmayaraq yas yerində provokasiya yaratmağa çalışmışdır. Nəticə olaraq kənd camahatı ayağa qalxaraq bildirmişlər ki, Şəxs heç bir yerə getməyəcək. Daha sonra əlavə qüvvə çağırılaraq Şəxs Tovuz RPŞ-yə aparılaraq onun barəsində protokol tərtib edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, şahidlərin ifadələrini, habelə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs ona istinad edilən inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edərək inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini, törədilən inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə almaqla ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2, 31, 34, 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №3(062)-326/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-326/2025
02.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver