Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-327/2024 10.05.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi ilə, "xxxx" MMC-nin nümayəndəsi X1, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMC tərəfindən gömrük qanunvericiliyi ilə müəyyən edilmiş elektron formada qısa gömrük idxal bəyənnaməsi təqdim edilmədən yük gömrük postundan ölkə ərazisinə gətirilmişdir. Belə ki, Tovuz rayonu Dönük Qırıqlı kəndində qeydiyyatda olan hüquqi şəxs "xxxx" MMC tərəfindən 34CNY046/34COD214 nömrəli nəqliyat vasitəsilə ölkə ərazisinə gəlmiş yükə dair Azərbaycan Respublikası gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası qanunvericiliyinə əsasən elektron formada qısa idxal bəyənnaməsi təqdim olunmalı olduğu halda qeyd olunan yük ölkə ərazisinə gətirilərkən, gömrük orqanına qısa idxal gömrük bəyənnaməsi təqdim edilməmiş, bununla da adı çəkilən hüquqi şəxs tərəfindən mövcud qanunvericiliyin tələbləri pozulmuşdur. Bununla da, "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu barədə "xxxx" MMC haqqında xx.xx.2024-cü il tarixli 00100-00735/24 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və məhkəməyə göndərilmişdir. "xxxx" MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında nümayəndəsi olduğu hüquqi şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla razılaşaraq bldirdi ki, qeyd olunan xəta işlədiyi hüquqi şəxs tərəfindən törədilmişdir. Odur ki, protokola hər hansı etirazları yoxdur. Məhkəmə hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi hüquqi şəxsin nümayəndəsinin izahatı eləcə də iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli 00100-00907 nömrəli inzibati xəta haqqında qərardadından görünür ki, "xxxx" MMC tərəfindən qısa idxal gömrük bəyənnaməsi gömrük orqanına təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. "xxxx" MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb məhkəmə hesab edir ki, hüquqi şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin sanksiyası həddində tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43,48-51, 115, 128-130-cu maddələrini rəhbər tutub, QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apelyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-327/2024
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-327/2024
10.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver