Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-330/2023 01.05.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi ilə Şəxs – xx.xx.1952-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Tovuz rayonu Qaraxanlı kəndində qeydiyyatda olan Barəsində Azərbaycan Respublikası DİN-in Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 15 yanvar 2023-cü il tarixdə saat 14:39-da « KİA CARENS » minik markalı **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinin tələbini pozaraq barəsində tərtib edilmiş inzibati qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan qərarı icra etməmişdir. Baş vermiş inzibati xəta ilə əlaqədər Şəxs barəsində 15 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə protokol tərtib olunmuş və Şəxs 10 (on) manat məbləğində cərimə olunmuşdur. O, ona təyin olunmuş cərimə cəzasını dəbbə pulu ilə birlikdə Azərbaycan Respublikası DİN-in hesabına ödəmişdir. Məhkəmə iş materiallarını araşdırıb və inzibati xəta törətmiş şəxs Şəxs cərimə cəzasını ödəməsini nəzərə alıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İşə əlavə edilmiş qəbzdən görünür ki, Şəxs adına tərtib olunmuş 15 yanvar 2023-cü il tarixli EQ 12785288 nömrəli protokola görə ödəniş edilmişdir. Azərbaycan Respublikası İXM-nin 529-cu maddəsinin qeyd hissəsinin 1-ci bəndindən görünür ki, 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddələrinin tələbinə görə, əməldə inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1 və 114.1.4-ci maddələrinə əsasən, inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta barədə iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta barədə iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iclasında müəyyən edildi ki, inzibati qaydada işinə baxılan Şəxs qanunla müəyyən olunmuş cərimə cəzasını məhkəmə qərar qəbul etmədən əvvəl ödəmişdir. Ona görə də məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 114-115 və 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətinə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-330/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-330/2023
01.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver