Məhkəmə qərarları › İş №3(062)-330/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-330/2024

16.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-330/2024 16.05.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri Nümayəndə1 və Nümayəndə2, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X2 iştirakları ilə Azərbaycan Respublikası Qida X1-Tovuz regional bölməsinin rəisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan barəsində qərar qəbul edilmiş şəxs X5 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X5 şikayət ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Qida X1-Tovuz regional bölməsinin rəisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi və ona təyin edilmiş 200 manat cərimənin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Qida X1-Tovuz regional bölməsinin rəisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərara əsasən, o, Azərbaycan Respublikası İXM-nin 220.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Hesab edir ki, barəsində tərtib edilmiş inzibati cərimə qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla tərtib edilmişdir. Belə ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul deyil və adın olan VÖEN-ni 2022-ci ildən dayandırmışdır. Bundan başqa o, fiziki şəxs kimi özünə və ailə üzvlərinə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsində meyvə və üzüm bağı salmışdır. Həmin bağ onların ailə üzvlərinin təsərrüfatıdır. Bağı dərman vasitələri ilə təmin edilməsi isə dövlət tərəfindən verilən subsidiya əsasında təmin edilir. Hesab edir ki, o, heç bir qida təhlükəsizliyi qaydasını pozmamışdır. Odur ki, Azərbaycan Respublikası Qida X1-Tovuz regional bölməsinin rəisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi və ona təyin edilmiş 200 manat cərimənin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X5 şikayətin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi Nümayəndə1 şikayətin dəlillərini qəbul etməyərək izahatında göstərdi ki, 13 mart 2024-cü il tarixli qərarla X3 məxsus Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən meyvə bağında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi planlı yoxlamanın keçirilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixdə qeyd olunan meyvə bağına baxış keçirilmiş və bu barədə yol verilmiş pozuntular barədə akt tərtib edilmişdir. Bundan sonra inzibati xətalara dair işə baxılması xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə bildiriş X3 göndərilmiş, lakin sonuncu onların çağırışlarına gəlməmişdir. İnzibati orqan Sahib Tağıyevin çağırışlara gəlməməsini hörmətsizlik kimi qəbul edərək, onu Azərbaycan Respublikası İXM-nin 220.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilib 200 manat məbləğində inzibati qaydada cərimə etmişdir. Hesab edir ki, qərar qanunvericiliyin tələblərinə uyğun qəbul edilmişdir. Odur ki, Azərbaycan Respublikası Qida X1-Tovuz regional bölməsinin rəisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Qida X1-Tovuz regional bölməsinin nümayəndəsi Nümayəndə2 şikayətə etiraz edərək bildirdi ki, 13 mart 2024-cü il tarixli qərarla X3 məxsus Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən meyvə bağında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi planlı yoxlamanın keçirilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixdə qeyd olunan meyvə bağına baxış keçirilmiş və bu barədə yol verilmiş pozuntular barəsində akt tərtib edilmişdir. Belə ki, Sahib Tağıyevə məxsus meyvə bağına baxış keçirilərkən, orada çalışan işçilərin ilkin və dövrü tibbi müayinə barədə, dezinfeksiya barədə və işçilərin gigiyenik təlimlərə cəlb edilməməsi barədə sənədlərin mövcud olmadığı aşkar edilmişdir. Ona görə də X2 barəsində Azərbaycan Respublikası İXM-nin 220.2-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş və həmin protokol əsasında qərar qəbul edilərək 200 manat məbləğində cərimə edilmişdir. Odur ki, Azərbaycan Respublikası Qida X1-Tovuz regional bölməsinin rəisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarın qüvvədə saxlanılmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Qida X1-Tovuz regional bölməsinin xx.xx.2024-cü il tarixli “yoxlama nəticələri üzrə” qərarından görünür ki, yoxlama aparılan X3 məxsus Tovuz rayonu Aşağı Quşçu kəndində yerlən meyvə bağında ilkin istehsal prosesinə nəzarət məqsədilə həyata keçirdiyi tədbirlərlə əlaqədar kağız və ya elektron qaydada sənədləşdirmənin aparılmaması, bitki mənşəli qida məhsulları istehsal edən, yaxud yetişdirən (yığımını həyata keçirən) qida subyektlərində bitki mühafizəsi vasitələrinin tətbiqi nəticələrini, bitki mənşəli məhsulların təhlükəsizliyinə təsir edə biləcək hər hansı zərərvericilərin və ya xəstəliklərin baş vermə hallarını insanların sağlamlığının və ətraf mühitin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bitki və bitkiçilik məhsullarından götürülmüş nümunələr və ya zərərvericilər üzərində aparılmış sınaqların və təhlillərin nəticələrinin qeydiyyatının aparılmaması, meyvə bağında həyata keçirilən qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası prosesləri qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmədiyi, meyvə bağında qida məhsullarının ilkin istehsalı proseslərinə ilkin və dövri tibbi müayinələrdən keçməmiş əməkdaşların buraxılması, meyvə bağında ilkin istehsalla əlaqəli olan infrasturkturu, saxlama anbarlarını və digər obyektləri, ilkin istehsal məhsulu ilə təmasda olan avadanlıqları, konteynerləri, nəqliyyat vasitələrinin və digər daşıyıcıları təmiz saxlamaq və dövrü olaraq dezinfeksiya edilməməsi, qida məhsulları ilə bilavasitə təmasda olan əməkdaşları gigyenik təlimlərə cəlb edilməməsi aşkar edilmişdir. Azərbaycan Respublikası Qida X1-Tovuz regional bölməsinin rəisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarına əsasən, X5 Azərbaycan Respublikası İXM-nin 220.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamanın vahid məlumat reyestrindən edilən çıxarışdan görünür ki, X2 adına ********** nömrəli VÖEN vardır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsində müəyyən edilmişdir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında qərar qəbul etmiş inzibati orqanın nümayəndələrini və barəsində qərar çıxarılmış şəxsi dinləyərək, işdə olan sübutları müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, şikayət qismən təmin edilməli, mübahisələndirilən inzibati xəta haqqında qərar dəyişdirilərək yeni qərar qəbul edilməlidir. İş materialları ilə müəyyən edilir ki, mübahisələndirilən qərarın qəbul edilməsinə əsas o olmuşdur ki, X5 özünə məxsus Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən meyvə bağında çalışan işçilərin ilkin və dövrü tibbi müayinə, dezinfeksiya və işçilərin gigiyenik təlimlərə cəlb edilməməsi barədə sənədlərinin mövcud olmadığı aşkar edilmişdir. X6 sahibkarlıq fəaliyyətini müvəqqəti dayandırsa da, qida təhlükəsizliyi qeydiyyatı ləğv edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X5 vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb edilməsi qanunidir. Belə ki, subyektin sahibkarlıq sahəsində fəaliyyətini dayandırıb vergi orqanında bu barədə qeydiyyat aparılsa da onun qeydiyyatı Azərbaycan Respublikasının ərazisində qida məhsulları sahəsində fəaliyyət göstərən subyekt kimi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qeydiyyatı itirilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 303 nömrəli qərarı ilə təsdiq edilmiş “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları”nın 2.18-ci maddəsinə əsasən subyektin qeydiyyatının ləğvi üçün əsaslar aşağıdakılardır: 2.18.1. subyekt tərəfindən ləğvedilmə barədə ərizə təqdim edildikdə; 2.18.2. hüquqi şəxs olan subyekt (və ya onun nümayəndəliyi, filialı) ləğv edildikdə; 2.18.3. fiziki şəxs olan subyektin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Sahib Tağıyev Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə qeydiyyatın ləğvinə dair ərizə verməmiş, o cümlədən onun fərdi sahibkar kimi fəaliyyətinə xitam verilməmişdir. Məhkəmə hesab edir ki, Sahib Tağıyev tərəfindən İnzibati Xətalar Məcəlləsinin 220.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin Qeyd hissəsində göstərilmişdir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İnzibati məsuliyyətin əsaslarından bəhs edən İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir (İnzibati Xətalar Məcəlləsinin 6.1 və 6.2-ci maddələri). Məhkəmə qeyd edir ki, qəbul edilmiş qərar inzibati xətaya aid hissədə qanuni olsa da, tətbiq edilmiş tənbeh İXM-nin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmamışdır. İXM-nin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardandır. Belə ki, məhkəmə iclasında izahat vermiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi Nümayəndə1 izahatında göstərmişdir ki, Sahib Tağıyevə dəfələlərlə xəbərdarlıq edilməsinə baxmayaraq o agentliyin çağırışına məhəl qoymamışdır. Məhz ona görə də onun barəsində yuxarı həddə tənbeh tətbiq edilmişdir. Daha sonrakı izahatında isə o göstərmişdir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Sahib Tağıyevdən hüquqazidd hərəkətin dayandırılması və buna baxmayaraq, bu hərəkətin davam etdirilməsi hallaır aşkar edilməmişdir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin hüquqazidd hərəkətin dayandırılması ilə bağlı rəsmi tələbi olmamışdır. Göründüyü kimi inzibati orqan Sahib Tağıyevin orqana dəvət edilməsini və onun həmin orqana gəlməməsini onun əməlini ağırlaşdıran hal hesab etmiş və buna görə yuxarı həddə tənbeh vermişdir. Halbu ki, inzibati xəta haqqında işin baxılmasında iştirak etmək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxsin hüququdur. Yuxarıda qeyd edilən hal deyil, İXM-nin 33.1.1-ci maddəsində nəzərdə tutulmuş hal, yəni səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilə bilər. Odur ki, məhkəmə hesab edir ki, X2 əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədiyindən qərar tənbehə aid hissədə dəyişdirilərək tənbehin məbləği 100 manat miqdarında müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsində qeyd edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsində təsbit edilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 134.1-ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, sadalanan xüsusatlara görə məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, mübahisələndirilən inzibati xəta haqqında qərar tənbehə aid hissədə dəyişdirilərək, təyin edilmiş tənbehin məbləği 100 manat müəyyən edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114, 115, 133-135-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X5 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Qida X1-Tovuz regional bölməsinin rəisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərar verilmiş tənbehə aid hissədə dəyişdirilsin. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2-ci maddəsində nəzərdə tutulmuş qaydada 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar