Məhkəmə qərarları › İş №3(062)-335/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-335/2023

01.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-335/2023 01.05.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMC tərəfindən 24 mart 2023-cü il tarixdə ölkə ərazisinə nəqliyyat vasitəsi ilə daxil olmuş malların yük üçün qısa idxal bəyannaməsində göstərilən nəqliyyat vasitəsi ilə gömrük ərazisindən keçən nəqliyyat vasitəsinin nömrəsi arasında uyğunsuzluq olmuşdur. Belə ki, Tovuz rayonu Dönük Qırıqlı kəndində qeydiyyatda olan hüquqi şəxs "xxxx" MMC-nin ünvanına 24 mart 2023-cü il tarixdə 33AAU811/33AAU812 nömrəli nəqliyyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş yük üçün **********9040 sorğu nömrəli qısa idxal bəyənnaməsi mallar ölkə ərazisinə gətirilməzdən əvvəl gömrük orqanına təqdim edilmiş, lakin həmin qısa idxal bəyannaməsində nəqliyyat vasitəsinin nömrəsi 31GU569/31ABN944 qeyd edildiyi halda **********6144 sorğu nömrəli gömrük bəyannaməsində və ona qoşma edilmiş sənədlərdə nəqliyyat vasitəsinin nömrəsi 33AAU811/33AAU812 kimi göstərilmişdir. Nəticədə gömrük bəyannaməsi ilə qısa idxal bəyannaməsi arasında uyğunsuzluq olmuşdur. Bununla da, "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu barədə "xxxx" MMC haqqında xx.xx.2023-cü il tarixli 00100-00890/23 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, hüquqi şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və məhkəmə işə barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən "xxxx" MMC barəsində tərtib olunmuş protokola əsasən 24 mart 2023-cü il tarixdə "xxxx" MMC tərəfindən ölkə ərazisinə mallar nəqliyyat vasitəsi ilə daxil olmuş yük üçün qısa idxal bəyannaməsində gömrük ərazisindən keçən nəqliyyat vasitəsinin nömrəsi təhrif olunmaqla göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. "xxxx" MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb məhkəmə hesab edir ki, hüquqi şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinin sanksiyası həddində tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43,48-51, 115, 128-130-cu maddələrini rəhbər tutub, QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinə əsasən 250 (iki yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apelyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar