Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-336/2023 20.04.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1971-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əlilliyi olmayan, məhkumluğu olmayan, Tovuz rayonu Dondar Quşçu kəndində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, Tovuz Rayon Məhkəməsinin 19 aprel 2022ci il tarixli, 2 (062)-665/2022 saylı icra vərəqəsinə əsasən Tovuz rayonu Dondar Quşçu kəndində yerləşən X2 məxsus olan 0,25 ha həyətyanı torpaq sahəsi ilə Şəxs sahibliyində olan həyətyanı torpaq sahəsinin ara sərhədində olan su arxının istiqaməti cavabdehin hesabına dəyişdirilməsi və suyun boru ilə aparılması barədə icra vərəqəsi üzrə yaranmış öhdələyini icra etməmişdir. Tovuz Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 məhkəmə iclasında göstərdi ki, Tovuz Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2 (062)-665/2022 saylı icra vərəqəsinə əsasən Tovuz rayonu Dondar Quşçu kəndində yerləşən X2 məxsus olan 0,25 ha həyətyanı torpaq sahəsi ilə Şəxs sahibliyində olan həyətyanı torpaq sahəsinin ara sərhədində olan su arxının istiqaməti cavabdehin hesabına dəyişdirilməsi və suyun boru ilə aparılması barədə icra vərəqəsi üzrə yaranmış öhdələyini icra etməmişdir. Hazırda Şəxs yenə də həmin öhdəliyini icra etmir. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqda iş üzrə material olan Şəxs ona istinad edilən xətanı törətməkdə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, əvvəllər bununla bağlı məsuliyyətə cəlb olunmayıb. Əvvəllər torpaq sahəsi arasında olan dəmir toru öz vəsaiti hesabına bərpa etmiş, həmçinin suyun keçməsi üçün nəzərdə tutulmuş arxa beton tökmüşdür. İcra məmuru tərəfindən bu gün xəbərdar olunan zaman Tovuz Rayon Məhkəməsinin onun barəsində bundan öncə yanvar ayında inzibati iş üzrə icraata xitam verilməsini bildirmişdir. Odur ki, məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzbati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə inzibati məsuliyyət müəyyən olunmuşdur. İşə əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli 3(062)- 68/2023 saylı inzbati xəta haqqında iş üzrə qərarının surətindən görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzbati xətanın tərkibi olmadığından onun barəsində olan inzbati xəta haqqında işin icraatına xitam verilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Şəxs barəsində 23 yanvar 2023-cü il tarixdə barəsində protokol tərtib olunaraq məhkəməyə gətirilsə də onun barəsində inzbati xəta haqqında işin icratına xitam verilmişdir. Buna baxmayaraq 20 aprel 2023-cü il tarixdə icra məmuru tərəfindən yenidən həmin icra vərəqəsi əsasında Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə məsuliyyət müəyyən olunmaq üçün protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Həmin maddənin dispozisiyasına əsasən əməl 528.1-ci maddədə nəzərdə tutulmuş xətanı inzbati tənbeh almış şəxs tərəfindən inzbati tənbeh vermə haqqında qərarın qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi zamanı yaranır. Göründüyü kimi Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmamışdır. Bu hal onu deməyə əsas verir ki, onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati xətanın tərkibi yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməmə əlamətləri bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi barədə inzibati xəta tərkibi yoxdur və o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilə bilməz, odur ki, onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 57, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün ərzində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-336/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-336/2023
20.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver