Məhkəmə qərarları › İş №3(062)-337/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-337/2023

27.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-337/2023 27.04.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1985-ci ildə Tovuz rayonu Bozalqanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əlilliyi olmayan, əvvəllər inzibati xətaya məruz qalmamış, məhkumluğu olmayan, Tovuz rayonu Abulbəyli kəndində qeydiyyatda olan və yaşayan, Şəxsbarəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Tovuz Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X7 17 dekabr 2021-ci il tarixli icra qeydinə əsasən Şəxs 15000 (on beş min) manat pulun tutularaq X2 alınıb verilməsi barədə icra qeydinin icrasından Şəxs üzrsüz səbəbdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Tovuz Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 məhkəmə iclasında göstərdi ki, 17 dekabr 2021-ci il tarixli icra qeydinə əsasən Şəxs 15000 (on beş min) manat pulun tutularaq X2 alınıb verilməsi qərara alınmışdır. Şəxs borcu 20 aprel 2023-cü il tarixə 13800 manat təşkil edir. Həmin icra vərəqəsinin icrasından Şəxs üzrsüz səbəbdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Ona görə də Şəxs barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Zərərçəkmiş şəxs X4 əvvəlki məhkəmə iclasında göstərdi ki, Şəxs uşaqlıqdan tanıyır. 27 aprel 2023-cü il tarixə məhkəmənin təxirə alınmasına etiraz etmir. Onun Ruslanla hər hansı qərəzi yoxdur. Sadəcə pulunun ödənilməsini istəyir. Şəxs 1000 manat ödəmə etməsinə etiraz etmir. Onun ancaq fikri pulun ödənilməsinin təmin edilməsidir. Şəxs pulu ödəsə ondan hər hansı şikayəti olmaz. Barəsində inzibati xəta haqda iş üzrə material olan Şəxs ona istinad edilən xətanı törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, X3 uşaqlıqdan tanıyır. Tural Tnırverdiyevə 20 aprel 2023-cü il tarixə 13800 manat borcu olmuşdur. 20 aprel 2023-cü il tarixdə borcundan 1000 manat ödəniş etmək üçün məhkəmədən 27 aprel 2023-cü il tarixədək vaxt istəmişdir. Bu gün də borcundan 1100 manat ödəniş etmişdir. Borcunu ödəməkdən yayınmaq fikri yoxdur. Borcundan hər ay ödəniş edərək tamamilə ödənilməsini təmin etmək fikrindədir. Odur ki, məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbədən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət müəyyən olunmuşdur. İşə əlavə edilmiş ödənişlərə dair qəbzin surətindən görünür ki, Şəxs 27 aprel 2023-cü il tarixdə ödəniş terminalı vasitəsilə 1100 manat X1 adına ödəmə etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, borclu borcundan ödəmələr edir. Şəxs barəsində inzbati xəta haqqında protokol tərib olunan gün məhkəmədən borcundan 1000 manat ödəniş etməsi üçün vaxt istəmiş, məhkəməyə vəd verdiyi vaxta və vəd etdiyindən artıq yəni 1100 manat ödəniş etmişdir. Buradan da görünür ki, Şəxs borcun ödənilməsi dair işin icrasından qərəzli şəkildə boyun qaçırmır. Zərərçəkmiş şəxs X4 borcun ödənilməsi halında Şəxs şikayətçi olmadığını bildirmişdir. Bu hal onu deməyə əsas verir ki, onun əməlində inzibati xətanın tərkibi yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməmə əlamətləri müəyyən edilmədiyindən onun əməlində inzibati xəta tərkibi yoxdur və o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilə bilməz, odur ki, onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 57, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün ərzində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar