Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-338/2023 20.04.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, Protokolu tərtib etmiş Tovuz RPŞ Qovlar PB-nin sahə rəisi polis mayoru X3, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 14 iyun 1982-ci ildə Tovuz rayonu Alakol kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, deməsinə görə əlilliyi olmayan, əvvəllər inzibati xətaya məruz qalmamış, deməsinə görə əvvəllər məhkum olunmamış, Tovuz rayonu Alakol kəndində yaşayan, Şəxs- Haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs məhkəməyə verilmişdir ona görə ki, o, 31 mart 2023-cü il tarixdə Tovuz rayonu Alakol kənd sakini keçmiş arvadı X2 vuraraq ona sağlamlığa zərər vurmayan xəsarətlərə aid olan dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs verdiyi ifadəsində törətdiyi xətanı etiraf edərək göstərdi ki, Səadət Mayılova keçmiş arvadıdır. Arvadı ilə ayrıldıqdan sonra aralarında mübahisə olmuşdur. Sonuncu dəfə 31 mart 2023-cü il tarixdə aralarında mübahisə yaranmış, Səadət Mayılovanı vuraraq döymüşdür. X5 ilə barışmış, etdiyi hərəkətlərdən peşmandır, bir daha ona qarşı belə hərəkətlər etməyəcəkdir, odur ki, barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Şəxs keçmiş əridir. 31 mart 2023-cü il tarixdə aralarında mübahisə yaranan zaman Şəxs onu vuraraq döymüşdür. Hazırda Anar ondan üzr istəmiş və barışmışlar. Odur ki, Şəxs barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. İşə əlavə edilmiş 11 aprel 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qararın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. İşə əlavə edilmiş X1 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Şəxs ilə barışmış və işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində olan inzibati xəta haqda iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanılır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işlərə baxılarkən inzibati xəta barədə iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edildi ki, barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs zərərçəkmiş şəxs X4 ilə barışmış, odur ki, məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata zərərçəkmiş şəxslə barışması əsası ilə xitam verilsin. Qərardan 10 (on) gün müddətinə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-338/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-338/2023
20.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver